- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
Baş həkimin əməliyyat etdiyi qadın dəhşətli durumda: İnfeksiya ətini yeyir (FOTOLAR 16+)
Kriminal3 sentyabr 2018 19:08
Bakıda özəl xəstəxanaların birində plastik əməliyyat etdirən xanım dəhşətli duruma düşüb.
bakupost.az xəbər verir ki, abdominoplastikadan sonra Mehriban Mehdiyeva adlı şəxsin yarasında irin və nekroz yaranıb. O, Bakıda müalicə oluna bilməyib, Türkiyənin məşhur xəstəxanalarına üz tutub. Lakin türkiyəli həkimlərin də müalicəsinin effekt verməməsi səbəbindən Almaniyaya getməyə hazırlaşır. Pasiyent iddia edir ki, onun bu vəziyyətə düşməsinin səbəbkarı "İnternational-2” klinikasının baş həkimi, cərrah Elvin Əliyevdir: "27 iyun 2018-ci il tarixində Nərimanov rayonunda yerləşən "İnternational” klinikasının baş həkimi Elvin Əliyev tərəfindən abdominoplastika əməliyyatı olunmuşam. Əməliyyatdan sonra tikişlərim getdikcə açılırdı, tikişlərin arasından irin, çirk axmağa başladı. Sarğıya gedən zaman Elvin həkimin özünə dedim. Dedi ki, hər əməliyyatdan sonra olan haldır. Hər dəfə orada tibb bacıları yarama betadin qoyub yola salırdılar. 43 gün gedəndən sonra yaram getdikcə böyüyür, araları genişlənir, dərinləşirdi. Bir müddət sonra qızdırmam 39-a qalxdı. Elvin Əliyevə zəng etdim, vəziyyətimin ağır olduğunu dedim, cavabında "taksiylə gəl, orda sənə nə lazımdır olunacaq” dedi”.
Xəstə səhəri günü Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasına gedib: "Orada cərrah Babək Zeynalov yaramı açdı, irindən, ölmüş toxumadan təmizlədi, yaraya ikitərəfli zont, drenaj saldılar. Bu əməliyyat 1 saat çəkdi, ağrıdan səsim klinikanı götürmüşdü.
Əməliyyatdan sonra 8 gün Cərrahiyyə xəstəxanasında yatdım. Hər gün antibiotiklər və sistemlər köçürüldü. Dəfələrlə məni əməliyyat edən həkimə zəng etdim, vəziyyətimi dedim, kömək istədim.
O isə konkret cavab demədən, bir həkim yoldaşı ilə əməliyyata verdiyim pulu konvertdə mənə geri göndərdi”.

"Həkim çox adamları mənim günümə salıb”
Bütün müalicələrin heç bir xeyrinin olmadığını görən Mehriban Mehdiyeva Türkiyəyə üz tutub: "Azərbaycanda həkimlər konkret bir söz demədiyindən, yaramdan irin və çirk axması davam etdiyindən, Türkiyəyə gəldim. Çox məşhur xəstəxanalarda, cərrahların, uzmanların müayinəsində oldum. Lakin heç kim tam sağaltmağa söz vermir, yaram çox dərindi, həm də vaxt itirmişəm, gec gəlmişəm. Bunun müalicəsi aylarla, hətta illərlə çəkə bilər. Bu hal məni çox üzür. Dəfələrlə intihar barədə düşünmüşəm, amma əzizlərim, 2 övladım gözümün önünə gəlir.
Əməliyyatdan sonra mənə yaxın insanlarda və digər pasiyentlərdə də bu klinikada Elvin həkimin əməliyyatından sonra tikişlərinin açılması, qarına su yığılması barədə narazı fikirlər eşitdim. Hətta uğursuz əməliyyat etdiyindən eyni əməliyyatı 2-3 dəfə təkrarlayıb. Deməli, mən tək deyilmişəm.
Mən bu məsələ haqda Birinci vitse-prezident Mehriban Əliyevaya, Səhiyyə Nazirliyinə, Baş prokurora, Daxili İşlər Nazirliyinə şikayət ərizələri yazmışam. Ümid edirəm ki, mənim səhhətimə bu qədər zərər vuran həkim Elvin Əliyev barədə bir tədbir görüləcək”.
"Hər gün yaramı qaşıyırlar, ağrıdan ürəyim gedir”
Mehriban Mehdiyeva Almaniyaya getməyə hazırlaşdığını deyib: "Mənə əməliyyat zamanı infeksiya salınıb, infeksiya, bakteriya əkilmək üçün verilib, uzun müddətə cavab çıxır. Gözləyə də bilmirik, çünki infeksiya əti, toxumanı yeyir. İnanın, burda cərrahlar yaramı, tikişləri, vəziyyətimi görüb dedilər ki, əminsiniz ki, bunu cərrah edib? Yəni o dərəcədə kobud, qeyri-peşəkar iş idi... Hər gün yaramı qaşıyırlar, ağrıdan ürəyim gedir. Hamının mənə yazığı gəlir. Bədənimin başqa hissəsindən ət, dəri götürüb tikə bilərlər, amma yara tamam qurumalıdır. Elvin "həkim isə mənə deyirdi ki, qorxulu heç nə yoxdur, o irin deyil, infeksiya deyil. Bəs nədir? Mənim bütün ətimi yeyir. Azərbaycanda məni heç bir klinika götürmədi, mədəni şəkildə dedilər ki, get kim kəsib, o da müalicə etsin.
Mən hələ Azərbaycanda olanda demişdim ki, mən sağalmasam, sizdən şikayət edəcəyəm və haqqınızda yazacağam ki, insanlar bilsin. İndi isə mənə və yaxınlarıma hədə-qorxu gəlir ki, heç nə paylaşmayım, susum”.
"Xəstə məni şantaj edir”
Məsələ ilə bağlı Mehriban Mehdiyevada abdominoplastika əməliyyatını edən cərrah Elvin Əliyev BakuPost-a açıqlama verib. O, xəstənin ittihamlarının heç birini qəbul etmədiyini bildirib:

"Bu iş hüquq-mühafizə orqanlarının nəzarətindədir və bizim tərəfdən məhkəməyə də verilib. Çünki pasiyent məndən şantaj məqsədilə pul istəyir – 10 000 manat. Özü də demişdi ki, pul alınmasa, bu cür paylaşımlar edəcək. Biz onun şantajına boyun əymədik. O xanımın əlində heç bir tibbi ekspertiza sənədi yoxdur. Ekspertiza rəyi olmadan həqiqətə uyğun olmayan informasiyaların yayılması cinayətdir”.
Həkim abdominoplastika əməliyyatından sonra belə nekrozlaşmaların olmasını mümkün sayır və iddia edir ki, bu, dünya praktikasında var:
"Sadəcə, əvvəldən cərrah bilə bilməz ki, hansı xəstənin yarasında nekroz olacaq. Olarsa da bu həyati təhlükə daşımır, sağalması da 3-4 ay uzana bilər. Bu müddətdə xəstə sarğılara normal gəlib, sarğı qaydasına əməl etməlidir. Bir xəstə sarğılara vaxtında gəlməyibsə, bu artıq həkimin günahı deyil.
Ora əməliyyat zamanı infeksiya düşməyib, infeksiya heç vaxt 40 gün sonra özünü göstərmir. O xanımın dedikləri absurddur. Azərbaycanda o pasiyentə Nuru Bayramov kimi professor baxıb, rəy verib ki, sizin yaranızda xəstəxanada yatılacaq durum yoxdur. Tibb Universitetinin xəstəxanasında yatdığı dövrdə onun vəziyyəti kafi olaraq qiymətləndirilib. Problem yoxdur. Sadəcə o xəstə evə gəlib sarğılara getməklə müalicəni burda da davam etdirə bilərdi. Onun Türkiyəyə gedib klinikalar gəzməsi sonradan məndən pul almaq məqsədi daşıyır, şantajdır. Sağlamlığında ciddi problem olan adam internetdə bütün günü paylaşımlar etməz, gedər rəsmi müraciət edər. Bu xəstənin heç bir rəsmi sübutu, sənədi yoxdur”.
Elvin Əliyev abdominoplastika əməliyyatında belə halların olduğunu və təcrübəsində ilk olmadığını bildirib: "Bu əməliyyatı edən bütün həkimlərdə belə halın baş verməsi normaldır. Bu əməliyyatda həkim səhvi yoxdur, bunu da sübut edəcəyik. Xanıma burda müalicə təklif etdik, o razılaşmadı. Bundan sonra hər şey hüquqi müstəvidə həll olunacaq”.
Pasiyentin bizə təqdim etdiyi fotoları təqdim edirik. Ürəyi zəif olanlar baxmasın.
Oxşar xəbərlər
- Yavaşlamış iqtisadi artım trayektoriyasından sürətlənmiş artım trayektoriyasına keçid obyektiv zərurətə çevrilib - Əli Məsimli
14 may 2026 23:07
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
14 may 2026 16:37
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi
14 may 2026 14:31
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
14 may 2026 14:19
- Çində tarixi görüş başa çatdı - Fotolar
14 may 2026 11:58
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 2026 11:47
- Prezident qəbul keçirdi - Fotolar
13 may 2026 21:09
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 2026 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 2026 11:12
- Rixard Raşi Azərbaycana gəldi
12 may 2026 23:19
Xəbər lenti
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
15 may 00:52
- Yavaşlamış iqtisadi artım trayektoriyasından sürətlənmiş artım trayektoriyasına keçid obyektiv zərurətə çevrilib - Əli Məsimli
14 may 23:07
- Kiyevdə matəm elan edildi
14 may 19:43
- Prezident yeni Dövlət Agentliyi yaratdı (FƏRMAN)
14 may 19:26
- Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu
14 may 18:27
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
14 may 16:37
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi
14 may 14:31
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
14 may 14:19
- Çində tarixi görüş başa çatdı - Fotolar
14 may 11:58
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 11:47
- Prezident həmkarını təbrik etdi
14 may 11:33
- Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
14 may 11:25
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
14 may 11:18
- Si Szinpin və Tramp Çin-ABŞ münasibətlərini müzakirə etdi
14 may 11:13
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
Video & Fotoqalereya
Video
Fotoqalereya




