Elmira Axundovanın səs yazısı: “Müdafiə naziri dəyişdi, pulum kəsildi…”
Sosial şəbəkələrdə Milli Məclisin deputatı Elmira Axundova ilə sahibkar Fərman Məmmədov arasında olan telefon söhbətinin sensasiyalı audioyazısı yayılıb. Audioyazıda söhbət deputatın Fərman Məmmədovdan borc aldığı böyük məbləğdə puldan gedir. Və Elmira Axundova hər dəfə həmin məbləği tapana qədər “daha 2-3 ay gözləməyi” xahiş edir.
Virtualaz.org bildirir ki, audioyazını hakimiyyətyönlü criminal.az saytı yayıb.
Bundan başqa, Elmira Axundova öz həmsöhbətini inandırır ki, borcu hissə-hissə, yəni 5 min-5 min qaytarıb xırdaçılıq etmək istəmir, çalışır ki, onu birdəfəyə bağlasın. Deputat söz verir ki, tezliklə onlar oğlu ilə birlikdə torpaq sahələrini satacaq və hansısa Mehmandan pul alacaqlar. Elmira Axundova günahkarcasına özünə bəraət qazandırır ki, onun işləri pis gedir və yeni müdafiə nazirinin təyinatından sonra (görünür, audioyazı köhnədir – red.) o, Müdafiə Nazirliyindən daha 60-100 min manatı ala bilmir. Əvvəl o bu pulu hansısa Cabir vasitəsilə alırmış…
Elmira Axundovanın ailəsi bu həftə ərzində artıq ikinci dəfədir qalmaqal mərkəzinə düşür. Daha əvvəl internetdə onun oğlu Həbib Axundovun videosu yayılmışdı. Həmin videokadrlardan görünür ki, deputatın oğlu təmtəraqlı həyat tərzi keçirir və özünə heç nədə korluq vermir. Videoda həmçinin hələ sağ olan model Günel Mirzəyeva da yer alır. Xatırladaq ki, şayiələrə görə, o, Həbib Axundovun yaxtasında həlak olub. Ölüm hadisəsi 26 iyun 2017-ci ildə Xəzər rayonunun Bilgəh qəsəbəsində baş verib. Rəsmi orqanlar məşhur modelin dənizə məhz kimin yaxtasında çıxdığı barədə açıqlama verməyiblər. Məlum olan yalnız odur ki, Günel Mirzəyeva 5 dostu ilə birlikdə yaxtada dənizə çıxıb və boğulub.
Elmira Axundovaya və onun oğlu Həbib Axundova qarşı davamlı kompromat axınının bu günlərə düşməsi təsadüfi deyil. Məsələ ondadır ki, Həbib Axundovun adı dələduzluqla bağlı hay-küylü işdə əvvəlcə şübhəli kimi keçirdi, sonradan isə zərərçəkmiş kimi keçir. Dinləmələr Bakı ağır cinayətlər məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilir. İşdə təqsirləndirilən şəxs qismində Elmira Axundovanın oğlu Həbib Axundovun keçmiş işgüzar partnyoru İbrahimov Elnur Rauf oğlu ittiham olunur.
E.İbrahimov 2016-cı ilin noyabrında iki il gizləndiyi Moskvada saxlanılıb. O, bir milyon manatdan çox vəsaitin mənimsənilməsində ittiham edilir. O öz qurbanları Elvin Vəliyevə, Sabir Ağayevə və başqalarına söz verib ki, Dubaydan printer kartriclərinin və başqa ofis inventarının idxalı üzrə ümumi biznesi təşkil edəcək. Və bu işdə onun partnyoru Həbib Axundov olub.
Həbib Axundov özü iş üzrə zərərçəkmiş kimi keçir. Cinayət işinin materiallarına əsasən, İbrahimov onunla 835 min manatlıq müqavilə bağlayıb, amma nəticədə onu aldadıb. Ancaq zərərçəkmiş Fərman Məmmədov tələb edir ki, Axundov da ittiham edilən şəxs kimi cəlb edilsin, çünki, onun sözlərinə görə, o, pulu İbrahimova yox, məhz Həbib Axundova verib.
Maraqlıdır ki, Həbib Axundovun təmtəraqlı həyatı haqda qalmaqallı videonun yayılmasından bir sutka sonra deputatın oğlu jurnalistlər qarşısına çıxıb və məsələyə aydınlıq gətirməyə qərar verib. Elmira Axundovanın oğlu öz müsahibəsini Real Tv-yə verib.
Müsahibədə Həbib Axundov qeyd edib ki, müxalifət KİV-i vasitəsilə yayılan qalmaqallı video Fərman Məmmədova onun tanışlarından biri tərəfindən ya satılıb, ya da ötürülüb. Videonun özündə Həbib Axundov qəbahətli heç nə görmür: onun sözlərinə görə, o, təmtəraqlı həyat sürmür. Və bütün pulları bizneslə məşğul olaraq o özü qazanır.
Gənc biznesmenin sözlərinə görə, onun anası-deputat heç vaxt pul oğurlamayıb və “imkan da olmayıb”. Və bütovlükdə o yalnız deputat maaşına yaşayır.
Həbib Axundov etiraf edir ki, onun böyük biznesi var, hansında ki, “yüzlərlə insan işləyir”. Və bu vaxt o, Fərman Məmmədova pul “atdığı” barədə bütün deyilənləri təkzib edir. Deputat oğulunun sözlərinə görə, əksinə, ona “atıblar”. Həm də elə böyük məbləğdə ki, o kreditlər götürmək məcburiyyətində qalıb və onları təzəlikcə və güclə bağlaya bilib. Bir sözlə, o, Fərman Məmmədovdan heç bir pul almayıb. Həbib Axundov həmçinin məşhur model Günel Mirzəyevanın həlak olması mövzusuna toxunub və qeyd edib ki, həmin faciəli anda o onun yanında olmayıb.
Bəlkə də cavan və uğurlu biznesmenin, hörmətli deputat Elmira Axundovanın oğlunun sözlərinə inanmaq olardı. Amma Fərman Məmmədovla Elmira Axundova arasında olan və bu gün yayılan audioyazı bütün kartları yenidən qarışdırdı. Əgər Həbib Axundov Fərman Məmmədovdan pul götürməyibsə, onda deputat Elmira Axundova niyə özünü alçaldaraq ondan borcu ödəməsini təxirə salmaq üçün vaxtı uzatmasını xahiş edir?! Bəlkə söhbət ictimaiyyətə məlum olmayan hansısa başqa bir borcdan gedir? Ehtimal ki, Həbib Axundova və ya onun deputat anasına, bütün bu suallara aydınlıq gətirilməsi üçün, daha bir neçə müsahibə vermək lazım olacaq…
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 2026 21:30
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- İsraillə ABŞ İrana zərbə endirdi
28 fevral 2026 14:54
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- İlham Əliyevin Efiopiyanın Baş naziri ilə təkbətək görüşü oldu
27 fevral 2026 11:10
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- Prezident Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 fevral 2026 12:09
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Gedib Somalidən ƏT ALIRIQ: Bu, bizim üçün AYIBDIR! - Fikrət Yusifovdan SENSASİON SÖZLƏR
24 fevral 2026 00:02
- Prezident iranlı naziri qəbul etdi
23 fevral 2026 17:17
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
