Elçibəyin maliyyə nazirindən hökumətə 5 bəndlik antiböhran resepti
Reportaj12 avqust 2018 15:49
Saleh Məmmədov
keçmiş maliyyə naziri, professor
Dünya iqtisadiyyatında və xüsusilə Azərbaycanın əsas ticarət tərəfdaşları olan ətraf ölkələrdə baş verən ciddi iqtisadi təlatümlər onsuz da dərin böhran içərisində çabalayan Azərbaycan iqtisadiyyatına böyük zərbələr endirməkdədir və əks tədbirlər görülməsə yaxın zamanlarda ölüm yastığında can üstə olan qeyri-neft istehsalını tam çökdürəcək. Əsas ticarət tərəfdaşları olan Türkiyə, İran, Rusiya, Çin, Avropa, Qazaxıstan və s ölkələrin hamısında milli valyutalar ciddi surətdə dəyərini itirmişlər, bu da ona gətirib çıxarmışdır ki, Azərbaycan idxalının qiyməti bir o qədər ucuzlaşmış, ixrac məhsullarının qiyməti isə bahalaşmışdı. Deməli, dünya bazarında Azərbaycanın qeyri-neft məhsulları üzrə rəqabət qabiliyyəti xeyli zəifləmişdi, bir az da belə davam etsə bu məhsulların istehsalçıları işi tamamilə dayandırmalı olacaq, nəticə -işsizlər ordusun yüz minlərlə artması, istehsalın azalması, büdcə gəlirlərinin azalması, iqtisadi artımın minuslanması və s neqativ hallar olacaq. Təəssüf edirəm bu hökümətin səssizliyinə, sanki, Azərbaycan iqtisadiyyatına endirilən bu ağır zərbələrin bu hökümətə heç aidiyyatı yoxdur. Ölkənin bazarını qorumaq, qeyri-neft istehsalının, məhsul ixracının düşməsinin qarşısının alınması məqsədilə təcili tədbirlər görülməli, kompleks proqram hazırlanmalıdı:
1. Birinci növbədə ən ağır zərbəni zərərsizləşdirmək, yəni manatın dəyərinin tədriclə azaldılması vacibdir. Milli valyuta yalnız pul vahidi deyil, həm də ən mühüm makroiqtisadi tənsimləmə vasitəsidi. Son bir neçə ayda İran valyutası 200-300%, Türkiyə – 150-200%, Rusiya-20% dəyər itirmişdi. Bunlardan idxal olunan malların dəyəri də təqribən bu qədər ucuzlaşmışdı. Bunun qarşısında hansı Azərbaycan istehsalçısı rəqabətə tab gətirə bilər?
2. Daxili qeyri neft istehsalçılarına xüsusi güzəştli vergi sistemi qurmaq, əksəriyyətini bir çox vergilərdən azad etmək və ya çox cüzi səviyyəyə endirmək, güzəştli vergi sistemi hazırlamaq.
3. Qeyri-neft ixracatına xüsusi təşviq rejimi qurmaq, ixracı stimullaşdırıcı və sadələşdirici rejim yaratmaq. İxracın nəqliyyat məsrəflərinin ən azı yarısını, sertifikatlaşma, rəsmiləşdirmə məsrəflərinin hamısını dövlət öz üzərinə götürməlidi, idxal kömrük vergiləri (elmi-texnoloji məhsullar istisna olmaqla) dünya regionları üzrə artırılmalı və bunun hesabına ixrac bonusları müəyyən olunmalıdı.
4. Qeyri-neft məhsullarının maya dəyərini aşağı salmaq üçün digər ciddi addımlar atmaq lazımdı: istehsal kreditlərinin maksimum həddi 3% müəyyən edilməklə, kredit resursları dövlət vəsaiti hesabına təmin edilməlidi; dövlət inhisarında olan yanacaq, elektrik, suyun qiyməti aşağı salınmalıdı; istehsal üçün diğər dövlət xidməti ucuzlaşdırılmalıdı.
5. İdxal-ixrac rejimi Aİ standartlarına uyğun yenilənməli, sadələşməli, məhsulların maya dəyərinin 10%-ni təşkil edən rüşvət aradan qaldırılmalı, tələb olunan sənədlər minimuma endirilməli, qeydiyyat müddəti maksimum qısaldılmalıdı.
Sadalanan tədbirlər kompleks proqramın hissələridi, proqram isə bütün detalları ilə daha geniş tədbirlər sistemini əhatə edir. Bu tədbirlərin tətbiqini ləngitmək olmaz, dərhal başlamaq lazımdır, hər itirilən gün ölkəyə çoxsaylı milyonlarla zərərə başa gəlir.
Oxşar xəbərlər
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 2026 22:16
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- Sabiq nazir Siruz Abasbəylinin 80 illiyidir
30 yanvar 2026 13:52
- Ölkəmizə 300 milyard dollardan çox xarici sərmayə cəlb edə bilmişik
8 yanvar 2026 17:58
- QALXDI bütün QƏZETLƏR qiymətdə, ay can, ay can!..
6 yanvar 2026 11:08
- Ramiz Mehdiyevin Türkiyədə dəniz imperiyası üzə çıxdı – Enveroğlu tankeri…
5 yanvar 2026 18:06
- Elçin Babayevin sevimli şirkəti - 23 milyonluq tender həmin MMC-yə verildi
5 yanvar 2026 14:03
- Azərbaycanın 2026-cı ildə ev sahibliyi edəcəyi beynəlxalq FORUMLAR (SİYAHI)
3 yanvar 2026 12:19
Xəbər lenti
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
Video & Fotoqalereya
Video
Fotoqalereya
