Professor Rafiq Novruzov: Azərbaycan oxucusunun rus ədəbiyyatına marağı azalmayıb

Bakı Slavyan Universitetinin (BSU) prorektoru, professor Rafiq Novruzov sentyabrın 6-dan 9-dək Moskvada bədii ədəbiyyat tərcüməçilərinin beşinci beynəlxalq konfransında iştirak edəcək.
Konfrans “Ədəbi tərcümə mədəni diplomatiya vasitəsi kimi” devizi altında keçiriləcək. R.Novruzov AZƏRTAC-a müsahibəsində konfransın məqsədi, məramı, qarşısına qoyduğu vəzifələr barədə geniş məlumat verib.
- Rafiq müəllim, artıq beşinci dəfə keçirilən bu konfransın əvvəlki tədbirlərdən fərqi və üstünlükləri barədə nə deyərdiniz?
- Ədəbiyyat tərcüməçilərinin Moskvada keçirilən beynəlxalq konfransı ilk dəfə 2010-cu ilin sentyabrında təşkil olunub. Həmin konfransda 20 ölkədən 150 tərcüməçi iştirak edib. O vaxtdan başlayaraq hər ikiildənbir konfrans dünya tərcüməçilərini bir yerə toplayır və bədii tərcümənin ən aktual problemlərini müzakirə edir. Bu günlərdə keçiriləcək beşinci konfransla birinci konfrans arasında kəmiyyət və keyfiyyət baxımından böyük dəyişikliklər müşahidə olunur. İlk növbədə onu deyə bilərəm ki, konfransa cəlb olunan ölkələrin sayı üç dəfə artaraq 20-dən 60-a çatıb. Mövzular daha ciddi problemləri əhatə edir. Proqramla tanışlıq göstərir ki, bu dəfə tərcümənin heç bir nəzəri aspekti diqqətdən kənarda qalmayıb.
- Konfransın proqramında daha hansı məsələlər nəzərdə tutulub? Tədbirin keçirilməsinin məqsədi nədən ibarətdir?
- Konfransın birinci günü 31-ci beynəlxalq kitab sərgisi çərçivəsində A.Puşkin adına kitabxanada tədbir iştirakçılarının Moskva meri ilə görüşü keçiriləcək. Bundan əlavə, konfrans çərçivəsində məşhur müasir rus yazıçıları Oleq Pavlov, Kseniya Draqinskaya, Aleksey Salnikov, Lev Danilski, Aleksandr Arxangelski və digərləri ilə də görüşlərin təşkili planlaşdırılır.
Bu gün humanitar əlaqələri möhkəmləndirmək, ideya, bilik və yaradıcılıq nailiyyətlərinin mübadiləsini genişləndirmək son dərəcə vacibdir. Bunsuz insanlar və xalqlar arasında qarşılıqlı anlaşma mümkün deyil. Bədii ədəbiyyat bu mübadilədə çox önəmli rol oynayır. Çünki məhz onun vasitəsilə müxtəlif ölkələrdə oxucular əsl həqiqəti öyrənirlər. Bundan əlavə, tərcüməçi bu gün müxtəlif ölkələrin oxucuları arasında vasitəçi, mədəni diplomatiyanın fəal xadimidir.
- Respublikamızın müstəqillik qazanması rus dilinin vasitəçilik missiyasına necə təsir edib?
-Azərbaycanda həmişə rus dilindən tərcümə üstünlük təşkil edib. Bu, bizim eyni geopolitik məkanı bölüşməyimizlə yanaşı, həm də uzun zaman bir dövlətdə təmsil olunmağımızla bağlıdır.
Bu gün ingilis, alman, fransız, fars, ərəb və s. dillərdən birbaşa tərcümə edən istedadlı tərcüməçilərimizin sayı xeyli artıb. Bu, həm elmi və elmi-publisistik, həm də bədii mətnlərə aiddir. Bu mənada onlarla istedadlı gəncin, orta nəslin nümayəndəsinin adını çəkə bilərəm. Ancaq onu da qeyd edim ki, rus dili hələ öz üstünlüyünü saxlamaqdadır. Onun vasitəçilik missiyası azalsa da, klassik və daha çox müasir rus ədəbiyyatına Azərbaycan oxucusunun marağı azalmayıb. Rus dilindən bədii ədəbiyyatın tərcüməsinə ehtiyac qarşıya bu sahə üzrə daha yaxşı tərcüməçilər hazırlamaq vəzifəsi qoyur.
Konfransda təqdim edəcəyim mövzu Hafiz Şirazinin rus dilinə tərcüməsi əsasında hazırladığım “Mətnin fəlsəfəsi və onun tərcümədə verilməsi”nə həsr olunub. Məruzəmdə sufiliyin eşq, ilahi məqam, mey və s. kimi dəyərlərinin tərcümə prosesində ötürülməsi məsələlərindən söz açacağam. Ümid edirəm ki, çıxışım konfrans iştirakçıları tərəfindən yaxşı qarşılanacaq.
- Həmin liderlər İlham Əliyevlə şəkil çəkdirmək üçün Bakıda növbəyə dururlar
5 sentyabr 2025 17:00
- Prezident yol təmirinə 2 milyon manat ayırdı
5 sentyabr 2025 13:56
- Milli Məclisin xüsusi iclası keçiriləcək
5 sentyabr 2025 12:35
- Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib - Hökumənin atası
5 sentyabr 2025 11:48
- Azərbaycan İslandiyaya qarşı
5 sentyabr 2025 10:28
- -Tağıyev- filmi Oskar-a namizəd təqdim edildi
5 sentyabr 2025 10:20
- Dilindən arı sancdı, 61 yaşlı kişi öldü
5 sentyabr 2025 00:25
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
4 sentyabr 2025 14:19
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
4 sentyabr 2025 10:39
- Rusiya şərtini açıqladı: Bakı bunu etsə...
4 sentyabr 2025 09:59
- Uzunömürlü insanların SİRRİ BU İMİŞ
05 sentyabr 17:21
- NAR uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - Fotolar
05 sentyabr 17:09
- Həmin liderlər İlham Əliyevlə şəkil çəkdirmək üçün Bakıda növbəyə dururlar
05 sentyabr 17:00
- Prezident yol təmirinə 2 milyon manat ayırdı
05 sentyabr 13:56
- Milli Məclisin xüsusi iclası keçiriləcək
05 sentyabr 12:35
- Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib - Hökumənin atası
05 sentyabr 11:48
- Lavrov Özbəkistanda RUS dilinə görə biabırçılıq etdi: - SKANDAL
05 sentyabr 10:54
- Azərbaycan İslandiyaya qarşı
05 sentyabr 10:28
- -Tağıyev- filmi Oskar-a namizəd təqdim edildi
05 sentyabr 10:20
- Aktyor fəhlə kimi işlədilib: Bakı Dövlət Sirkində nə baş verir? (VİDEO)
05 sentyabr 10:13
- BİR RİYAZİYYATÇININ MANİFESTİ - Etibar Əliyevin YAZISI
05 sentyabr 01:00
- Dilindən arı sancdı, 61 yaşlı kişi öldü
05 sentyabr 00:25
- Prezident səfiri geri çağırdı
04 sentyabr 21:46
- Sumqayıtda 35 yaşlı kişi tanışının qulağını dişləyərək qopardı
04 sentyabr 21:13
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
04 sentyabr 14:19
- Deputat MƏHKƏMƏDƏ seçiciyə uduzdu
04 sentyabr 13:56
- Qazaxıstanın xarici işlər naziri saxlanıldı
04 sentyabr 13:45
- Telefonda icra başçısını təhqir etdi - Məhkəmə qərarı
04 sentyabr 12:08
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
04 sentyabr 10:39
- Rusiya şərtini açıqladı: Bakı bunu etsə...
04 sentyabr 09:59
- Azərbaycan iki ölkəyə 3.6 TON QURBAĞA ayağı SATIB
04 sentyabr 01:52
- Prezidentin Çinə səfəri başa çatdı
03 sentyabr 23:10
- Putin Azərbaycanla münasibətlərdən danışdı
03 sentyabr 23:01
- Azərbaycan bu ölkədə səfirlik açır
03 sentyabr 22:47
- WhatsApp-dan YENİLİK: Mesajlar 1 saata SİLİNƏCƏK
03 sentyabr 22:16
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
03 sentyabr 15:05
- Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi
03 sentyabr 14:40
- Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi
03 sentyabr 14:36
- Bu universitetə yeni rektor təyin edildi
03 sentyabr 12:29
- Ali Məhkəmədən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mühüm qərar
03 sentyabr 12:22