Əli Həsənovun uzun illərdir edə bilmədiyini Rövşən Rzayev qısa zamanda etdi
Adilə Həsənova: “Cənab Prezident, fəxr edirik ki, Rövşən Rzayev kimi kadrlarla ölkəmizin daha da çiçəklənməsinə çalışırsınız“
“Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov olanda bu komitəyə bəlkə də yüzdən artıq müraciət edərək, baxımsız, üfunət iyi verən qaraj otağında artıq yaşamağımın mümkün olmadığını bildirmişdim. Xahiş etmişdim ki, dövlət tərəfindən məcburi köçkünlər üçün inşa edilmiş binalardan birində məni də mənzillə təmin etsinlər. Amma söz versələr də, bu sözün arxasında durmağa cürətləri çatmadı”. “Kivnews.com” İnformasiya Portalı xəbər verir ki, bu sözləri uzun müddətdir mətbuatın gündəmindən düşməyən, etdiyi çoxsaylı müraciətləri ilə Komitədə hər kəs tərəfindən tanınan Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin 4 ünvanında yerləşən Tikinti Mexanikləşdirmə İdarəsinin (UMS Trest) uçub-dağılmış qarajında məskunlaşmış Cəbrayıl rayonundan məcburi köçkün Adilə Həsənova bildirdi.
“Elə bir qarajda yaşayırdım ki, yağış yağanda evim su ilə dolurdu. Heç bir isitmə sistemi olmayan, mavi yanacaqla təmin olunmayan qaraj otağını dövlətin biz məcburi köçkünlərə verdiyi “çörək pulu” hesabına elektrik plitəsi ilə isitməyə çalışırdım. Amma verilən pulla bilmirəm çörək alım, otağımı isidim, yoxsa yemək bişirim. Qarajın həyətindən isə danışmağa dəyməz. Çünki uzun illərdir fəaliyyətsizliyi səbəbindən yağış yağan kimi həyəti keçilməz bataqlığa çevrilirdi. Havalar isinəndə isə adamdan hündür qamış hər tərəfə yayılırdı. Anti-sanitariya baş alıb gedirdi. Bataqlıqdan çıxan həşəratlar isə birbaşa evə soxulurdu”, deyə Adilə Həsənova əlavə etdi.
Vətəndaş qeyd edir ki, yaşayış vəziyyətinin dözülməz olması ilə bağlı Əli Həsənovun sədrliyi dövründə dəfələrlə “Qaçqınkom”a müraciət edib: “Demək olar ki, günlərim komitədə keçirdi. Qəbul şöbəsindən tutmuş, sədrə kimi hər kəs mənim yaşayışımdan, etdiyim müraciətlərdən məlumatlı idi. Çünkli yalan olmasın, yüzlərlə ərizələr, xahişnamələr, müraciətlər etmişdim. Hətta dəfələrlə “Qaçqınkom”da qəbulda olmuşdum. Etdiyim müraciətlərdən, qəbula düşməklərimdən, yaşayış vəziyyətimin ağır olduğunu gördüklərindən sonra mənim sənədimin üstünün keçmiş sədr tərəfindən yazıldığı bildirilmişdi. Və bildirildi ki, yaxın zamanda səni Ramana qəsəbəsi, Şuşa şəhərciyində inşa edilən binada mənzillə təmin edəcəyik. Bu sözün üzərindən aylar keçdi, amma mənzillə təmin olunmadım. Onlar məni aldatmaqla məşğul idi”.
Adilə Həsənova bildirir ki, ölkə başçısı tərəfindən verilən sərəncamla Komitə sədri dəyişdirildikdən sonra ümidi artdı. Çünki yeni sədrin işlək biri olduğunu deputatlıq fəaliyyəti zamanı bilirdim: “Bildirim ki, uzun illərdir yaşadığım qarajda iki qız övladını atasız böyütmüşəm. Onlara təlim-tərbiyə, təhsil vermişəm. Hər iki qızım hazırda universitet tələbəsidir. Vətəninə, xalqına layiqli bir şəxsin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sədr təyinatı mənim kimi sosial durumu aşağı olan bir çox məcburi köçkünlərin ümidini artırdı. Təyinatdan sonra “Qaçqınkom” sədri Rövşən Rzayevin adına etdiyim bir müraciətə verilən reaksiya məni çox sevindirdi və qürurlandırdı. Şəxsən Rövşən Rzayevin tapşırığı ilə “Qaçqınkom”un Mənzil İstismar Departamentinin direktoru Rasim Tağızadə və Xatirə xanım mənim problemimlə, yaşayış vəziyyətimlə operativ şəkildə maraqlandılar və Ramana qəsəbəsində iki otaqlı mənzillə təmin etdilər”.
Uzun illərdir qarajda məskunlaşan Adilə Həsənova artıq yeni mənzilinə köçüb. Məcburi köçkün yeni mənzillə təmin olunduğuna görə, prezidentə və digər əziyyəti olan şəxslərə təşəkkür etdi: “Mənim və iki qızımın sevincinin həddi-hüdudu yoxdur. Başda Siz olmaqla bu işdə əziyyəti olan hər kəsə Allah kömək olsun. Bir vətəndaş olaraq fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı olaraq Siz Azərbaycanı günü-gündən inkişaf etdirir, vətəndaşlarımızın qayğısına qalır, onların problemlərinin həlli istiqamətində yorulmadan çalışırsınız. Eyni zamanda beynəlxalq tribunalardan Azərbaycanın haqq səsini dünyaya çatdırırsınız.
Sizinlə fəxr edirik, cənab Prezident. Fəxr edirik ki, Rövşən Rzayev kimi kadrlarla ölkəmizin daha da çiçəklənməsinə çalışırsınız”.
- Dünyada ən çox uşaq doğan QADIN - FOTO
22 fevral 2026 10:59
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 2026 17:41
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
21 fevral 2026 17:21
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 2026 13:50
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 2026 13:34
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 2026 11:22
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq (VİDEO)
22 fevral 11:11
- Dünyada ən çox uşaq doğan QADIN - FOTO
22 fevral 10:59
- Şamaxıda zəlzələ oldu
22 fevral 10:47
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 22:25
- Azərbaycanda kərə yağı istehsalı KƏSKİN azaldı
21 fevral 22:10
- Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: Bütün dünya birləşsə də, təslim olmayacağıq
21 fevral 19:38
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 17:41
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
21 fevral 17:21
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 17:11
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 14:22
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 13:52
- Bir ildə ölkədə neçə uşaq doğulub?
20 fevral 19:05
- Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı (FƏRMAN)
20 fevral 18:51
- Küçədə elektron siqaret çəkənlər bu qədər cərimələnəcək
20 fevral 14:32
- Prezidentin ABŞ səfəri başa çatdı
20 fevral 14:25
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 14:07
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 13:55
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 13:50
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 13:34
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 15:54
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 15:30
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
