BŞİH-də saxtakarliq: həbslər gözlənilir
İqtisadiyyat31 avqust 2018 11:52

Hüquqşünas: "Burada vəzifədən sui-istifadə etmə halı da var, hərtərəfli araşdırılma aparılmalıdır”
Avqustun 29-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Baş Prokurorluqla birgə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamının saxtalaşdırılması ilə bağlı məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat araşdırılarkən vətəndaş Elsevər Rufullayevin Bakı Şəhər İcra Hakimiyyətinin saxtalaşdırılmış sərəncamı əsasında paytaxtın Xətai rayonu ərazisində 2018-ci ilin əvvəllərində özbaşına qeyri-yaşayış obyektinin tikintisinin aparmasına əsaslı şübhələr müəyyən edilib:
"Bilə-bilə saxta sənəddən istifadə etməklə torpaq sahəsi üzərində özbaşına tikinti işlərini aparma faktına görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma), 320.1 və 320.2-ci (rəsmi sənədləri qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir",-deyə birgə məlumatda qeyd olunub.
"Yeni Müsavat” hələ avqustun 21-də yazmışdı ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə paytaxtın tikinti sektorunda problemlərin aradan qaldırılması, qanunsuz tikintilərin qarşısının alınması üçün ən yüksək səviyyədə səlahiyyətlər verilib. Komitə isə bu səlahiyyətlərindən istifadə edərək son illərdə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən tikintiyə verilən bütün icazə sənədlərinin yoxlanmasına başlayıb.
Paytaxt ərazisində tikinti məqsədilə hasarlanmış bütün ərazilərdə hər hansı işlərə başlanması qadağan olunub. Bir çox yerlərdə hasarlar sökülüb, hətta tikintiyə başlanmış olan ərazilərdə işlər dayandırılıb. Bildirilir ki, bütün icazə sənədləri təftiş olunur, tikinti və şəhərsalma qaydalarına uyğunluq baxımından yenidən qiymətləndirilir. Ciddi pozuntuların aşkarlandığı bəlli olan kimi işlər dayandırılır.
Gedən proseslərdən belə aydın olur ki, Bakıda qanunsuz obyektlərin, yol kənarlarında, müxtəlif tikililərin, kafelərin tikilməsində əsas günahkar Bakı Şəhər İcra Hakimiyyəti və yaxud da orada çalışan bəzi şəxslərdir. Hələ ki, yayılan məlumatlarda konkret şəxslərin adı hallanmır. Lakin ekspertlər hesab edirlər ki, hazırda bu sahə üzrə ciddi araşdırmalar, işlər aparılır. Ehtimal olunur ki, proseslərin sonunda bəzi vəzifəli şəxslərin həbsləri də baş verə bilər.

"Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayevbildirib ki, ilk növbədə ciddi araşdırma aparılmalıdır: "Müəyyən olunmalıdır ki, sənədin saxtalığına əsas səbəb nədir. Yəni ola bilsin ki, vətəndaş tərəfindən təqdim olunan sənədlərin içərisində saxtası da olub. Bunu da vəzifəli şəxs bilmədən, həmin sənədlərin əsasında sərəncam verib. Digər variant budur ki, vətəndaş saxta sənəd verib və bunun saxta olmasını vəzifəli şəxs də bilib. Bununla belə, aralarında olan danışığa əsasən sənədi qanuni qəbul edib, sərəncam verib. Bu variantlardan hansı baş veribsə, bunu ancaq istintaq müəyyən edə bilər. Hər iki variantın mümkünlüyü var. Bu variantlardan asılı olaraq da məsuliyyətə cəlb ediləcək şəxslərin cəzası müəyyən olunacaq. Əgər ikinci variantdırsa, həm vətəndaş, həm də vəzifəli şəxs məsuliyyətə cəlb ediləcək. Bizim praktikada belə bir hal da olub ki, vətəndaş haradansa sənəd alır və ona bunu hüququ olmayan bir şəxs verir. Vətəndaşın özünün də bundan xəbəri olmur və sənədi müvafiq quruma təqdim edir. Az da olsa, bu işdə belə bir ehtimal da ola bilər. İstintaq araşdırmalı və nəticəyə uyğun da hərəkət etməlidir”.
Vəkil deyir ki, eyni zamanda məsələdə Bakı Şəhər İcra Hakimiyyətinin adı hallandığı üçün ictimaiyyətə də geniş məlumat verilməlidir.
Ə.Mustafayev söyləyib ki, BŞİH-də bu işdə əli olan vəzifəli şəxslər məsuliyyətə cəlb oluna bilər: "Onlar sənədlərin həqiqiliyini müvafiq qaydada yoxlamayıblarsa, o zaman da məsuliyyət daşıyırlar. Çünki səhlənkarlıq ediblər. Sənədlər bütün hallarda yoxlanmalı idi. Məlumatda qeyd olunan hal isə vəzifədən sui-istifadə etmədir. Yəni digər qurumların icazəsi olmadan sərəncam vermək, vəzifədən sui-istifadə halıdır. Ona görə də bütün işlərin təkcə anti-korrupsiya idarəsi tərəfindən aparılması doğru deyil. Burada səhlənkarlıq və ya digər halın olduğu müəyyənləşməlidir”.
Oxşar xəbərlər
- Rusiyanın daha bir şəhərində azərbaycanlılara qarşı təqiblər başlayıb
29 iyun 2025 23:20
- Yekaterinburqda məhkəməsi başlayan Məzahir Səmədov: Xanımımdan muğayat olun
29 iyun 2025 16:44
- Paşinyan Levon Ter-Petrosyanı məhv etdi: KQB agenti, qorxaq, tənbəl...
26 iyun 2025 21:45
- ŞOK! Türkiyədə 158 hərbçi həbs olundu - bu təşkilatla bağlı imiş
26 iyun 2025 10:35
- Məmurlara saxta diplom ittihamı - Araşdırma başlanacaqmı?
21 iyun 2025 10:52
- Qadın SAXTA diplomla 20 il PSİXİATR işləyib
20 iyun 2025 09:20
- Ayaz Mütəllibovun hansı nazirləri AXC-yə silahlı hücum əmrini yerinə yetirməyib?
8 iyun 2025 11:57
- Dilbərin qızı: Müşfiq güllələnməyib, Mərəzədə ölüb
6 iyun 2025 14:21
- Dünyanın 77 il susduğu cinayət – Ermənistanın cavabsız qalan əməlləri
23 dekabr 2024 18:34
- -Capital City- tikinti şirkəti obyektləri və yaşayış evlərini sakinlərin başlarına uçurmaqdan çəkinmir
30 noyabr 2024 14:43
Xəbər lenti
- Prezident Xankəndidə qonaqları qarşıladı
04 iyul 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
04 iyul 13:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
04 iyul 12:42
- Bakıda yenə yol çökdü - Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər..
04 iyul 12:14
- Pezeşkian Xankəndiyə GƏLDİ
04 iyul 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
04 iyul 10:00
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
04 iyul 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
04 iyul 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
04 iyul 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48
- Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
03 iyul 11:23
- Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
03 iyul 10:40
- Azərbaycanla münasibətlərimiz strateji müttəfiqlik xarakteri daşıyır - Rusiya XİN
03 iyul 10:31
- Japarov da Xankəndiyə gəlir
03 iyul 10:18
- Mələkxanım Eyubovanın həyat yoldaşı - FOTO
03 iyul 09:46
- Bir AĞAC bir İLDƏ 22 kq KARBON-CO2 UDUR və....
03 iyul 02:16
- Azərbaycanın deputatı -Özbəkistanın mədəniyyət elçisi- medalı ilə təltif edilib
03 iyul 02:06
- Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olundu – Gənclər Kitabxanasında
03 iyul 01:15
- Azərbaycan güləşçisi Avropa çempionu olub
03 iyul 00:46
- Araz Ağalarov barəsində icraat başladıldı
02 iyul 23:12
Video & Fotoqalereya
Video
Fotoqalereya