Əlillər evində qohumların biznes şəbəkəsi
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yeni təyinatının ilk günlərindən sərt qərarlar verməyə başlayıb. O, “köhnə qvardiya”nın əsas fiqurlarını zərərsizləşdirməkdə davam edir.
Yeni nazirin ilk qərarı Aparat rəhbəri Əjdər Cəbiyevİ vəzifəsindən kənarlaşdırmaq oldu.
Məlumat üçün bildirək ki, Əjdər Cəbiyev sabiq nazir Səlim Müslümovun ən yaxın adamı hesab olunurdu. Nazirliklə bağlı bütün narazılıqlarda onun adı hallanırdı.
Nəzərə alaq ki, Nazirliyin bütün strukturlarında Ə.Cəbiyevin qardaşı başda olmaqla, yaxın ətrafı yüksək vəzifələrdə təmsil olunurdu.
Əjdər Ol imzası ilə ədəbiyyatda təmsil olunan Əjdər Cəbiyev illər öncə Sosial Müdafiə Fondunu, son 3 ildə isə Sosial Müdafiə nazirliyini talamaqla məşğul olub. Şimal, cənub və qərb bölgəsi üzrə nazirliyin təmsilçiləri, qurumun region sədrləri Əjdər Olun ya qohumlarında, ya da tanışlarından ibarətdir.
Azerinfo.az-a daxil olan iddialara görə Əjdər Cəbiyev bütövlükdə bu illər ərzində 10 milyona yaxın dövlət büdcəsini talayıb. Onun sahib olduğu villalar, obyektlər, mülklər bunu deməyə əsas verir. Onun qurduğu sistemdə isə yalnız bir əsas şərt var idi: AUDİT RAZI YOLA SALINMALIDIR! Dövlətin maraqları, qarşıya qoyulan hədəflər, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması isə birmənalı şəkildə bu nazirliyin prioritetindən çıxarılmışdır. Məhz buna görə son 5 ildə ölkə Prezidentinə ünvanlanan şikayətlərin aza qala 80 faizi məhz bu qurumun payına düşürdü.
Əjdər Oldan sonra onun himayə etdiyi vəzifəli şəxslər baradə cinayət işləri açılıb. Bunlardan biri də Rəhnumə Cəfərovanın bu sistemdə qurduğu cinayətkar şete idi.
Xəstənin evini necə satdılar
Haqqında cinayət işi açılan vəzifə sahibi olan şəxslərdən birinin də, Bakı şəhəri, Xəzər rayonunun Buzovna qəsəbəsində fəaliyyət göstərən 1 saylı Psixonevroloji Sosial Xidməti Müəssisəsinin rəhbəri Rəhnumə xanım Cəfərovanın olduğu bildirilir.
Belə ki, adının çəkilməsini istəməyən mənbə redaksiyamıza çatdırdığı məlumatlarda qeyd edir ki, “bir müddət bundan öncə Elnarə adlı xanım, uzun illər ərzində sıx təmasda olduğu, həmçinin tələbə yoldaşı olmuş Babayeva Ülkər Fikrət qızının səhhətində əmələ gələn problemlər səbəbindən, onu şəhərin Buzovna qəsəbəsindəki 1 saylı Psixonevroloji Sosial Xidməti Müəssisəsinə yerləşdirir. İşi-gücü nə qədər çox olsa da, o, tez-tez Elnarəyə baş çəkir, problemləri ilə maraqlanır, bəzən onun ərzaqla təminatını da ödəyir. Adı çəkilən xanımın Ülkər Babayevaya qarşı atdığı addımlar, uzun illər ərzində onunla səmimi münasibətdə olmasından irəli gələn addımlar olur. Elə ki, günlərin birində Elnarə Ülkər Babayevaya baş çəkmək məqsədilə həmin müəssisəyə gedir, o halda o, qarşı tərəfdən fərqli münasibət görür. Nə qədər götür-qoy etsə də, hansı səbəbdən belə bir fərqli münasibətin əmələ gəlməsini, hansı səbəblər üzündən qaynaqlanmasını heç cür ayrıd edə bilmir. Amma çox keçmir ki, belə bir münasibətin əmələ gəlməsi Elnarəyə gün təki aydın olur. Bəlli olan o olur ki, Xətai rayonu, Şıxlınski-3 ünvanda Babayeva Ülkər Fikrət qızına məxsus 3 otaqlı mənzili satmaq üçün, adı çəkilən müəssisənin rəhbərliyi ona psixotropik tərkibli dərmanlar içirtdirir. Çox keçmir ki, belə bir dərmanları qəbul edən Ülkərin səhhətində ciddi problemlər əmələ gəlir və bu kimi səbəblər üzündən də o, bu cür addımlarını atır. Günlər ötdükcə isə, Ülkər Babayevanın Elnarəyə qarşı aqressiv münasibəti daha da kəskinləşir. Həmin vaxtlarda Elnarə dərk edir ki, atılan addımların arxasında Rəhnumə xanımın özü dayanır. Hətta, vəziyyət o həddə çatır ki, Ülkər Babayeva uzun illər ərzində sıx təmasda olduğu Elnarədən üz döndərir
və onu həndəvərinə belə buraxmır. Ülkər Babayevanın bu cür addımlarından sonra, ortaya belə bir sual çıxır ki, görəsən adı çəkilən xəstəyə psixotropik tərkibli dərmanlar verdirmək səlahiyyətinə malik olmayan Rəhnumə Cəfərova, nədən belə bir adımlarını atır? Yaxud da, o, hansı ixtiyarla belə bir addımını atır? Elə ki, vəziyyət olduqca qəlizləşir və Rəhnumə Cəfərovaya “dövlət ona belə bir dərmanları vermədiyi halda, o, dərmanları necə əldə edib?” deyə sual olunduqda “o, onları təqaüdü ilə alıb ona vermişəm” deyə cavab verir. Bu və digər məsələlərlə bağlı ünvanlanan suallara Ülkər Babayevanın müxtəlif məzmunlu cavablar verməsinin kökündə, onun əvvəlcədən rəhbərlik tərəfindən təlimatlandırılması olur. Hansı ki, həmin təlimatlandırılmada əsas hədəf Elnarə olur. Söylənilənlərə görə son anda dərmanların Ülkərə verilməsinin məsuliyyətini, adı çəkilən müəssisədə “medbrat” vəzifəsini daşıyan Rəsul adlı şəxs öz üzərinə götürür. Onu da vurğulayaq ki, bu cür ağlasığmaz addımlar atıldıqdan sonra, Elnarə Ülkər Babayevaya məxsus mənzilin yerləşdiyi ərazidə sahə müvəkkili işləyən polis əməkdaşına bildirir ki, “Bəlkə o, sağalıb gələcək, mən ona məxsus mənzilin satılmasına heç bir halda imkan verməyəcəyəm” deyir.
Əldə etdiyimiz bəzi məlumatlara görə, 1 saylı Psixonevroloji Sosial Xidməti Müəssisəsinə rəhbərlik edən Rəhnumə Cəfərova isə, minbir qanunsuzluq əməllərinə qol qoymaqla həmin mənzili 65 min manata satıb. Yəni, müəssisə rəhbəri saxta yolla Ülkər Babayevanın adından etibarnamə düzüb-qoşub və belə bir məqsədini də həyata keçirib. Hansı ki, səhhətində ciddi psixoloji problemləri olan bir şəxsin digər şəxsə notarial qaydada etibarnamə verməsi qanuvericilikdə qadağan olunub.
Bu məsələnin üstü açıldıqdan sonra Korrupsiyaya Qarşı Mübarizə İdarəsi hərəkətə keçib. Xəstənin evinin satılması faktı təsdiqlənib. Rəhnumə Cəfərovanın evində axtarış zamanı 120 pensiya kartı tapılıb. O işdən çıxarılıb, barasində cinayət işi açılıb.
Cinayətkar çetenın azadlıqda qalan üzvləri
Artıq 1 saylı Psixonevroloji Sosial Xidməti Müəssisəsinə rəhbərlik edən Rəhnumə Cəfərovanın “fironluq dövrü” başa çatıb. Ancaq onun qurduğu maxinasiyalara şərik olanlar və cinayətlərdə birbaşa iştirak edən diğər vəzifəli şəxslər var.
Hal-hazırda təmirə bağlanan müəssisənin xəstələri Şamaxıdakı və Göygöldəki müəssisələrə yerləşdiriliblər.
Bu MÜƏssisələrə kimlərin rəhbərlik etmələrinə baxaq. Şamaxidaki “1 saylıİxtisalaşdırılmış Ruhi-Əsəb İnternat Evi”-nin müdiri Rəhnumə xanımın öz doğma bibisioğludur.Adı Rəcəbdir, vaxtilə Gəncə şəhəri “Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzi”ndə mühasib işləyib. Sonra Rəhnumə xanımın köməyi ilə Şamaxıya təyinat alıb. Maraqlıdır ki, Rəcəb öz doğma anasını burada anbardar təyin edib. Halbuki qanunla bu qadağandır. Gəncə şəhəri “Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzi” , həmçinin Göygöldəki “İxtisaslaşmış Ruhi-Əsəb İnternat Evi”nın müdiriyyəti də Rəhnumə xanımın çetesenə daxil olublar. Xəstələrə gələn ərzaq və geyimlrin alınması ilə bağlı maxinasiyalar və saxta sənədləşmələr haqda ətraflı məlumat verəcəyik.
Bu müəssisələrə ayrılan ərzaq məhsulları və bir çox təminolunmalar, bu gün də Rəhnumə Cəfərovanın “plan-bölgüsü” əsasında həyata keçirilir. Deməli, bu xanım Bakı şəhərində, istintaq altında olsa belə, “əlləri uzun” olduğundan Şamaxıda, Gəncə və Göygöldə də idarəetməni həyata keçirə bilir. Əhsən belə bir idarəçiliyə.
Son məlumata görə Rəhnumə Cəfərovanın yerinə nazirlikdən Adət adlı şəxs təyin olunub. Hansıki xanım Cəfərovanı işləyən müddətdə təftiş edən şəxslərdən olub, cinayətlrindən xəbəri olub. Necə deyərlər mafiya ölməzdir.
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Gültəkin Hacıbəyli sərbəst buraxıldı - Yenilənib
25 fevral 2026 01:26
- Gültəkin Hacıbəylinin evində axtarış aparıldı - DTX-yə çağırıldı
24 fevral 2026 18:57
- Nəriman Həsənzadəyə Heydər Əliyev ordeni təqdim olundu - Fotolar
24 fevral 2026 16:11
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 2026 14:57
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 2026 20:57
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
