Dəhşətli əməliyyat: 160 min türkün qanı ABŞ-a aparılıb
Adnan Oktar və adamları insanların qanını Amerikaya satıblar
Adnan Oktar və onun əsas adamı Oktar Babuna ilə bağlı son dəqiqə xəbərləri gəlməyə davam edir.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, 19 il əvvəl O.Babuna Türkiyənin gündəminə girmişdi. Həmin vaxt yüz minlərlə insandan qan alma bəhanəsi ilə fizioloji məlumatları əldə edən O.Babunanın həmin məlumatları Amerikaya göndərdiyi bilinir. Genlərə həssas virus təhlükəsi indi Türkiyə üçün daha da aktuallaşıb.
Adnan Oktarla bağlı gerçəkləşdirilən əməliyyatdan sonra təşkilatın keçmişdəki fəaliyyətləri də gün üzünə çıxmağa başlayıb. Babunaya 19 il öncə uyğun olan sümük iliyi axtarılarkən toplanan qanların Amerikaya göndərilməsi məlum olub.
Ümumiyyətlə, Oktar Babuna adı 1999-cu ildə sümük iliyi köçürülməsi kampaniyası ilə tanınıb. Cərrahpaşa Tibb Fakültəsindən 1987-ci ildə məzun olandan sonra Amerikada işə başlayan Oktar Babuna, Türkiyəyə gəldiyi zaman xərçəngə yaxalandığını öyrənib. Oktar Babunanın atası professor Cavad Babuna, oğluna uyğun sümük iliyi tapılması üçün nüfuzundan da istifadə edərək, böyük bir kampaniyaya başlayıb.
Babuna ailəsi uyğun iliyin sahibinə o tarixdə 10 milyard lira mükafat veriləcəyini və könüllü şəxslərə pulsuz qan testi ediləcəyini deyib. Professor dokr Cavad Babunanın 1999-cu ilin martında dəstək istədiyi kampaniya qısa müddətdə geniş miqyas aldı.

Nəticədə 160 min nəfərən ilik və qan nümunəsi alındı. İstanbul Universiteti Tibb Fakültəsi Vəqfi və İstanbul Valiliyi tərəfindən banklarda açılan kampaniya hesablarına həmin dönəmin pulu ilə 440 miyar lira yardım edildi. Toplanan yardım pullarının Abdi İpekçi İdman Salonunda düzənlənən böyük qan vermə kampaniyasında istifadə edilən tibbi alətlərə xərcləndiyi, üstəlik, İstanbul Universiteti Tibb Fakültəsi vəqfinin dörd ayrı tibbi alət satan şirkətə təxminən 100 milyard liraya yaxın pulu öz kassasından ödədiyi açıqlandı.
Gündə orta hesabla 30 nəfərə test edilən İstanbul Tibb Fakültəsi Tibbi Biiologiya bölməsində gündə ən azı 100 nəfərə baxılması üçün bir kriz masası yaradılarkən professor doktor Mahmud Çarın müraciətləri cavabsız qoymamaq üçün Almaniyadan gələcək məhsullarla öz potensiallarını artıracaqlarını deyib. Amma çox keçmədən Babuna üçün başlanan kampaniya zamanı 160 min qan nümunəsindən 120 mininin itdiyi, türk xalqından toplanan qan və ilik nümunələrinin Amerika Birləşmiş Ştatlarına göndərildiyi ortaya çıxdı. Oktar Babunanın Adnan Oktar qrupu ilə əlaqələri olduğu da üzə çıxdı. Bu əməliyyatın “ağıl verənlərindən” biri də A.Oktar olub.
Həmin vaxt ölkənin MHP-li səhiyyə naziri Osman Durmuş aşağıdakı açıqlamanı vermişdi: “Qapı-qapı gəzib pul alırlar. Bu hadisə mənə ikinci Titan hadisəsini xatırladır. Qan nümunələrinin xaricə göndərilməsi, genetik şifrəmizin çözülməsi baxımdan Türkiyə üçün strateji təhlükə təşkil edir”.
Nazir həmin vaxt bu layihəyə qarşı çıxdı və Türk xalqının gen xəritəsini ABŞ-ın əlinə keçdiyini açıqladı. O dönəm bu sözlərinə görə bəzi kəsimlərin hədəf taxtasına oturdulan Durmuş Türkiyədə toplanan qan nümunələrinin Connecticut yaxınlığındakı Stamfordda yerləşən “LifeCodes” adlı laboratoriyada girov saxlandığını, qan nümunələrinin Türkiyəyə qayarılmamasının “beynəlxalq dələduzluq” anlamını daşıyacağını söylədi.
Durmuşun açıqlamalarının ardınca istintaq başlayıb və toplanan ilik, qnaları ABŞ-dan qaytarılması üçün müəyyən cəhdlər edilib. Bu zaman Türkiyədə dayandırılan kampaniyanın Avstraliyada davam etdirməyə çalışılmasına görə hərəkətə keçən yetkililər Avstraliyadakı səhiyyə nazirliyinə də xəbərdarlıq edərək, kampaniyanın dayandırılmasına nail oldu.

HADİSƏDƏ ADNAN OKTAR İZİ
Səhiyyə Nazirliyi lösemi xəstəsi həkim Oktar Babunaya uyğun sümük iliyinin Amerikada aprel ayının əvvəlində tapıldığını, amma kampaniyanın dayandırılmaması üçün iyuna qədər cəmiyyətdən saxlandığını da deyib. Nazirlik Babunanın xəstəliyi üçün ilik nəqlinə ehtiyac olmadığını, bu günə qədər gördüyü dərman müalicəsi ilə xəstəliynin böyük ölçüdə gerilədiyi qənaətinə gəlmişdi. Nazirliyin müfəttişləri isə kampaniyanın “Adnan Hoca” olaraq tanınan Adnan Oktar yaxınları tərəfindən təşkilatlanıb davam etdiyi, İstanbul Tibb Fakültəsi Vəqfinin də bu məqsədlə “istifadə edildiyi” nəticəsinə gəldilər.
“DÖVLƏT İSTƏSƏ, BİLDİYİMİ DANIŞARAM”
Durmuş isə deyib ki, Oktar Babuna və Adnan Oktarla bağlı şikayətçi olmayacaq: “Artıq nazir və millət vəkili deyiləm. Keçmişdə, bu insanların qan nümunələrinin ABŞ-a satıldığını deyərkən səsimi eşitmək istəmədilər. Dövlət məlumatlarımdan istifadə etmək istəsə, bildiklərimi danışaram. Bunun xaricində fərdi olaraq hər hansı addım atmayacam”.

Qan nümunələrinin Amerikaya göndərilməsinə qarşı çıxan həmin dönəmin səhiyyə naziri Osman Durmuş o günlər haqda “Milliyyet”ə belə danışıb: “Dünyada genetika ilə bağlı araşdırma aparan səkkiz laboratoriya var. Bu laboratoriyalardan ikisi əlindəki məlumatları kimsəylə paylaşmır. Babuna üçün toplana qan nümunələri də bu iki laboratoriyadan biri olan Stamfordda yerləşən mərkəzə göndərildi. Laboratoriya sahibləri həmin dönəmdə qanların qaytarılması və analiz məbləği olaraq 3.4 milyon dollar ödəmə tələb etdilər. Bu nümunələri Türkiyəyə gətirtmək üçün cəhdlərə başladlq, amma qaytarmadılar. Beynəlxalq Sümük İliyi Dəstək Laboratoriyasının sahibi Linda Mickle, 3.4 milyon dollaqlıq ödəmə tələbini özündə əks etdirən bir məktub yazmışdı”.
“SÖZLƏRİMƏ GÜLÜB, KEÇDİLƏR”
“Gen xəritəsi bioloji müharibənin ön çalışmalarıdır. İraq müharibəsində ABŞ Hava Qüvvələri İraq hava sahəsinə qrip virusu atdı. İraq əsgərlərinin çoxu “əski” adı verilən xəstəliyə görə savaşma qabiliyyətini itirdi. Bu təhdid bizim ordumuz üçün də keçərlidir. Babuna üçün gerçəkləşdirilən kampaniya sonrası gen xəritəmiz çıxarıldı. Mümkün olacaq bir müharibədə bizim genlərimizə həssas virus yaradıb, türk əsgərlərində müharibə aparacaq güc qoymaya bilərlər. Bu təhdidlərə o zaman diqqət çəkdik. Kimlərsə gülüb keçdi, kimlərsə ciddiyə almadı, kimlərsə qarşı çıxdı. Həmi vaxt bəzi siyasətçilər də mənə qarşı çıxaraq “Belə çıxır ki, Qızılay da qan toplamasın?” dedilər.
Həmin vaxt ABŞ-dakı laboratoriyanın nümayəndələrini Türkiyəyə dəvət etdim. Amerikalı heyət Babuna üçün toplanan qan nümunələrinin bir məlumat bankında toplanıb, ehtiyacı olanlara verilə biləcəyini dedilər. Amma bu iş üçün bizdən 3 milyon dollar istədilər. Bu cür alverin içərisində olmayacağımızı söylədim. Bizim quracağımız məlumat bankına qan nümunələrini verərərsə, hər kəsin 50 dollar qarşılığında bundan yararlanacağını dedim. Amma bu təklifimizə müsbət reaksiya verməməklə yanaşı, rəqəmi yüksəltməyə çalışdılar. Biz də alver etmə haqqımızın olmadığını dedik. Nəticədə xalqımızın genetik məlumatarı amerikalıların əlinə keçdi. O dönəm prokurorluğa da yazdıq, amma maraqlanan olmadı”.
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 2026 11:27
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 2026 14:47
- İlham Əliyev Sülh və Barışıq üçün Gernika mükafatı-na layiq görüldü
26 aprel 2026 16:27
- Putin -erməni soyqırımı-nı TANIDI - Müraciətin MƏTNİ
26 aprel 2026 01:21
- Çernobılın 40 ili: SSRİ nüvə fəlakəti barədə həqiqəti necə gizlətdi?
25 aprel 2026 16:18
- Qəbələdə İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub - YENİLƏNİB
25 aprel 2026 15:00
- Yeni Klinika - Azərbaycanda ƏSL MÖCÜZƏ
26 aprel 2026 21:22
- II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək (SƏRƏNCAM)
24 aprel 2026 13:03
- Allahverdi Bağırovun doğum günüdür
24 aprel 2026 20:03
- Ələkbər Salahzadənin qızı: Atamın ölümündən sonra nömrəsindən zəng gəldi,..
20 aprel 2026 15:44
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
01 may 19:21
- Prezident və birinci xanım İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi (FOTO)
01 may 18:03
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
01 may 16:45
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
01 may 15:23
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
01 may 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
01 may 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
01 may 13:19
- Ədalət Fərəcov 2-ci dərəcəli ƏMƏK ordeni ilə təltif edildi
01 may 13:09
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
