Bakıda jurnalistə çətin anlar yaşatdılar – Yol kənarını “Ləbləbi” restoranına kim satıb? – FOTO
Paytaxt sakinləri park yeri problemindən əziyyət çəkir. Mərkəzi küçələr pullu dayanacağa çevrilib. Pullu olmayanlar isə ayrı-ayrı adamların yaxşıca qazanc yeridir. Belə küçələrdən biri də, paytaxtın Üzeyir Hacıbəyov küçəsidir. Daha doğrusu “Azərpoçt”un qarşısıdır. Belə ki, Azadlıq prospektindən Üzeyir Hacıbəyov istiqamətinə gedərkən yolun sol tərəfinə avtomobili park etmək üçün işarə vurulub.
Elə jurnalist Ülvin Məhəmməd də sosial şəbəkədə bu mövzuya toxunub. Jurnalist bildirir ki, avtomobilini Üzeyir Hacıbəyov küçəsində (Azadlıq prospektindən Üzeyir Hacıbəyov istiqamətinə gedərkən yolun sol tərəfində) park edərək gedib, qayıdarkən xoşagəlməz halla rastlaşıb:
“Dünən paytaxtın Üzeyir Hacıbəyov küçəsində başıma iş gəlib. Deməli, maşınımı qanuni şəkildə park etmə yeri olan "Azərpoçt" istiqamətində saxlayıb getmişəm. Qayıdanda görürəm ki, iki maşın mənim avtomobilimin qabaq və arxasında elə saxlayıb ki, heç bir qarış da məsafə yoxdu. Avtomobil sahibləri isə, nə bir nömrə qoyub, nə də ki…
Haçanda-haçana orta yaşlı bir kişi mənə yaxınlaşasan ki, niyə maşınını burda saxlamısan, dedi? Kimliyini soruşanda, bu ərazinin "parkovşiki" olduğunu bildirdi. Düzü, orada heç bir park ödənişi etmək üçün aparat-filan yoxdu. Heç bu biqəfilin əynində hansısa xəbərdaredici geyim yoxdu. Sadəcə bu kişi özünə yaxşıca biznes qurub.
Kişiylə bir uzun söhbətimiz oldu, gah dedi maşın sahiblərini tanımıram, gah da dedi bu ərazi "Ləbləbi" resroranınındır və s. Hətta fikrini sübut etmək üçün, yol kənarında olan sarı zolağın ağ zolaqla əvəz edilməsini də göstərdi ki, bu ərazini restoran alıb??? Kişi ilə söhbətimiz əsnasında qolu yoğunun biri bizə yaxınlaşasan ki, nə problem var? Sanki onu çağıran oldu. Nəhayət uzun çək-çevirdən sonra, məlum oldu ki, avtomobilimin qabaq hissəsində saxlayan, iki maşının arasındna hava keçməyə imkan verməyən şəxs "Ləbləbi" restoranının işçisidir. Məqsədləri isə, sadəcə "çujoy" maşın sahibinin cəzalandırılması olub.
Amma başa düşə bilmədim, bu ərazini onlara kim satıb – Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, Xüsusi Təyinatlı Avtomobil İdarəsi, yoxsa Bakı Nəqliyyat Agentliyi? Hər halda "parkovşik"in cibinə gedən pulların da, cavabı verilməlidir”.
Restoranın qarşısında sarı zolağın ağ zolaqla əvəz edilməsinə kim göstəriş verib?
Yol elə bir yerdir ki, ictimai əhəmiyyət daşıyır. Yolun həm hərəkət hissəsində, həm də səkisində hamı üçün rahat, fasiləsiz, təhlükəsiz hərəkət olmalıdır. Qanunvericilikdə göstərilir ki, yollarda həyata keçirilən bütün işlər, yolun sahibi və yol hərəkəti təhlükəsizliyinə nəzarət edən orqanla razılaşdırılmalıdır. Azərbaycan qanunvericiliyinə görə Bakı şəhərindəki bütün küçə və prospektlərin sahibi dövlətdir. Dövlət adından idarəçiliyi isə «Azəryolservis» həyata keçirir. DYP isə bütün bu işlərin hamısına nəzarət edir. Bu iki qurumun razılığı olmadan yola tökülən xəzəli də süpürmək olmaz. Süpürmək üçün iş qarafiki gərək həmin orqanlarla razılaşdırılsın. Amma onlarla heç kim razılaşmadı və parkomatları hara gəldi düzməyə başladılar. Amma Üzeyir Hacıbəyov küçəsində, “Azərpoçt”un qarşısında parkomat yoxdur. Sadəcə, olaraq orada ərazinin bir hissəsini “Ləbləbi” restoranı, digər hissəsini isə mülki bir şəxs zəbt edərək qazanc yerinə çeviriblər.
Jurnalist Ülvin Məhəmməd bizimlə söhbətində bildirdi ki, “Ləbləbi” çay evinin işçisi ona yolun kənarına çəkilmiş sarı zolağın məhz restoranın qarşısında olan hissəsinin ağ rənglə çəkilməsi onların sifarişi ilə həyata keçirilib. Yəni həmin hissədə ancaq bu restorana gələn müştərilər avtomobil saxlaya bilər.
Amam jurnalist bildirir ki, həmin ərazinin restorana aid olmasını bildirən hansısa xüsusi levhə, yaxud işarə yoxdur. Ərazidə sadəcə “P” – park işarəsi var. Amma belə olan halda, restoran təmsilçisinin, yaxud avtomobil sahiblərindən qanunsuz pul yığan “parkovşik”in iddia etməsi sual doğurur.
Bakı Nəqliyyat Agentliyi məsələyə münasibət bildirməlidir
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Bu fərmanla Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi təsdiq edilib. Fərmanla əlaqədar Bakı Nəqliyyat Agentliyinə, Nazirlər Kabinetinə və Daxili İşlər Nazirliyinə müvafiq tapşırıqlar verilib.
Fərmanla bağlı açıqlama verən hüquqşünas Ərşad Hüseynov bildirib ki, əsas və maraqlı yeniliklər olacaq. Belə ki, ölkəmizdə də svetoforların, yol nişanlarının, nişanlanma xətlərinin və yol hərəkəti təşkilinin digər texniki vasitələrinin tətbiqi ilə əlaqədar milli qanunvericiliyimiz olacaq. Bakıdakı bütün parklanma yerləri Bakı Nəqliyyat Agentliyinə veriləcək. Bundan başqa, bütün avtobus və taksi dayanacaqları da Agentliyin balansına veriləcək.
Bakının bütün svetoforları vahid mərkəzdən idarə ediləcək. Yəni, bundan sonra bütün svetoforlar BNA-nın tabeliyindəki Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən idarə olunacaq. Lakin çox güman ki, idarəetmə mexanizmi DYP ilə birlikdə təşkil ediləcək,
Fərmana əsasən, Bakının bütün küçələrində hərəkətin təşkili vəziyyəti təhlil olunacaq və təbii ki, xeyli əhəmiyyətli düzəlişlər olacaq. Bakıda ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin və təhlükəsizliyinin artırılması üçün real tədbirlər görülməsi (avtobus parklarının yaradılması, sürücülərin xüsusi hazırlığı, texniki nəzarət və s.) mümkün olacaq.
Kivnews.com
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 2026 13:09
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 2026 11:36
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 2026 11:03
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 2026 20:00
- Prezident daha bir qəbul keçirdi - Fotolar
9 fevral 2026 14:26
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
9 fevral 2026 12:15
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
6 fevral 2026 23:21
- İdrak Liseyi-ndə şagird müəllimi güllələdi
6 fevral 2026 17:47
- Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul etdi (FOTO)
6 fevral 2026 17:40
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 15:54
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 15:30
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02







