Ruzveltin nəvəsi Qacarın baş nazir nəvəsini necə devirdi?
Müsahibə10 sentyabr 2018 07:10
İngilislər İranın sərvətini iranlılarla yarıbayarı bölmək istəmirmişlər, "çoxu bizim olmalıdır” deyirmişlər
Bu gün İranla ABŞ-ın düşmənçilik münasibətində olması dünyada heç kəsə sirr deyil.
Ancaq bir vaxtlar onlar ayrılmaz dost, müttəfiq olublar.
Bu, 40 il öncəydi, İran şahı ABŞ-a səfər edir, dostluqdan danışırdı, ABŞ prezidenti İrana gəlir, şah rejiminə qahmar olduğunu başda Rusiya olmaqla dünyaya göstərirdi.
Bu, o zamanlar idi ki, Kreml başbilənləri yaxın qonşularında kommunist rejimləri bərqərar etmək niyyətindəydilər. O üzdən dünyanın hər tərəfində boy göstərən kommunist hərəkatlarının ən güclü təşkilatları Türkiyə və İranda idi.
SSRİ rəhbərliyi bu dövlətlərdəki rejimləri dəyişərək onları ABŞ-a qarşı çevirməyə çalışırdı.
Tarixin ironiyasına baxın ki, vaxtilə Kremlin milyardlar xərcləyərək, minlərlə adamı qurban verərək başa gətirə bilmədiyi iş bu gün baş verib: İran və Türkiyə ABŞ-ın sadiq müttəfiqi olmaqdan çıxaraq ABŞ əleyhdarı olublar.

Bir zamanlar (1943) ABŞ, İngiltərə və SSRİ-nin rəhbərləri Tehranda görüşüb Almaniyaya qarşı müzakirələr aparırdısa, bu gün Rusiya, Türkiyə və İran rəhbərliyi Tehranda görüşür, ABŞ-ın hərbi, iqtisadi, siyasi təzyiqlərinin qarşısında birlikdə dayanmağı düşünürlər.
Vəziyyətin bu cür alınmasının başlıca baiskarı kimdir?
Gözlər Vaşinqtona çevrilir. ABŞ-ın Rusiya ilə çəkişməsinin qədim tarixi olduğu bəllidir. Bu dövlətin Türkiyə ilə girdiyi açıq intriqanın tarixi isə 5-10 ildən o yana keçmir.
İranla ABŞ-ın qarşılıqlı münasibətləri isə tamam başqa cürdür.
İranlılar hesab edirlər ki, bu ölkədəki demokratiyanı məhz ABŞ məhv edib.
Bu hadisə 65 il əvvəl baş verib.
1953-cü ildə İngiltərənin təhriki ilə ABŞ İranda dövlət çevrilişinin rejissorluğunu həyata keçirib.

O zamanlar, atasından hakimiyyət kürsüsünü təhvil alan şah Məhəmməd Rza Pəhləvi avtoritar lider olaraq müxalifətə qarşı amansız davranırmış. Ancaq o, ilk dəfə olaraq ölkə parlamentinə seçkilərin demokratik və qanuni yolla keçirilməsinə mane olmayıb.
Həmin vaxt Yaxın Şərq ölkələri ənənəvi olaraq Qərbin nəzarətində olan neft gəlirlərindəki paylarının artırılmasını tələb ediblər. İran da onlara qoşulub. Ancaq Anglo-Iranian Oil Company (indiki BP) adlanan birgə şirkəti idarə edən ingilislərlə danışıqlar uğurlu alınmayıb. London əvvəlki kimi neft gəlirlərinin böyük hissəsini özünə götürüb – müharibədən sonrakı bərpa işlərinə çox pul lazım imiş. 1950-ci ildə amerikalılar Səudiyyə Ərəbistanına güzəştə gedərək neftdən gələn vəsaitin yarı bölünməsinə razılıq veriblər. Bu İranda neft sənayesinin kütləvi şəkildə milliləşdirilməsi hərəkatına təkan verib. Bu hərəkata Xalq Cəbhəsi, ona isə keçmiş maliyyə naziri Məhəmməd Müsəddiq rəhbərlik edib. 1951-ci ildə Müsəddiqin partiyası parlamentə keçib. Həmin il İranın baş nazirini, neft sənayesinin milliləşdirilməsinə qarşı çıxan Hüseyn Ağanı məscidə girdiyi yerə qətlə yetirirlər. Parlament Anglo-Iranian Oil Company şirkətinin milliləşdirilməsinə dair qanun qəbul edir. Hərbi vəziyyət elan edilsə də, Tehranda kütləvi aksiyalar səngimir. Nəhayət, hökumət istefa verir, Qacarlar sülaləsindən olan, Fətəli şahın kötücəsi, şahzadə Abbas Mirzənin nəvəsi Məhəmməd Müsəddiq baş nazir təyin olunur.

Neft sənayesinin milliləşdirilməsinə nail olduğu üçün o, xalq arasında milli qəhrəmana çevrilir. Yeni baş nazir neft gəlirlərini ingilislərlə yarıbayarı bölməyə çalışsa da, onlar acıq edərək razılaşmırlar. Bu məsələdə ABŞ Tehranı dəstəkləyir, amma britaniyalılar İranın sərvətini İranla bölmək istəmirlər.
London İrandan neft almağı, iranlılarla işləməyi qadağan edir, Tehrana Birləşmiş Krallıq ərazisində istehsal olunan məhsulları göndərilməsinə yasaq qoyur, iranlılarla aid bank hesablarını dondurur, sonradan bu ölkəyə dəniz blokadası tətbiq edir.
ABŞ əvvəlcə bu konfliktdə vasitəçi olsa da, Harri Trumenin prezident postundan getməsi, Duayt Eyzenhauerin dövlət başçısı olmasından sonra siyasət dəyişir. Bu arada tətbiq edilən sanksiyalar üzündən İranda istehsal müəssisələri dayanır, yüz minlərlə iranlı işsiz qalır, neft sektoru inkişaf etmir, nəticədə Müsəddiqin mövqeyi zəifləyir.

Üstəlik, şahla baş nazirin arasında yaranmış gərginlik şiddətlənir. Qacarların varisi Müsəddiq vaxtilə Qacarları devirən Pəhləvilərin varisi Məhəmməd Rza şahı despot sayır, onu əslində ölkəni idarə edən lider kimi yox, fəxri rəhbər kimi görmək istəyir. Bu da şaha xoş gəlmir və o, 1952-ci ildə Müsəddiqi istefaya göndərir. Xalq ayağa qalxır, Müsəddiq baş nazir vəzifəsinə bərpa olunur. 1953-cü ildə parlamentin spikeri ayətulla Kaşani Müsəddiqə xəyanət edərək şahın tərəfinə keçir. Çünki Müsəddiq İranda islam respublikası yaradılmasını istəmirdi. Bu xəyanət qüvvələr nisbətini dəyişir, dindarlar kütləsi artıq baş nazirə dəstək vermir. Yerli kommunistlər ("Tudə” partiyası) əvvəlcə baş nazirə qarşı olsalar da, sonradan ona tərəfdar olurlar və bu qarmaqarışıqlıqda kommunizm hərəkatının inkişafına nail olmaq istəyirlər. Müxtəlif qüvvələr ölkədə hərc-mərclik yaradırlar, Müsəddiq fəhlə sinfi arasında populyarlığını itirir. O, qətiyyətli addımlar atmağa çalışanda, bu dəfə onu diktatora çevrilməkdə günahlandırırlar. Ancaq Müsəddiq referendum keçirir, xalqdan tam dəstək alır. Britaniyalılar başa düşürlər ki, Müsəddiq tezliklə hakimi-mütləq olacaq və kommunistlərlə birləşəcək. Onlar aktivləşirlər, ABŞ-ı prosesə cəlb edirlər. "Ayaks” adlı əməliyyata start verilir. Sonradan MKİ-nin sənədlərində bu əməliyyatın "İranın kommunizm təhlükəsindən xilas edilməsi” kimi qeyd olunduğu anlaşılır.

Amerikalılar və britaniyalılar KİV-də Müsəddiq və "Tudə” partiyasının əleyhinə aktiv təbliğat işinə başlayır, iğtişaşlar təşkil edir, müxalifət qruplarını hər cür dəstəkləyir, yerlərdə nüfuzlu adamları, dini liderləri, ordu zabitlərini, jurnalistləri, deputatları ələ alırlar.

1953-cü ilin avqustunda şah Pəhləvi yenidən Müsəddiqin baş nazir postundan götürülməsi barədə fərman verir, yerinə İranın sabiq daxili işlər naziri Fəzlullah Zahidini təyin edir.
Ancaq Müsəddiq asanlıqla təslim olmur, o xalqa şahın fərmanı haqda məlumat verir, şahın devrildiyini elan edir. Baş nazirin tərəfdarları küçələrə axışır. Pəhləvi arvadıyla birlikdə əvvəlcə Bağdada, sonra Romaya qaçmalı olur.
Müsəddiqin əmriylə dövlət çevrilişində rolu olan onlarla adam həbs edilir. Situasiya nəzarət altına alınsa da, kommunistlər dincəlmir, aksiyanı davam etdirirlər. Belə olanda Müsəddiq onlara güc tətbiq edir, bu isə "Tudə” ilə onun partiyasının müttəfiqliyinə son qoyur.

Şah qaçsa da, İranda qalan yeni baş nazir Fəzlullah Zahidi, eləcə də MKİ-nin İran üzrə koordinatoru Kermit Ruzvelt (prezident Teodor Ruzveltin nəvəsi) çevrilişə ayrılmış pulların hesabına Müsəddiqə qarşı fəaliyyət göstərməkdə davam edirlər. Avqustun 19-da özlərini "Tudə” üzvləri kimi təqdim edən təxribatçılar "kommunist inqilabı”nın başlandığını elan edirlər, tezliklə küçələrə partiyanın gerçək üzvləri də çıxır. Onlar "kapitalistlər”ə məxsus olan hər şeyi dağıdır, talan edirlər. Bu zorakılığa cavab olaraq qaçmış şahın adamları da küçələrə tökülür, kütləvi toqquşmalar başlayır. İğtişaşları yatırmağa göndərilmiş ordu general Zahidinin tərəfinə keçir. Hərbçilər hökumət binasını, KİV binalarını tutur, Müsəddiqin evini dağıdıb yağmalayır. Baş nazir əvvəlcə qaçsa da, sonra daha artıq qan tökülməməsi üçün qiyamçılara təslim olur.
Müsəddiqi ölüm cəzasına məhkum edirlər, ancaq ölkəyə qayıdan şah Pəhləvi onu əfv edir və Müsəddiq üç illik həbsxana həyatından sonra ömürlük ev dustağı olur. Müsəddiq 1967-ci ildə Tehran yaxınlığındakı malikanəsində vəfat edir.
Şah ABŞ-ın qatı tərəfdarına çevrilərək Müsəddiqin devrilməsində əsas rolu oynamış dindarları da, kommunistləri də repressiyaya məruz qoyur, Vaşinqtona güvənərək hakimiyyətini möhkəmləndirir.
İran demokratiyası beləcə iflasa uğrayır. 1979-cu ildə isə yavaş-yavaş güclənmiş dindarlar şahı devirir, ABŞ-ı da ölkədən qovurlar.
Budur, 39 ildir ki, ABŞ və Britaniya bu ölkədən əl çəkmir, İran xalqını hər cür mərhumiyyətlərə, iztirablara düçar edirlər.
Məsələnin əsl mahiyyəti budur: neft davası, regiona sahib olmaq, bu regionun dövlətlərini qapazaltı, əlaltı etmək.
Bunlar demokratiya və insan azadlıqları dərdi çəkən olsaydılar, hakimiyyətə seçkiylə, xalq iradəsi ilə gələn, siyasi, iqtisadi islahatlar keçirərək, İranı müasir dünyanın demokratik ölkələrindən birinə çevirmək istəyən Müsəddiqin başına o oyunu gətirməz, devirməz, yerində şah despotizmi bərqərar etməzdilər.
Mənbə: musavat.com
Oxşar xəbərlər
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 2026 21:30
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Nazir Prezidentin bağışladığı evi mənə 36 minə satdı — ŞOK AÇIQLAMA
25 fevral 2026 01:40
- Bu kəndlərə bir neçə gündür canavarlar hücum edir
22 fevral 2026 23:08
- Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq (VİDEO)
22 fevral 2026 11:11
Xəbər lenti
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
Video & Fotoqalereya
Video
Fotoqalereya
