Liqa sədri Saleh Məmmədovun agentliyini yıxıb-sürüdü - “Bu şərəfsizlər…” - VİDEO - FOTOLAR
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Maliyyə Nazirliyi ilə “Azərbaycan Avtomobil Yolları” Agentliyini ittiham edib
İqtidaryönlü hüquq müdafiəçisi dilə gələrək hər iki qurumu yıxıb-sürüyüb. Bu barədə feysbukda yazan S.Məmmədov mənimsəmədən bəhs edib.
Onun sözlərinə görə, hazırkı agentlik, (keçmiş “Azəravtoyol”) bir üsul tapıb büdcə pullarını birbaşa mənimsəsə daha yaxşıdır. ![]()
Sitat: “Niyə insanlara bu qədər əzab verirlər. Ötən il çəkilən asfalt yolu yenidən qaşıyırlar ki, üst qatı dəyişirik. Nəticə isə şəhərdə tam xaosdur.
İnsanlarda nifrət hissini yaratmaqda maraqlı olan şərəfsizlər kimlərdi? Kimin sifarişidir bu təxribat?”
Söhbət ondan gedir ki, Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsində asfalt-beton örtüyünün üst qatı yenilənir. Buna görə iyunun 27-də Bakıda dəhşətli tıxac yaşanıb.
Şəhər tıxacların cəngində qalıb. Sumqayıt-Bakı istiqamətində tıxac Bakının əsas küçə və prospektlərində, xüsusi ilə Tbilisi prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlığa səbəb olub.
Sahib Məmmədov da Maliyyə Nazirliyi ilə agentliyin birgə xalqa etdiyi zülmə etiraz olaraq həmin statusu yazıb. Həqiqətən də Bakıda dözülməz vəziyyətdir.
Agentlik sədri Saleh Məmmədovla maliyyə naziri Samir Şərifov pul silməyin daha rahat yolları kəşf etsələr, insanlara da əziyyət çəkməzlər.
Görün hansı vəziyyətdir ki, hakimiyyətyönlü QHT adamı da dilə gəlib. Amma agentliyin mətbuat xidməti qatıq qaradır deməyə meyillidir. Hər işi inkişaf kimi təqdim edirlər.
Ümid edirik ki, özləri də tıxaclarda saatlarla qalaraq xalqın qarğış-naləsinin, söyüşünün fərqinə varıblar.
Çünki həmin yolun nə asfaltını yeniləməyə xüsusi ehtiyac vardı, nə də günün bu istisində, bu vaxtında təmirə başlayıb millətə əsəb, işgəncə verməyə…
FİA.Az xəbər verir ki, S.Məmmədovun regionlardakı yol istismar idarələri rəisləri də asfaltdan pul silməklə varlanıblar, biznesmenə çevriliblər.
Media üzərindən araşdırması zamanı bir sıra nüanslar meydana çıxıb ki, hər birində S.Məmmədovun adı hallanır.
Həmin faktları qeyd etməzdən əvvəl deməliyik ki, ASC sədri Dəmir Yolları QSC sədri Cavid Qurbanovun kadrıdır. Saleh Məmmədovun əsas pul kisəsi 1-ci müavini Əvəz Qocayevdir.
İddialara görə, Ə.Qocayevin Bakının 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində 20-yə yaxın obyekti olduğu bildirilir. Birinci müavin sədrin “kassir”i kimi tanınır və idarədə möhkəm mövqeyi var.
Agentliyin sədr müavini Əvəz Qocayevin adı müxtəlif vaxtlarda bir sıra xoşagəlməz məqamlarda hallanıb, fəaliyyətinə dair tənqidi xarakterli məqalələr yayımlanıb.
Onun sabiq nəqliyyat nazirinin yaxın adamı kimi xarakterizə edirlər. Əvəz Qocayev Ziya Məmmədovun sayəsində bu posta gətirilib.
İndi S.Məmmədovun “sağ əli” kimi tanınır. (gündəm-xəbər) Əvəz Qocayev bir müddət əvvəl Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı postu uğrunda gedən mübarizəyə qatılmışdı.
Ümumiyyətlə, Bakını xaosa çevirən “Azərsu” ASC, keçmiş “Azəravtoyol” ASC, indiki agentlik, BŞİH olur. Haranı gəldi qazırlar, tökürlər, sürücülərə zülm edirlər, şəhərin altını üstünə çevirirlər.
Bakının küçələri yenə qazıq-qazıq olunur. Şəhərin müxtəlif istiqamətlərində qazıntı işlərinin aparıldığını görmək olar. Bu vəziyyət də tıxacların yaranmasına gətirib çıxarır. (kivnews.com)





- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
26 fevral 2026 22:18
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
