BSU-da “Ordumuzla zəfərə doğru” adlı tədbir keçirilib
BSU-da “Ordumuzla zəfərə doğru” adlı tədbir keçirilib
İyunun 25-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə “Ordumuzla zəfərə doğru” adlı tədbir keçirilib.
Dövlət himnin səslənməsi ilə başlanan tədbirdə giriş sözü ilə çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva müstəqil dövlətçilik tariximizdə müasir Azərbaycanın böyük potensiala malik Milli Orduya sahib olmasından söz açıb. Professor N.Əliyeva bildirib ki, yaranma tarixi 100 il əvvələ - Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edən Milli Ordumuz bu gün Qafqazın ən güclü ordusu statusunu daşıyır. Rektor qeyd edib ki, Sovet işğalı nəticəsində Milli Ordu ləğv edilsə də, SSRİ dövründə Azərbaycana rəhbərlik etmiş Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ordu quruculuğunda çox mühüm addımlar atılıb. Nurlana Əliyeva deyib: “Ulu Öndərin qayğısı ilə minlərlə gənc keçmiş SSRİ-nin böyük təcrübəyə malik ali hərbi məktəblərinə təhsil almağa göndərilib. 1973-cü ildə Ümummili Liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına ilk hərbi məktəb yaradıldı. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşması tam başa çatdırıldı”.
Professor Nurlana Əliyeva dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan gənclərin Milli Ordu sıralarında daim dövlətin qayğısı ilə əhatə olunduğunu, hərbi vətənpərvərlik işinin gücləndirildiyini, döyüş ruhunun yüksəldilməsinə diqqətin artırıldığını deyib. O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə ordu quruculuğunu, silahlı qüvvələrin təkmilləşdirilməsini və maddi-texniki bazasının gücləndirilməsini, milli hərbi kadrların hazırlanmasını daim diqqətdə saxlayıb. Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində silahlı qüvvələr modernləşdirilib, ən son hərbi texnologiyalarla təmin olunub. Nurlana Əliyeva son illər ölkəmizdə təşkil olunan möhtəşəm hərbi paradların Azərbaycan Silahlı Qüvvələrinin gücünü bütün dünyaya nümayiş etdirdiyini diqqətə çatdırıb. Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə hər kəsi təbrik edən Nurlana Əliyeva gəncləri vətənpərvər olmağa, Azərbaycanın adını daim uca tutmağa səsləyib.
Sonra “Ordumuz dayağımızdır” adlı videoçarxın nümayişi olub.
Nümayişin ardından çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədr müavini, polkovnik Cəlil Xəlilov ölkədə özbaşınalığın, xaosun yaşandığı bir vaxtda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu sahəsindəki əvəzsiz xidmətlərindən danışıb. Polkovnik bildirib ki, Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində milli ordu quruculuğu yeni mərhələyə qədəm qoyub, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırılıb. O, Ulu Öndərin bu siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan ordusu qısa bir zamanda regionun ən qüdrətli ordusuna çevrildiyini vurğulayıb.
Tədbirin sonunda BSU-nun hərbi xidmətə hazırlaşan məzunları tərəfindən “Biz sabahın əsgərləriyik” adlı hərbi kompozisiya təqdim olunub, pedaqoji fakültənin tələbəsi Səfiyə Mustafayevanın ifasında vətənpərvər ruhda şeir səsləndirilib.
BSU-nun Mətbuat Xidməti
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 2025 12:19
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 2025 21:25
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 2025 11:25
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 2025 20:03
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 2025 11:03
- Heydər Əliyev Mərkəzində forum keçirilir - Fotolar
10 dekabr 2025 11:16
- QUQUŞ-dan maraqlı etiraflar - Azərbaycanın ürəyimdə xüsusi yeri var…Bakıda, Gəncədə, Sumqayıtda kasetlərimə qulaq asırdılar
10 dekabr 2025 01:05
- Oliqarx oğlunun qalmaqalı yeni mərhələdə
9 dekabr 2025 12:38
- İlham Əliyevlə Peter Pelleqrini arasında geniş tərkibdə görüş oldu
8 dekabr 2025 22:55
- Bahalı beynəlxalq tədbirlərin keçirilməsinə 239 MİLYON, ELMƏ İSƏ...- Qüdrət Həsənquliyev
7 dekabr 2025 19:21
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 21:26
- Ərdoğan Türkmənistana getdi
11 dekabr 21:07
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 20:03
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 19:28
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 11:42
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 11:03
- BMT ofisində tualetlərə kağız qoyulmayacaq -AFTAFA )
11 dekabr 10:57
- İlham Əliyev Keniya Prezidentini təbrik etdi
11 dekabr 10:44
