"SOCAR Methanol”un qalmaqallı tender elanının axırı necə oldu? (FOTOFAKT)
Müsahibə5 sentyabr 2018 13:07
Avqustun 17-də tender elan edən və elanı vaxtı bitdikdən (27 avqust) 3 gün sonra (30 avqustda) rəsmi saytına yerləşdirən "SOCAR Methanol” MMC düşdüyü duruma hələ də aydınlıq gətirməyib.
Son müraciət tarixi 27 avqust olan elanın 3 gün sonra sayta yerləşdirilməsi EkoNews saytında və çoxsaylı mediada tənqid edildikdən sonra adıçəkilən şirkət KİV-ə təkzib göndərib. Qaynarinfo-ya da daxil olan təkzib məktubunda qarşı tərəf iddia edir ki, elan şirkətin rəsmi saytına 30-da deyil, 17-də yerləşdirilib: "SOCAR Methanol” MMC tərəfindən katalizatorların alınmasına dair açıq tenderin keçirilməsi haqqında elan 30 avqust 2018-ci il tarixdə deyil, əksinə, 17 avqust 2018-ci il tarixdə (yəni tender sənədlərinin təqdim edilməsi üçün 10 gün müddət verilmişdir) bizim rəsmi saytımızda dərc edilmişdir və bu barədə bir sıra mötəbər kütləvi informasiya vasitələrinə, o cümlədən Azərtac dövlət informasiya agentliyinə (https://azertag.az/xeber/SOCAR_Methanol_katalizator_alir-1187482) müvafiq məlumat verilmişdir”.
MMC tərəfindən redaksiyamıza göndərilən məktubda bizdən həmin məlumatın "dərhal silinməsi” və təkzib verilməsi tələb (?) edilir.
Daha sonra özünü şirkət direktorunun köməkçisi kimi təqdim edən Qədir Bağırov telefon əlaqəsi saxlayaraq, xəbərin çıxarılması və təkzib verilməsini istədi.
Cavabında biz, Bağırovun nəzərinə çatdırdıq ki, bizim tənqidimiz AZƏRTAC-da dərc edilən elanla bağlı yox, şirkətin rəsmi saytında olan elandan bəhs edib, yazıda yaranan uyğunsuzluğa diqqət çəkilib, göndərilən təkzib məktubunda isə bundan bəhs edilməyib və məsələyə aydınlıq gətirilməyib. Üstəlik, xahiş etdik ki, mövzu ilə bağlı öz mövqe və izahatlarını göndərsələr məmuniyyətlə dərc edəcəyik. Üstündən bir neçə gün keçsə də, təəssüf ki, hələ də "SOCAR Methanol”dan heç bir rəsmi izah daxil olmayıb.
Əvəzində həmin gün - 01 sentyabr 2018-ci il tarixində Azərtag Dövlət Agentliyində yeni tender elanı dərc olundu (https://azertag.az/xeber/1190769)
Əgər birinci elanda SOCAR Methanol” MMC katalizatorlara olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi elan edirdisə, ikinci ELANDA "SOCAR Methanol” müəssisənin MÜƏYYƏN ETDİYİ (!) katalizatorların satın alınması, çatdırılması, layihənin tam şəkildə maliyyələşdirilməsi öhdəliyini icra edəcək podratçının seçilməsi üzrə açıq satınalma müsabiqəsindən bəhs edilir. Üstəlik, müraciətlər üçün cəmi 4 gün vaxt verilir - ən geci sentyabrın 5-i müddəti təyin edilir.
EkoNews-un tənqid hədəfinə tuş gələn http://socarmethanol.az/news/view-article/116 linkli xəbər isə şirkətin rəsmi saytından artıq yığışdırılıb. Bu8nunla belə hələ xəbərin "izini" Google axtarış sistemindən tapmaq olur.

Mövzu ilə bağlı "SOCAR Methanol”un rəhbəri Elnur Mustafayevin də mövqeyini öyrənmək istəsək də, əlaqə koordinatlarını tapa bilmədik.

Oxşar xəbərlər
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 2026 10:47
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 2026 16:17
- İlham Əliyevin Efiopiyanın Baş naziri ilə təkbətək görüşü oldu
27 fevral 2026 11:10
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
Xəbər lenti
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
Video & Fotoqalereya
Video
Fotoqalereya
