Deputatın qardaşı və qaynı sahibkarın 2 milyon manatını mənimsəyiblər?
Kriminal24 sentyabr 2018 15:13
"Əsabil Qasımovdan aldığım 850 min manat borca görə 2016-cı ilin sentyabr ayından may ayına qədər 413870 dollar, yəni 703357 manat ödəmişəm. Həmin pulun 85 min manatını bank vasitəsilə "Arzu 2014” şirkətinin adı ilə "Karat Holdinq"in adına, 150 min dollar, yəni 255000 manat Vüqar Qasımova, qalanını isə taxıl formasında ödəmişəm”.
Bunu iş adamı Əliyev Aslan Zeynal oğlu bildirib. Onun bölgexeber.com-a ünvanladığı məktubda olduqca ilginc məqamlara toxunulub.
İş adamı iddia edir ki, Milli Məclisin deputatı Əsabil Qasımovun qohumları (deputatın qardaşı, qaynı) ona milyonlarla ziyan vurublar:
"1998-ci ildə tanışım Şahbazov Nəsif İslam oğlu ilə birlikdə şərikli olaraq Şəmkir rayonu, Dəllər kəndində un dəyirmanı tikmişəm. Dəyirmanı 2010-cu ilə qədər işlətmişik və "Seymur” MMC-nin nəzdində fəaliyyət göstərib. "Seymur” MMC rəsmi 100 faizlik təsisçilik hüququ ilə tanışım Əliyev Etibar Nəbi oğluna məxsus olub. Lakin qeyri-rəsmi qaydada "Seymur” MMC-nin 67% təsisçilik hüququ mənə və Nəsif Şahbazova məxsus olub.
2011-ci ilin noyabr ayında "Seymur” MMC-nin 60% təsisçilik hüququ tanışım Qasımov Vüqar Qarakişi oğluna 2 milyon dollara satdıq. Ancaq Vüqar Qasımov 1,5 milyon dollar verdi”.
A.Əliyev bildirib ki, 2012-ci ildə Şəmkir rayonu Mahmudlu kəndində 4 ha istixana tikmək üçün ona 1200000 ( bir milyon iki yüz min manat) pul lazım olduğu üçün V. Qasımovun qardaşı deputat Ə.Qasımovdan 850000 (səkkiz yüz əlli min manat) manat borc pul alıb: "350 min manat da özüm də var idi. Razılaşma belə idi ki, pulun qarşılığında 4 il müddətində hər il Ə.Qasımova 100.000 manat faiz, 4 il tamam olduqdan sonra isə hər il ana puldan 200.000 manat ödənməli idi.
3,7 ha istixana tikildi və fəaliyyətə başladı. 2015-ci ilə qədər hər il 100 000 manat olmaq şərtilə 3 il ərzində Ə.Qasımova 300 000 manat pul ödədim. Bundan sonra axırıncı il faiz pulunu ödəyə bilmədiyimə görə evimi girov qoyaraq 700.000 dollar kredit götürdüm və Ə.Qasımovun qalan 100 000 manatını da verdim.
2015-ci ildə Ə.Qasımovun qaynı Umudov İqdam Əliş oğlu ilə pulun qaytarılması ilə bağlı aramızda razılıq əldə olundu. Daha sonra 2016-cı ildə Ə.Qasımovla aramızda fikir ayrılıqları və mübahisələr yarandı. Borca görə Şəmkir rayonu Mahmudlu kəndində yerləşən 1, 6251, 1,9616 və 1,4107 ha torpaq sahələrimi və orada tikilmiş 4 ədəd istixananı rəsmən İqdam Umudovun mülkiyyətinə verdim və razılaşdıq. 2 il müddətinə borcu qaytarmalı idim və həmin torpaq sahələri, istixanalar yenidən mənim mülkiyyətimə verilməli idi.
2016-cı ilin sentyabr ayından 850 000 manat borcdan 2017-ci ilin may ayına qədər 413870 dollar, yəni 703 3579 manat ödəmişəm, həmin pulun 85 min manatını bank vasitəsilə "Arzu 2014” şirkətinin adı ilə "Karat” Holdinqin adına, 150 min dollar, yəni 255000 manat Vüqar Qasımova, qalan formasını isə taxıl formasında ödəmişəm.
Xeyli vaxtdır ki, onlarla mənim aramda məhkəmə çəkişməsi gedir. Onlar fırıldaqçılıq edərək mənim əmlaklarımı və pulumu mənsimsəyiblər. Nəzərinizə çatdırım ki, aparılan istintaq zamanı da bu öz təsdiqini tapıb”.
A.Əliyev onu da qeyd edib ki, istintaq materiallarında da öz əksini tapıb ki, mənim əməllərimdə heç bir cinayət tərkibi yoxdur, yəni mən onlara nəyisə vəd verib əmlaklarını ələ keçirmək niyyətində olmamışam: "Hər şey əksinə olub və istintaq materiallarında da bu öz əksini tapıb. Belə ki, V.Qasımov buğda təminatına görə aldığı 500 000 dolları geri qaytarmadı. 40% təsisçilk hüququ 1 milyon dollar olduğu halda, bu da 1 700 000 manat edir, bu da 1 162 392 borcun müqabilində verilmişdi. Kursla hesablasaq, birinci 850 min manat, ikincidən qalan isı 537 608 min manat edir.
V.Qasımova verdiyim 413 870 dollar, yəni 703 579 min manat, yem sexi, elevator qülləsi üçün xərclədiyim 155 815 manat, dəyirmanda qalan çuvalların pulunu, yəni 50 320 manat, vergiyə ödədiyi 50 000 manatdan Vüqarın öhdəsinə düşən 30 000 manat hesablasaq, nə qədər edir?
Ümumilikdə 2.327.322 manat. Mən bu pulu ondan tələb edirəm. Mən öz halal pulumu tələb edirəm, əlimdə kifayət qədər faktlar var və bu günə qədər mənim haqlı olduğum ortaya çıxıb”.
A.Əliyev əlavə edib ki, o, Azərbaycan qanunlarının aliliyinə inanır: "Mən dövlətimə güvənirəm, mənə o boyda ziyan vurublar. Onlar deputat mandatından istifadə edərək qanunları tapdalamaq istəyirlər. Ancaq ölkəmizdə gözəl qanunlar var və dövlət başçımız hər Azərbaycan vətəndaşının himayədarıdır”.
A.Əliyevin məktubda ortaya qoyduğu iddialarla bağlı, məsələnin mahiyyətinə varmağa, ittihamların nə dərəcədə doğru olub-olmadığına aydınlıq gətirmək üçün deputat Ə.Qasımovla əlaqə saxlamağa çalışdıq. Çox təəssüf ki, bütün cəhdlərimiz boşa çıxdı.
Məsələ ilə bağlı deputat Ə.Qasımov və qohumlarının da mövqeyini işıqlandırmağa hazırıq.
Oxşar xəbərlər
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
25 fevral 2026 21:07
- 6 ayda 5 yaxın qohumunu itirən Şəmşad Ağa üçün məhkəməyə müraciət edildi
24 fevral 2026 17:23
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 2026 14:57
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
- Şəmşad Ağanın ailəsində daha bir itki
24 fevral 2026 10:31
- Azərbaycanda kərə yağı istehsalı KƏSKİN azaldı
21 fevral 2026 22:10
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
