Şabran sakinləri rayon rəhbərliyindən şikayətçidir: "41-45-ci illəri xatırladır" (FOTOLAR)
Region26 avqust 2018 10:00
Şabranın Füzuli küçəsinin sakinləri küçələrinin həddindən artıq bərbad olmasından şikayət edirlər.
Qaynarinfo-ya ünvanlanan şikayətdə bildirilir ki, hər il rayonun büdcəsinə abadlıq məqsədilə milyonlarla manat pul köçürülsə də, illərdir nə köhnə icra başçıların, nə də indiki başçı Novruz Novruzovun bu yola asfalt çəkdirmək yadına düşməyib:
"Ümumiyyətlə Şabran şəhərinin Heydər Əliyev prospektinin cüzi bir hissəsini saymasaq, rayonun bütün küçə və yolları həddindən artıq bərbad vəziyyətdədir. "Stansiya”ya - Şabran Dəmiryolu vağzalına yaxın Füzuli və Nizami küçələri adama daha çox 1941-1945-ci illər müharibəsindən sonrakı ilk illərə xas kimsəsiz, boz və yeknəsaq mənzərələri xatırladır. Bu baxımdan müharibədən kino çəkmək istəyən kinostudiya təbii fon üçün heç bir qəpik də xərc çəkmək istəmirsə, tam uğurla Şabranın bu hissəsini seçə bilər. Nizami küçəsində baxımsız, atılmış, köhnədən qalma, xarabalığı xatırladan dağılmış tikililər yetərincədir. Nizami küçəsi boyu burada antisanitariya hökm sürür, ətraf başdan-başa zibillik içərisindədir. Nizami küçəsində yolun kənarında yığılıb qalmış zibil yığnaqlarını yığırlarsa belə, bunu çox nadir hallarda edirlər. Zibil qutuları isə ümumiyyətlə yoxdur.
Adam bilməsə ki, hardadır, buranı Somalinin, Hindistanın küçəsi bilər. Ətrafda isə kifayət qədər əhali yaşayır. Aydındır bu cür zibilxanalar müxtəlif xəstəlik mənbəyidir. Bir sözlə Şabranın bu hissəsində abad, gözoxşayan heç nə yoxdur.
Adi elementar əczəxana belə rayonun bu hissəsində tək-tükdür. Rayonda ictimai nəqliyyatda da ciddi problem var. Belə ki, günortadan sonra əksər marşrutlar işləmir və sakinlərin gediş-gəlişində çətinliklər yaranır. Şəhərdaxili nəqliyyat da çox zəif işləyir, cəmi 2-3 dənə 2 nömrə marşrut işləyir ki, o da əhalinin nəqliyyat tələbatını ödəmir. Həm ona görə ki, bu marşrut sınıq-salxaq kiçik tutumlu mikroavtobuslardan ibarətdir, həm də günortodan sonra işləmirlər deyə şabranlılar məcbur olub ya evlərinə piyada gedirlər, ya da artıq xərc çəkib taksidən istifadə etmək məcburiyyətində qalırlar.
Füzuli küçəsinin sakinləri yollarının bərbad olması səbəbindən yayda toz-torpaqdan, qışda isə palçıqdan əziyyət çəkir.
Payızda, qışda yağış yağanda təmir olunmadığından buradan keçmək lap müşkülə çevrilir. Hətta taksi sürücüləri bərbad, kələ-kötür olduğundan Füzuli küşəsinə gəlmək istəmirlər. Sakinlər neçə illərdir bu küçədə yolsuzluqdan əziyyət çəkirlər, amma bu küçəyə asfalt çəkilmir ki, çəkilmir. Dahi ədiblərin adını daşıyan küçələrə icra hakimiyyətinin bu cür yanaşması elə vətəndaşların probleminə necə yanaşmalarını bariz şəkildə göstərir. Bu küçələrin vəziyyəti qətiyyən dahi şairlərin adına yaraşmır.
Doğrudanmı Şabranda ən böyük küçələrdən biri olan, xeyli sakin yaşayan Füzuli küçəsinə asfalt çəkmək bu qədər çətin məsələdir?! Axı küçələrin təmiri, abadlaşması üçün dəfələrlə milyonlarla pul ayrılıb. Amma icra başçısı təkcə Heydər Əliyev prospektini düzəltməklə işini bitmiş hesab edir.
Ümumiyyətlə son 20 ildə Şabranda digər rayonlardan fərqli olaraq demək olar ki, heç bir inkişaf getməyib və Şabran bəlkə də Azərbaycanın şimal-şərq rayonları arasında sosial-iqtisadi vəziyyəti ən pis olan rayondur. Qaranlıq düşən kimi rayonda həyat sönür. Şəhərin yalnız bazara yaxın olan mərkəzi hissəsində bir balaca həyat əlamətləri bilinir və o əraziyə bir balaca əl gəzdirilib. Rayonun qalan hissəsi sivilizasiyadan uzaq bir məkanı xatırladır. Ümumiyyətlə maraqlıdır ki, Şabrandan kifayət qədər şikayət olsa da, nə üçün yerli icra hakimiyyəti heç bir tədbir görmür?!
Ola bilsin sənəd üzərində Füzuli küçəsi bəlkə də dəfələrlə "təmir olunub”, amma realda vəziyyət şəkillərdə gördüyünüz kimidir".
Oxşar xəbərlər
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 2026 11:12
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 2026 19:52
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 2026 14:44
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 2026 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
9 fevral 2026 21:15
- Prezident daha bir qəbul keçirdi - Fotolar
9 fevral 2026 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
11 fevral 2026 13:56
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
9 fevral 2026 10:56
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
6 fevral 2026 19:17
- İdrak Liseyi-ndə şagird müəllimi güllələdi
6 fevral 2026 17:47
Xəbər lenti
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
- Çay içməyə vaxtım yoxdur - Zelenski
09 fevral 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
08 fevral 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
08 fevral 13:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
08 fevral 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
07 fevral 11:25
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
06 fevral 23:21
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
06 fevral 21:20
Video & Fotoqalereya
Video
Fotoqalereya









