“Nar” ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırdı – FOTO

“Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində ötən il olduğu kimi bu il də ali məktəblərə qəbul imtahanları zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış abituriyentləri dəyərli hədiyyələrlə mükafatlandırdı. 14 avqust 2018-ci il tarixdə ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbir modern.az saytı ilə birgə təşkil edildi.
Mükafatlandırma mərasimində Azərbaycanın müxtəlif bölgələrini təmsil edən və ilin ən uğurlu abituriyenti adını qazanan 29 gəncə “Nar” operatoru adından ən müasir smartfonlar, eləcə də mobil internet və zənglər üçün balans təqdim edildi.
Tədbirdə iştirak edən qonaqlar abituriyentlərlə yaxından tanış olmaq və onları şəxsən təbrik etmək imkanı qazandılar. “Nar” operatorunun ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Əziz Axundov da, öz növbəsində, gəncləri təbrik edərək onlara gələcək karyeralarında müvəffəqiyyətlər arzuladı:
“Gənclərimizin ildən-ilə göstərdikləri daha yüksək nəticələr bizi çox fərəhləndirir. Yüksək əzmkarlıq və çalışqanlıq kimi xüsusiyyətlər sayəsində əldə edilən bu nailiyyətə görə gənclərimizi təbrik etmək “Nar” olaraq bizim üçün də artıq xoş bir ənənəyə çevrilmişdir. Əminəm ki, bu, daha böyük uğurların başlanğıcıdır”, – deyə Əziz Axundov qeyd etdi.
Təhsil “Nar” operatorunun KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Gənclərdə oxumaq həvəsi oyatmaq, layiqli təhsil almaları üçün onlarda motivasiya yaratmaq mobil operatorun ən ümdə məqsədlərindən biridir. Təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən “Nar” bu kimi təşəbbüslərlə tələbələrə dərslərində daha uğurlu olmaları üçün əlavə stimul verməyə çalışır.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib.
“Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. İki milyondan artıq istifadəçisi olan “Nar” hazırda ölkə ərazisinin 93%-ni əhatə edən və 7000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.
- Yazıçı Kəramət Böyükçöl və İlqar Məmmədov arasında qırğın - ÖLÜ -DİRİ SÖHBƏTİ DÜŞDÜ...
21 oktyabr 2025 01:54
- İlham Əliyevin Qazaxıstana səfəri başladı (FOTO)
20 oktyabr 2025 16:44
- Çar 2-ci Nikolayı güllələmiş sabiq çekistin məxfi səs yazısı- Şahzadə Alekseyə 11 güllə vurduq, ölmürdü (AUDİO)
20 oktyabr 2025 16:33
- İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul etdi
18 oktyabr 2025 20:27
- Azərbaycanlı kəşfiyyatçı Ukraynada həlak oldu (FOTO)
14 oktyabr 2025 15:19
- Ərdoğan yeni QƏRAR imzaladı: Türk soylular Türkiyədə ƏCNƏBİ sayılmayacaq
13 oktyabr 2025 11:15
- Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)
12 oktyabr 2025 22:58
- Prezident Misirə getdi (FOTO)
12 oktyabr 2025 18:45
- ARA QARIŞDI: Prezident paytaxtdan naməlum istiqamətdə QAÇDI - FOTO, VİDEO
11 oktyabr 2025 22:19
- Sahil qəsəbəsi yaxınlığında vulkan püskürdü (FOTO)
11 oktyabr 2025 09:34
- Yazıçı Kəramət Böyükçöl və İlqar Məmmədov arasında qırğın - ÖLÜ -DİRİ SÖHBƏTİ DÜŞDÜ...
21 oktyabr 01:54
- Brejnev-Ford görüşü – imzalanan mühüm saziş, xəz papaq və kürk mübadiləsi
20 oktyabr 22:55
- NAR Çoox Şanslı lotereyasına start verdi
20 oktyabr 22:06
- İlham Əliyevin Qazaxıstana səfəri başladı (FOTO)
20 oktyabr 16:44
- Çar 2-ci Nikolayı güllələmiş sabiq çekistin məxfi səs yazısı- Şahzadə Alekseyə 11 güllə vurduq, ölmürdü (AUDİO)
20 oktyabr 16:32
- Ramiz Mehdiyevin SENSASİON SƏS yazısı - AUDİO
20 oktyabr 13:35
- Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)
20 oktyabr 12:59
- Ramiz Mehdiyev biznes şəbəkəsini genişləndirmək üçün yaxın adamını necə səfir göndərib? — SENSASİON Faktlar
20 oktyabr 11:52
- Mənə Mehdiyev haqda bunu dedilər: elə bildim zarafatdır – Sərdar Cəlaloğlu
20 oktyabr 09:51
- ABORT edirsənsə, təkcə qadının deyil, kişinin də söz haqqı olmalıdır
20 oktyabr 09:05
- Bu gün Zəngilan Şəhər Günüdür
20 oktyabr 02:36
- İlham Əliyev Zəngilanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib VİDEO
20 oktyabr 01:59
- Müəllimlikdən prezidentliyə - Tufan Erhürman kimdir?
20 oktyabr 01:47
- Şimali Kiprin yeni prezidenti o oldu
19 oktyabr 23:13
- İlkin nəticələr açıqlandı - Ersin Tatar uduzur
19 oktyabr 21:23
- Zahid Oruc ittihamlara belə cavab verdi
19 oktyabr 21:17
- Kimin qarın ağrısı varsa, adımı hallandırır - Elmar Məmmədyarov
19 oktyabr 21:07
- Abbas Abbasovun Moskvadakı planı necə İFŞA EDİLDİ? - Mehdiyev işində daha bir SENSASİYA
19 oktyabr 08:15
- Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas
19 oktyabr 00:22
- Bu kəndlərin adları dəyişdiriləcək - SƏBƏBLƏR
18 oktyabr 22:34
- Ramiz Mehdiyev Təhlükəzlik Şurasının üzvlüyündən azad edildi
18 oktyabr 20:42
- İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul etdi
18 oktyabr 20:27
- 35 İL əvvəl professor Telman Qurbanovu harada ÖLDÜRDÜLƏR: EA-da KABİNETİNDƏ, yoxsa ? SİRR
18 oktyabr 15:56
- FAİZƏ götürdüyü 800 MANAT borcu qaytara bilmədiyi üçün özünü ÖLDÜRDÜ
18 oktyabr 14:48
- Bakıda iş adamı idman zalında öldü
18 oktyabr 13:27
- Azərbaycan Prezidenti Xəzər dənizini xilas etmək üçün Xəzəryanı ölkələri birgə tədbirlərə çağırıb
18 oktyabr 11:51
- Mehdiyevin -ƏSA Akademiyası- nın son pərdəsi
18 oktyabr 11:23
- Mehriban Əliyeva: Azərbaycandakı sülh və əmin-amanlıq əbədi olsun!
18 oktyabr 10:26
- Putinlə istənilən formatda danışmağa hazıram – Ukrayna lideri atəşkəs çağırışı etdi
18 oktyabr 01:57
- Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından da çıxarılır - Mədət Quliyevdən açıqlama
18 oktyabr 00:51