İçində insan əti aşkarlanmış kolbasalar Azərbaycana…
Rusiyanın ət kombinatlarından biri ilə bağlı ölkə mətbuatında şok məlumat yayılıb. Məlumatda iddia edilir ki, Moskva yaxınlığında fəaliyyət göstərən “Mortadel” ət kombinatında istehsal edilən kolbasaların tərkibində insan əti aşkarlanıb.
Bildirilir ki, Rusiya Tibb Elmləri Akademiyasının Qida İnstitutunun alimləri həmin kombinatdakı ət məhsulları nümunələrini tədqiq ediblər və tərkibində insan əti olduğu qənaətinə gəliblər. İnsan əti nümunələri iki növ kolbasada – “Kral” və “Dənəvər servalat”da tapılıb. Ekspertlər kolbasanın tərkibinə insan ətinin təsadüfən düşməsi ehtimalını istisna ediblər. Kolbasaların tərkibinə kimsəsiz meyitlərin əti vurulduğu ehtimal edilir.
Maraqlıdır, Azərbaycanın kolbasa sənayesində vəziyyət necədir?
Mövzu ilə əlaqədar Azad istehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxladıq. “Yeni Müsavat”a danışan E.Hüseynov bildirir ki, Rusiyada kolbasalarda aşkarlanan insan əti Azərbaycanda istehsal olunan kolbasalarda da müəyyən oluna bilər: “Yoxlama yoxdur, belə bir şəraitdə Qida Təhlükəsizliyi Agentliyi işə indi başlayır. Belə bir şəraitdə hətta yerli istehsalda (bir neçə kolbasa sexi istisna olmaqla) digərlərində bu cür hala rast gəlinə bilər. Kolbasa istehsal edən yerli şirkətlərdən bir neçə müəssisə ”Halal” sertifikatı alsa da, 80 faizinə ciddi nəzarət yoxdur. Elə yerlərdə təhlükəli kolbasalar istehsal oluna bilər. Xaricdən gələn kolbasalarda böyük problem yaşana bilər. Onlar malların ömrünü uzatmaq üçün hər cür inqrediyentlərdən, hətta insan ətindən də təhlükəli kimyəvi elementlərdən istifadə edirlər. Belə kolbasaların gözəl ətri və dadı olur. Əslində isə kimyalaşmış məhsullardır”.

Azad İstehsalçılar Birliyinin sədri yerli kolbasalara üstünlük verir: “2011-ci ildə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi USAİD bizə müraciət etdi və dünyada ilk təcrübəni həyata keçirməyi təklif etdi. Bu, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması ərəfəsinə hazırlıq idi. Azərbaycan mallarının rəqabətə davamlılıq layihəsi çərçivəsində idi. Biz ilk dəfə olaraq Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi Nişanını dövlət qeydiyyatına aldırdıq və bir neçə müəssisəyə, o cümlədən Azərbaycanda kolbasa istehsal edən ”SAB” və “Min bərəkət” şirkətlərinə Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi Nişanını şamil etdik. Orada daim ictimai monitorinqlər aparılır. Ölkədə 20-yə qədər kolbasa istehsalçıları var. Bir çoxu nəzarətdənkənar – harada gəldi, necə gəldi, nədən gəldi, kolbasa istehsal edir və harada gəldi satır. Bunlar artıq təhlükəli kolbasalardır”.
E.Hüseynov Rusiyada aşkarlanmış mal partiyaların Azərbaycana gətirilməsini də istisna etmir: “Bir sözlə, əhali yerli kolbasalara üstünlük versin. O kolbasa ki, standartlara uyğun hazırlanıb, üzərində istehsal olunma və son istifadə tarixi vurulub, istehsalçı müəssisənin ünvanı, əlaqə telefonu var, tənbəllik etməsinlər, zəng vurub istehsalı barədə maraqlansınlar. İstehlakçı hüquqlarının mühafizəsi haqqında qanunda istehlakçının malın sertifikatını tələb etmək hüququ var, bu hüquqlarında istifadə etsinlər”.
Qida eksperti istehlakçıları diqqətli olmağa çağırır: “Azad bazar iqtisadiyyatı, biznesə toxunulmazlıq şəraitində təhlükəli kolbasalar və digər mallar əmtəə bazarında var. Kolbasa ilə bağlı bizə həftədə 1-2 şikayət daxil olur. O da etiketi olmayan kolbasalardan olur. Azad İstehlakçılar Birliyi hazırda hazırlaşır ki, ”Halal” sertifikatı almış kolbasa müəssisələrində ictimai monitorinq aparsın, monitorinqə kütləvi informasiya vasitələrini cəlb eləsin. Bilmək istəyirik ki, onlar həqiqətən də ekoloji təmiz, halal standartlara uyğun kolbasa istehsal edirlər, ya aldadırlar?“
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
5 mart 2026 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
5 mart 2026 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
5 mart 2026 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
3 mart 2026 19:48
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
3 mart 2026 14:20
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
