Ət bahalaşa bilər
Maraqlı12 avqust 2018 21:30
Cari ildə ölkədə 2442699 baş iribuynuzlu heyvan nodulyar dermatit xəstəliyinə qarşı peyvənd olunub.
Gürcüstanın Samtsxe-Cavaxetiya regionunda qaramal arasında iti yoluxucu nodulyar dermatit xəstəliyinin yayılması ilə əlaqədar qonşu ölkədən gətirilən yüklərin boşaldılma yerləri Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin yerli qurumları tərəfindən kimyəvi maddələrlə dezinfeksiya edilir.
Nazirlikdən verilən məlumata görə, bu tədbir Azərbaycan ərazisinin başqa ölkələrdən keçə biləcək iti yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə aparılır. 2018-ci ilin ilk 7 ayı ərzində Baytarlıq Xidməti tərəfindən ölkə ərazisində iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı 2442699 baş iribuynuzlu heyvanda peyvəndləmə tədbiri aparılıb və epizootik sabitlik qorunub. Baytarlıq Xidməti respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən, nodulyar dermatit xəstəliyinə görə epizootik vəziyyətin sabit olduğunu bildirir.
Qeyd edək ki, bir müddət öncə Qida Təhlükəsizliyi Agentliyi də Azərbaycan ərazisinə başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədi ilə əhaliyə xəbərdarlıq etmişdi. Agentlikdən bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Gürcüstanın Samtsxe-Cavaxetiya regionunda qaramalda nodulyar dermatit xəstəliyinin yayılması müəyyən edilib. Bununla əlaqədar olaraq bu ölkədən qaramalın idxalı ilə bağlı müraciət edən hüquqi və fiziki şəxslər tərəfindən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq tələbləri nəzərə alınmalıdır.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi üçün QTA tərəfindən Gürcüstanın Samtsxe-Cavaxetiya regionundan gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub. Mövcud vəziyyətin Azərbaycanın ət bazarına təsirsiz ötüşməyəcəyi bildirilir. Ekspertlər yay aylarından etibarən ölkə ərazisində ətin qiymətinin kəskin formada artdığına diqqət çəkərək, bu artımın davam edəcəyini deyirlər. Ətin bahalaşmasının səbəbi kimi ölkədə ət qıtlığının yaranması, yemin bahalaşması və otlaq sahələrinin azalması göstərilir. Bunlarla yanaşı, xaricdən ət idxalında azalma da qiymət artımını şərtləndirir.
İqtisadçı-ekspert Akif Nəsirli "Cümhuriyət” qəzetinə bildirib ki, bu cür elanların verilməsi, psixoloji təsirlərlə ölkəyə Gürcüstandan gələn heyvandarlıq məhsullarının alınmasının qarşısını alacaq: "Mövcud situasiyada ölkənin ət bazarında qiymətin müəyyən qədər artımı olacaq. Bununla da, ölkədə bahalaşma tendensiyasını bir qədər də sürətlənə bilər. Sözügedən məsələdə diqqətimi çəkən əsas nüanssa, dövlət qurumlarının əhaliyə xəbərdarlıq etməsidir. Buna görə dövlət qurumları əhaliyə niyə xəbərdarlıq etməlidir? Dövlət Gömrük Komitəsi ölkənin iqtisadi sərhədində dayanır, zəhmət çəksin yararsız məhsulu ölkəyə buraxmasın. Bununla da daxili bazar qorunmuş olur. Əslində isə bu, əhalinin problemi deyil. Doğrudur, əgər hansısa təhlükə varsa, zərbə əhaliyə dəyir. Tutaq ki, istehlakçı bazardan ət alır.
O, haradan bilsin ki, satılan ət Gürcüstandan gətirilib, yoxsa başqa yerdən?! Sözsüz ki, bu əti satan insanlar Gürcüstandan gəldiyini danacaqlar. Əgər xəstəlik aşkarlanıbsa, oradan gələn kənd təsərrüfatı məhsulları sərhəddən buraxılmamalıdır”.
Oxşar xəbərlər
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 2026 23:24
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 2026 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
Xəbər lenti
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
Video & Fotoqalereya
Video
Fotoqalereya
