Etimad İsmayılovu öldürən Dəmirov əfqanları Qarabağa gətirib
Maraqlı20 sentyabr 2018 19:34
Dünən gecə Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, azərbaycanlı iş adamı Etimad İsmayılov Türkiyənin İstanbul şəhərindəki ofisində qətlə yetirilib. Onu qətlə yetirən şəxs də azərbaycanlıdır. Onun Gözəl Dəmirov adlı sabiq polis rəisi, iş adamı olduğu bildirilir.
Türkiyə mediasında yer alan məlumatda qeyd edilir ki, Etimad İsmayılov və Gözəl Dəmirov şərikli inşaat və təşkilatçılıq işi ilə məşğul imişlər, aralarında borc məsələsi olub. Hadisə zamanı tərəflər borc məsələsinə görə mübahisə edib. Mübahisə getdikcə böyüyüb və davaya çevrilib. Bu zaman Dəmirov silahını çıxararaq şərikinə 3 dəfə atəş açıb.
Son məlumata görə, Gözəl Dəmirov gecə saat 01:00 radələrində Beşiktaşda saxlanılıb. Cinayətdə istifadə olunan silah polis tərəfindən götürülüb. Hadisə ilə əlaqədar daha bir nəfər – Gözəl Dəmirovun sürücüsü də polis tərəfindən saxlanılıb. Hazırda onlar polis idarəsində dindirilirlər.

Gözəl Dəmirov 90-cı illərin əvvəllərində Azərbaycan Daxili İşlər Nazirliyində idarə rəisi olub, Bakı Soyuducular Zavodunun keçmiş direktorunun qardaşı, istefada olan polkovnikdir. Dəmirov haqda bunlar məlumdur ki, o, Türkiyədə iri biznesə malikdir, eyni zamanda Azərbaycanda da biznes işlərinin olduğu söylənilir. Gözəl Dəmirovun hətta "Fənərbaxça” klubunun keçmiş prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da qeyd edilir.
Modern.az saytı Gözəl Dəmirovla bağlı kiçik araşdırma aparıb. Araşdırma zamanı maraqlı faktlar üzə çıxıb.
Gözəl Dəmirov haqqında danışan sabiq polis rəisi Mahmud Hacıyev vaxtilə, AXC hakimiyyəti dövründə onunla birgə çalışdığını bildirib. Maraqlıdır ki, G.Dəmirov dünən gecə həmyerlisini öldürməklə qatilə çevrilməsinə baxmayaraq, M.Hacıyev onun müsbət xarakterli bir şəxs olduğunu vurğulayıb:

"Gözəl Dəmirov səhv xatırlamıramsa, əslən Sabirabaddan idi. Hardasa 66-67 yaşı olar. Ucaboylu, ağbəniz, cüssəli kişi idi. Cavan vaxtlarında Bakı İstintaq İdarəsində, daha sonra Daxili İşlər Nazirliyində idarə rəisi işləyib. Biz onunla Daxili İşlər Nazirliyində bir yerdə işləmişik. Bir orqan işçisi kimi münasibətlərimiz olub. Çox yaxşı, mərd, ürəkli insan idi, kasıba, imkansıza əl tutan idi. Müharibə vaxtlarında çox köməklikləri olub, bu cür hərəkəti edəcəyini ağlıma belə gətirməzdim. 90-cı illərin əvvəllərində beynəlxalq konvensiyalara uyğun olmasa da, Pakistandan, Əfqanıstandan mücahidlər gəlib Qarabağda bizə kömək edirdilər. Gözəl Dəmirovun onların Azərbaycana gəlməsində, döyüş bölgəsinə aparılmasında xüsusi əməyi olub. Həqiqətən nümunəvi işçi idi. Çox müsbət adam idi. O vaxt Müdafiə Nazirliyi yox idi. Müharibədə vuruşanların, köməklik edənlərin əksəriyyəti elə polislər idi. Gözəl Dəmirov da ən yaxşılardan biri idi”.
Mahmud Hacıyevin sözlərinə görə, 1994-1995-ci illərdə Gözəl Dəmirovun başının üzərində "qara buludlar” dolaşırmış:
"Onun həbsinə hazırlıq gedirdi. Polkovnik-leytenant rütbəsindəydi. Ona görə də orqandan xaric olunaraq, hər şeyini yığıb Türkiyəyə getdi. Ailəli idi. Bildiyim qədəriylə 2 övladı var. Türkiyədə bizneslə məşğul olmağa başladı. Ora gedəndən sonra əlaqələrimiz olmasa da, gedib-gələnlərdən xəbərləşirdik. Orada da normal həyat tərzi sürürdü, bacarıqlı, hörmətli, hər mənada yaxşı insan idi. Bilirsiniz, onun haqqında pis bircə dənə də fikir söyləyə bilmirəm. Gör o boyda orqanda çalışmış olasan, ağlın, kamalın ola, axırda qətl törədəsən. Amma yəqin ki, səbəbsiz olmaz. Gör nə vəziyyətə çatıb ki, belə hadisə törədib. İlyas İsmayılovun Amerikadakı oğlu özünə oxşayır. Özü kimi yaxşı insandır. Amma mərhum Etimad İsmayılovu yaxşı tanımıram.
Axı niyə belə bir vəziyyət yaranıb ki, Gözəl silaha əl atıb? Gözəl Dəmirov 25 ilə yaxındır Türkiyədədir, yenə deyirəm, bir adam da onun haqqında nəsə pis deyə bilməz. Kasıba, evsizə əl tutan idi. Hədsiz müsbət adam idi. Yəni kiməsə pul atan, kiməsə torba tikən biri deyildi. Bayaqdan onun haqqında ancaq müsbət fikirlər söyləyirəm. Yerlim deyil, qohumum deyil, mən qazaxlı, o, sabirabadlı. Amma adam gərək haqqına danışsın. Allah Etimada rəhmət eləsin”.
Keçmiş daxili işlər naziri İsgəndər Həmidov da modern.az saytına müsahibəsində Gözəl Dəmirov haqda maraqlı fakt açıqlayıb:

"Tale elə gətirib ki, Elçibəy prezident olanda bu cür işlərə həmişə məni göndərirdi. Bir dəfə yenə məni yanına çağırıb soruşdu ki, "Əfqanıstandan özbək əsilli general Dustumu Bakıya gətirə bilərsən?” Onu Bakıya gətirdim və mən, rəhmətlik Alparslan Türkeş və Bəyin iştirakıyla dördlükdə ciddi müzakirələr apardıq. General Rəşid Dustum dedi ki, "mənim qüvvələrim azdır, onda qoyun qayıdıb baş nazir Hikmətyarla danışım, birinci mərhələdə 200 əfqan döyüşçü gətirilsin”.
O vaxt Bakı Soyuducular Zavodunun Dəmirov soyadlı direktoru vardı, onun qardaşı Gözəl Dəmirov da Daxili İşlər Nazirliyində idarə rəisi idi. Gözəli göndərdim Əfqanıstana - Qəndahara. Danışıqlardan sonra ordan 250 nəfər muzdlu döyüşçü gətirildi. Ancaq mən işdən çıxandan sonra onlara yiyə duran olmadı və dağıldılar. Azərbaycana qayıdıb gedənlər də oldu, burda azərbaycanlı qadınlarla ailə qurub qalanlar da. Mən onların biriylə Həcc ziyarətində olduğum zaman rastlaşdım. Məkkədə "Əl-Haram” məscidinə namaz qılmağa getmişdik. İçəri daxil olan kimi bir ucaboylu, cüssəli şəxs mənə yaxınlaşıb salam verdi. Soruşdum ki, "kimsən, səni tanıya bilmədim”. Dedi, "mən Azərbaycanda sizin rəhbərliyiniz altında döyüşmüşəm. Azərbaycandan xəbərimiz var və gözdə-qulaqdayıq ki, ikinci Qarabağ savaşı başlasın, gəlib qardaşlarımızın qisasını alaq”.
Oxşar xəbərlər
- İdrak Liseyi-ndə şagird müəllimi güllələdi
6 fevral 2026 17:47
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı
3 fevral 2026 14:03
- 12-ci erməni Qarabağdan niyə getmək istəmədi - Həkəri körpüsünə çatanda dedi ki...
28 yanvar 2026 00:28
- Tallində Ermənistanın baş naziri -Noldu Paşinyan- mahnısı ilə QARŞILANDI - VİDEO
25 yanvar 2026 12:11
- Ermənilər barışığa can atır, amma heç vaxt inanmaq olmaz – Xankəndili sabiq deputat
21 yanvar 2026 17:09
- Ramiz Mehdiyev dosyesində azyaşlı qızların oğurlanması epizodu - DTX-ya müraciət
9 yanvar 2026 20:18
- Prezident məmurlara xəbərdarlıq edib: Sərəncam özünü çox gözlətməyəcək
6 yanvar 2026 10:59
- Azərbaycanın 2026-cı ildə ev sahibliyi edəcəyi beynəlxalq FORUMLAR (SİYAHI)
3 yanvar 2026 12:19
- Su qan təzyiqə necə təsir edir? - Kardioloqlar cavab verir
26 dekabr 2025 11:30
Xəbər lenti
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
Video & Fotoqalereya
Video
Fotoqalereya
