Baloğlanın konsertində fiasko: Biletlər satılmadı, məhkəməyə verilir
Maqazin9 sentyabr 2018 11:52
Ötən gün "Yaşıl teatr”da Əməkdar artist Baloğlan Əşrəfovunsolo konserti baş tutub.
oxu.az xəbər verir ki, konsertdən aylar öncə xeyli internet reklamı, şəhərin müxtəlif məkanlarında bilbordlar, avtobusların üstündə afişalar, TV-də anonslar getsə də, konsertə cüzi sayda bilet satılıb.
Zalın yarıdan çoxu boş olması, səhnə dekorasiyasının olmaması diqqət çəkib.
Əşrəfov isə biletin satılmamasına görə konsertin təşkilatçısını ("Xattab Organization” şirkətinin rəhbəri Samir Xəttab) günahlandıraraq hətta onu tanımadığını bildirib.
Bütün bu ittihamlara isə Samir Xəttab sosial media hesabında cavab verib:

"Bu gün baş tutmuş Baloğlan Əşrəfovun konsertinin təşkilatçılığı mənə aid deyildi. Çünki bu gün biletlərin bərbad sayda satılmasına görə rəsmi olaraq konserti ləğv edib, bu barədə müvafiq şirkətə məlumat verərək biletlərin geri qaytarılmasını təmin etmələrini xahiş etmişdim. Bu barədə müğənniyə də məlumat vermişdim. Özlərinin məndən icazəsiz, lakin mənim şirkətimə məxsus kassa hesabından istifadə edərək təşkil etdikləri tamaşa mənə məxsus olmadığı üçün orada iştirak etmədim.
Çünki kariyeram boyu bu cür texniki rayder, səhnə tərtibatı olan konsert təşkil etməmişəm. 12 gün öncədən ləğv etmək istəyəndə son günə qədər gözləməyi xahiş edən, bərbad sayda satılmış biletlərdən biabır olmaqdan çəkinən sənətçi bu gün səhnədə niyəsə elə hey məni yad edirmiş. Hətta təşkilatçını tanımırmış. Hələ indiyə kimi bu qədər reklamı edilməyən şəxs niyəsə özünə aid olan tamaşanı utanaraq mənim adıma yamamaq istəyib. Arxada başqa, üzdə başqa danışmaq lazım deyil”.
Daha sonra təşkilatçı bildirib ki, müğənnini məhkəməyə verəcək:
"Hər şey rəsmidir. Bazar ertəsi bütün rəsmi sənədlərlə açıqlamam olacaq və barəsində mənim ünvanıma kütləvi tədbirdə şər-böhtan fikirlərinə, ictimai işgüzar nüfuzuma xələl yetirməsinə görə, maddi və mənəvi təzminat şikayəti ilə ömrümdə ilk dəfə məhkəməyə müraciət edəcəm. Arxamca danışmaqdansa, mənim kimi zəng edib, üzə demək daha çox cəsarət tələb edir, uçan quşlar...
P.S: Azis, sənin konsertindən sonra adım belə bir yerdə hallandığı üçün bağışla”.
Qeyd edək ki, "Yaşıl teatr” 1800 nəfər üçün nəzərdə tutulub. Dünənki konsertdə isə biletlərin təxminən 20%-i satılıb.
Oxşar xəbərlər
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- Prezident Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 fevral 2026 12:09
- 6 ayda 5 yaxın qohumunu itirən Şəmşad Ağa üçün məhkəməyə müraciət edildi
24 fevral 2026 17:23
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
9 fevral 2026 21:15
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
6 fevral 2026 01:30
- Ağdərili cütlüyün qaradərili körpəsi doğuldu: Bu necə baş verib?
1 fevral 2026 13:26
- Azərbaycanda neçə general-polkovnik var? - TAM SİYAHI
30 yanvar 2026 00:17
Xəbər lenti
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
Video & Fotoqalereya
Video
Fotoqalereya
