Fədayə “Qoca”nı qaçırmasının sirlərini açdı – ŞOK İFADƏ
Bakıda məhbusların qaçmasına köməklik göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçının ibtidai istintaqa verdiyi ifadəsi açıqlanıb.
Missiya.Az xəbər verir ki, Fədayə Laçın prokurorluqda verdiyi ifadəsində kriminal aləmdə nüfuza malik olan “Qoca” ləqəbli Etibar Məmmədovun Ali Ağami ilə birlikdə 23 oktyabr 2017-ci ildə “Bakı-Astara-Bakı” planlı dəmir yol qarovlunun mühafizəsi altında qaçmasına köməklik etmədiyini, bu məqsədlə ona vaqonun pəncərəsini açmaq təyinatlı xüsusi üçkünc açar tapıb göndərmədiyini deyib. Xüsusilə təqsirləndirilən Aqil Nəcəfov Fədayə Laçın ilə üzləşdirilərkən onun əməlini üzünə qarşı deməsindən sonra cinayət əməlini etiraf edib.
O bildirib ki, 1995-ci ilin fevral ayından el şənliklərinə, toylara gedərək müğənniliklə məşğul olub: “Etibar Məmmədovu 2013-cü ildən tanıyıram. Həmin il Hacıqabul rayonunda toyda olarkən Etibarın qardaşı Azadın toyunda da müğənni kimi iştirak etmişəm. Həmin zaman Etibarı tanımışam. Lakin həmin vaxt onunla heç bir münasibət qurmamışam”.
Fədayə Laçının ifadəsinə görə, təxminən 2015-ci ilin avqustunda Şirvan şəhərində toy məclisində olarkən müğənni yoldaşlarından adı yadında qalmayan şəxs ona Hacıqabul rayonunda bir nəfərin ad günün də 1-2 saatlıq oxumağı təklif edib: “Həmin müğənni yoldaşımın dedikləri ilə razılaşdım, axşam saat 21 radələrində toydan çıxdım. Məni şadlıq evinin qarşısında gözləyən maşının müşayiəti ilə Hacıqabul rayonuna getdim. Həmin məclisdə 4-5 mahnı ifa etdim. Orada mənə məlum oldu ki, həmin məclis Etibar Məmmədovundur. Həmçinin məclisdən çıxarkən özünü mənə Etibarın arvadı kimi təqdim edən Mahuzər adlı qadın barmağıma üzük taxdı, Etibarın adından hədiyyə olduğunu dedi. Mahuzər məndən mobil nömrəmi istədi. Mən də istifadəmdə olan mobil nömrəmi ona verdim. Aradan təxminən 10 gün keçəndən sonra mənə vatsapda mesaj gəldi. Baxanda mesajı yazan şəxsin Etibar olduğunu gördüm. “Etibaram, nə sözün olsa, mənə yaza bilərsən”, - məzmunda mesaj yazmışdı. Mən də ona cavabımda “Salam Etibar, necəsən dostum? Yaxşısanmı?” yazdım. Sonra Etibarla yazışmağa başladıq. Onda bildim ki, Etibar qəzəllər, şeir yazmaqla məşğuldur. Özüm də şair təbiətli insan olduğumdan qəzəlləri, şeriyyatı xoşlayıram. Etibarın da qəzəlləri, şeirləri çox xoşuma gəldi. Həmin vaxtdan Etibara yaxınlıq etməyə başladım. Ümumiyyətlə, bir-birimizi sevdik”.
2015-ci ildə Etibar Məmmədovun həbs olunmasından danışan Fədayə Laçın bildirib ki, həmin ilin noyabrın 5-də ölüm hadisəsi baş verib: “Bir qədər sonra Etibar Məmmədov “Abdulla” kimi tanıdığım, əsl adı Ağami Əli şəxslə və “Tahir Maqa” ilə birlikdə həbs olundu. Etibar həbs olunduqdan sonra onunla danışa və ya yanına gedə bilməmişəm. Həmin ilin noyabrında məhdudiyyət aradan qaldırıldıqdan sonra Etibar mənimlə telefon vasitəsi ilə danışmağa başladı”.
Fədayə Laçının sözlərinə görə, 2017-ci ilin mayında istintaq təcridxanasında ilk dəfə Etibarla görüşüb, həmin görüşə tək gedib. Qeyd edib ki, iyulun 29-da Lerik rayonunda konsertdə olan zaman Etibarın iyulun 2-də qatarla Lənkərana gəlcəyi ona məlum idi: “2 və 3 iyul tarixlərində Etibar mənə zəng etdi və harada olduğumu soruşdu. Ona Lerikdə olduğumu dedim. Etibar mənə Lənkəranda polis şöbəsində saxlandığı yerə gəlməyimi, onunla görüşməyimi söylədi. Mən də zəng olunan gündən bir gün sonra saat təxminən 17 radələrində polis şöbəsinə gəldim. Həbsdə olan şəxslərin saxlandığı yerə polis əməkdaşlarının müşayiəti ilə daxil oldum. Həmin vaxt polislər məni bir otağa keçirdilər, az sonra Etibarı da ora gətirdilər. Biz polisin yanında 15 dəqiqə görüşdük. Sonra oradan ayrıldıq”.
Fədayə Laçın bildirib ki, arada Etibar yenə də ona zəng edib, telefonla ünsiyyət saxlayıb: “2017-ci ilin avqustunda Etibar Məmmədov mənə zəng etdi. Danışıq əsnasında Bakı dəmir yolu vağzalına Bakı-Astara qatarının yanına gələrək, dustaqların daşınması vaqonuna yaxınlaşdım. Məni hərbi geyimli bir şəxs qarşıladı, dəhlizdəki bir otağa keçirdi. Etibar Məmmədovun hamı kimi barmaqlıqlar arxasında deyil, iki nəfər üçün nəzərdə tutulmuş kupedə olduğunu gördüm. Həmin kupeyə daxil olan zaman oranın pəncərəsi dəmirbarmaqlı olub və pəncərədə pərdə olub. Otaqda hər bir şərait var idi. Belə başa düşdüm ki, həmin kupe bələdçiyə aid olub. Etibarın yanına keçən zaman nəzarətçi üstümü yoxlamadı, onun yanına buraxdı. Həmin gün Etibarla bələdçinin otağında Biləcəri stansiyasına kimi getdik. Orada vaqondan düşdüm”.
Fədayə Laçının sözlərinə görə, təxminən sentyabr ayında ona Etibarın Aqil adlı dostunun istifadəsində olan mobil telefon nömrəsindən zəng gəlib: “Aqil telefonu konfrans edərək Etibarla danışmağa başladım. Orada Etibar dedi ki, sabah onun yanına gəlim. Ertəsi gün istintaq təcridxanasına gedərək, 4 saat orada oldum. Etibar mənə dedi ki, dəmiryolçuların vaqonlarda istifadə etdiyi üçkünc açar taparaq onun dostu Aqilə verim. Məsələ burasında idi ki, Etibar Məmmədov bacım Telli Balakişiyevanın Bakı-Tibilisi qatarında rəis işləməsini bilirdi. Etibarın bu istəyini icra edəcəyimə söz verdim. Bir müddət sonra həmin açarın qıfılının şəkilini Etibar Vatsap vasitəsi ilə mənə göndərdi, açarı götürüb-götürməyəcəyimlə maraqlandı. Ehtimal etdim ki, Etibar həmin açarla vaqondan qaçmaq üçün istifadə edə bilər. Bu səbəbdən Tellidən həmin açarı Etibar üçün götürməyə tələsmirdim. Hər dəfə Etibarla danışanda təkidlə tələb edirdi ki, açarı Tellidən götürərək, onun dostu Aqilə verim. Hətta Etibar bu səbəbdən bir müddət mənimlə küsdü və danışmadı”.
Fədayə Laçın deyib ki, Etibar Məmmədov istintaq təcridxanasından ona zəng edib və açarı tapıb-tapmaması ilə maraqlanıb: “Dedim ki, açar bir nəfər adım da var, zəng edib götürmək lazımdı. Etibar dedi ki, Aqil zəng vuracaq, açarı götürəcək. Həmin ərəfədə xəstə olduğum üçün mobil telefonumu söndürdüm, evdən çölə çıxmırdım. Bir və ya iki gün sonra mobil telefonumu açanda gördüm ki, Aqil zəng edib. Aqilin mobil telefonunu yığaraq açarı tapdığımı bildirdim. Ona bacım Tellinin tanışı Ədalətin telefon nömrəsini verdim ki, açarı ondan götürsün. Bildiyimə görə, Aqil Ədalətlə görüşüb, açarı ondan alıb”.
Fədayə Laçın bildirib ki, açar barədə bacısı Telliyə deyib və qıfıl açmaq üçün həmin açar tanışlarından birinə lazımdır. Onun ifadəsinə görə, Tellidə bu barədə tanışları ilə maraqlanacağını, ona xəbər verəcəyini deyib. Fədayə Laçının ifadəsinə görə, bir neçə gün sonra bacısı Telli ona açarın tanışı Ədalət adlı şəxsdə olduğunu, ondan götürə biləcəyini deyib.
Fədayə Laçın bildirib ki, Etibar Məmmədov bir neçə gün sonra həmin açarla qatardan qaçmaqda istifadə edib: “Bundan sonra telefonumun yaddaşından Etibar Məmmədovla yazışmanı sildim. Lakin ola bilsin ki, fotoşəkillər telefonun ayrı yerində qalmış olsun. Bildirmək istəyirəm ki, bacım Tellinin Etibarın qaçması planlından xəbəri olmayıb”.
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
3 mart 2026 14:20
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
1 mart 2026 18:39
- Gültəkin Hacıbəyli sərbəst buraxıldı - Yenilənib
25 fevral 2026 01:26
- Gültəkin Hacıbəylinin evində axtarış aparıldı - DTX-yə çağırıldı
24 fevral 2026 18:57
- Nəriman Həsənzadəyə Heydər Əliyev ordeni təqdim olundu - Fotolar
24 fevral 2026 16:11
- Alim Qasımov Bakıda zavod açdı
23 fevral 2026 22:04
- Prezident iranlı naziri qəbul etdi
23 fevral 2026 17:17
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
