“Şərq bazarı” bağlandı - REPORTAJ, FOTOLAR
Reportaj29 iyul 2018 14:34
Sosial şəbəkələrdə "Şərq bazarı"nın sökülməsi ilə bağlı məlumatlar yayılıb. Məsələni dəqiqləşdirmək üçün musavat.com-un reportyor qrupu bazarın yerləşdiyi əraziyə yollanıb. Müşahidə edilib ki, "Şərq bazarı” kimi tanınan tarixi binada artıq ticarət köşkləri tamamilə yığışdırılıb. Yalnız bazarın ətrafında bəzi obyektlərə toxunulmayıb ki, onların da əslində "Şərq bazarı" nın binasına aidiyyəti yoxdur. Bundan başqa bazarın ətrafına dəmir hasar da çəkilib. Eyni zamanda girişlərdə mühafizə postu qoyulub və ətraf ciddi şəkildə mühafizə edilir.
Əvvəlcə onu qeyd edək ki, "Şərq bazarı”nda daha çox ucuz geyimlər, əşyalar satılırdı. Burada icarə pulu da aşağı olduğu üçün satıcılar mallarının üzərinə çox pul qoymurdular. Ancaq buna baxmayaraq son illər bazarda ticarət xeyli zəifləmişdi. Şəhərin mərkəzində tikilən iri ticarət mərkəzləri "Şərq bazarı”nın bazarını tamamilə öldürmüşdü. Bunun nəticəsində hələ ötən ildən etibarən "Şərq bazarı”nda "yarpaq tökümü” yaşanırdı. Bazarın girişindən kənarda yer götürən və vaxtilə güclü al-veri olan satıcılar, artıq müştəri olmadığı üçün yerlərini bağlayıb, bazarı tərk edirdilər. Hələ o zamandan bildirlirdi ki, "Şərq bazar”ı söküləcək.
Çünki bazarın ətrafında olan tikililər, yaşayış yerləri plana düşmüşdü və orada söküntü işləri aparılırdı. Ərazidə olduğumuz zaman öyrəndik ki, hazırda bazarda heç bir söküntü işi aparılmır. Sadəcə olaraq ətrafa hasarlar çəkilib. Mühafizəçilər bildirdilər ki, bu prosesdən sonra "Şərq bazarı”nın binası təmir olunacaq. Onlar qeyd etdilər ki, binanın tarixi qədim olduğu üçün heç bir əsaslı söküntü işləri nəzərdə tutulmayıb. Sadəcə olaraq restavrasiya işlərinin aparılması nəzərdə tutulub. Biz də bazarın ərazisində olduğumuz zaman hər hansı bir söküntünün şahidi olmadıq.
Məlumat üçün onu da qeyd edək ki, "Şərq bazarı” kimi qeyd olunan bina özünün memarlıq üslubuna görə 2001-ci ildən Nazirlər Kabinetinin qərarı ilə tarixi abidələr siyahısına salınıb. Buranın bərpa və yenidənqurma məsələlərinə görə Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafi və Bərpasi üzrə Dövlət Xidmətinə müraciət olunmalıdır.
Bina 1982-ci ildə memarlar - U.V.Revazov və P.İ.Yarinovsk layihəsi əsasında tikilib. Bina iki mərhələdə tikilib və burada hər bir detal Şərq üslubunda quraşdırılıb. Mütəxəssislər bildirirlər ki, əslində Azərbaycanda turizmin inkişafı üçün çalışılan bir vaxtda bu cür obyektdən də turizm məqsədləri üçün istifadə etmək olar. Bazar kimi fəaliyyət göstərdiyi ərəfədə bura tarixi binalıqdan demək olar ki, çıxıb, xarabalığı xatırladırdı. Çünki ticarətçilərin əksəriyyəti necə gəldi piştaxtalar qurub, bazarın çöl hissəsində çalışanlar selofan, köhnə taxtalar vasitəsilə özlərinə dam düzəltmişdilər.
Bazarın sökülməsi ilə bağlı yayılan məlumatlara Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov da münasibət bildirib. Belə ki, Ş. İbadov lent.az saytına açıqlama verərək bildirib ki, bazarın yerləşdiyi tikili tarixi əhəmiyyətə malikdir və tam sökülməyəcək: "Şərq bazarı" artıq 5-6 aydır fəaliyyətini dayandırıb. O bina tarixi memarlıq nümunəsidir, bu səbəbdən də sökülə bilməz. Onun içərisindəki konsuriksiyalar bərbad vəziyyətə salınıb. Bazarın içərində hərə bir arakəsmə, taxta ilə özünə bir obyekt düzəltmişdi. İndi həmin artıq şeylərin hamısı söküləcək. Ora gözəl bir tarixi memarlıq əsəri kimi başqa bir təyinatla istifadə olunacaq".
RİH başçısının birinci müavini əlavə edib ki, hazırda "Şərq bazırı"nın daxilində təmir işləri aparılır: "Binanın əhatəsi bağlanıb və təxminən 6 aydan sonra "Şərq bazarı"nda işlər yekunlaşacaq. Təmir bitəndən sonra ətrafı gül-çiçəkli olan memarlıq abidəsi görünəcək”.
Mənbə: Musavat.com
Oxşar xəbərlər
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 2026 13:39
- İsti su içməyin 12 faydası
13 fevral 2026 12:41
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 2026 13:12
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 2026 11:12
- Prezident daha bir qəbul keçirdi - Fotolar
9 fevral 2026 14:26
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
9 fevral 2026 12:15
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
9 fevral 2026 10:56
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
5 fevral 2026 12:48
Xəbər lenti
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
Video & Fotoqalereya
Video
Fotoqalereya







