Şəkər xəstələri üçün pulsuz verilməli olan insulin neçəyə satılır?
İqtisadiyyat25 sentyabr 2018 14:46
Azərbaycanda ildən-ilə sayı artan diabet xəstələrinin dövlət qeydiyyatına alınmasından sonra lazımi dərman preparatları, şəkər ölçən aparat, insulin iynələri və striplərlə təminatı Səhiyyə Nazirliyinin dövlət proqramı çərçivəsində pulsuz həyata keçirilir.
Hər ay şəkər xəstələri qeyddiyat üzrə yaşayış ərazisindəki poliklinikaya gedərək, endokrinoloq tərəfindən müayinə olunur, dərmanlar yazılır və böyük əziyyətlə növbələrdən keçərək su-hava kimi vacib olan dərmanını bəziləri ala bilsədə əksəriyyəti ala bilmir.
Qeyd edək ki, diabetli xəstə kimi dövlət qeydiyyatına durmayan xəstələrə pulsuz dərman verilmir. Nəzərə alsaq ki, əhalinin imkanlı təbəqəsi özəl klinika və həkimlərdən müayinədən keçərək, dərmanları apteklərdən özləri alır, o zaman dövlətin pulsuz dərman payına möhtac təbəqə imkansız və təqaüddə olan yaşlı insanlardır.
xalq.az xəbər verir ki, artıq bir neçə aydır pulsuz diabet dərmanları və insulinin verilməsində və şəkər ölçən aparatının verilməsində ciddi problemlər yaşanır. Redaksiyamıza daxil olan şikayət, sosial şəbəkələrdə getdikcə artan rəylər, statuslar, həmçinin saytın əməkdaşının ailə üzvlərinin də analoji problemlə üzləşməsi onu deməyə əsas verdi ki, Azərbaycanda diabet xəstələrinin dövlət proqramı çərçivəsində pulsuz dərmanlarla və şəkər ölçən cihazın təminatında ciddi problemlər var.
Polikninikalara dərmanlar zamanında, ərazi üzrə qeydiyyatda olan diabet xəstələrinin sayına uyğun çatdırılmır. Həkimlər xəstə sayına görə dərman gəlmədiyini bildirir. Dərman dozalarında azalma var: 2 qutu insulin alan xəstəyə 1 qutu, 2 qutu preparat alana biri verilir. Elə xəstələr var dərman ümumiyyətlə çatmır. Şəkər ölçən cihaz üçün isə heç bir müraciətə baxılmır. Diabet xəstələri hər gün qanda şəkəri aparatla ölçür. Bu onlar üçün həyati vacibdir. Bu aparat üçün lazım olan testlər – striplər əvvəllər az da olsa verilirdi. İndi xəstə aptekdən test qutusunu baha qiymətə alır. Xatırladaq ki, nazirlik tərəfindən xəstələrə paylanan aparatlara yalnız bu testlər uyğundur. Bir müddət əvvəl bu striplər apteklərdən yoxa çıxır, sonradan gətirildikdə isə qiymət bahalaşır.
Pasiyent şikayəti: Dəfələrlə qeydiyyatda olduğum polikninikaya müraciət etmişəm ancaq cavabları növbə var zamanınız çatanda veriləcək. Diğər şikayətçi bildirir ki, ağır xəstəyəm insulin çörək əvəzi olub mənim üçün,lakin müraciət edən bildirirlər ki, az gəlib verə bilmirik gedin aptekdən alın. İnsulinin biri aptekdə 25 manatdır. Bu insulin necə olur aptekə gedib çıxır? Camaatın haqqı olan dərmanı verməyib, apteklərdə satdırırlar.
Adının çəkilməsini istəməyən, poliklinikada dərman verilməsi üzrə çalışan tibbi işçisi bildirdi ki, aprel ayından etibarən elə Səhiyyə Nazirliyindən göstəriş gəlib ki, dərmanları azaldın, çünki bu dərmanları almağa pul yoxdur. Ona görə də həkimin dərmanı qəsdən verməməsi, oğurlaması, satması doğru deyil. Əksinə camaatla üz-üzə qalıb, təhqir olunan da həkimdir.
Digər pasiyent rəyi: Anamın aldığı 2 qutu dərman azaldıldı, 1 qutu oldu. Dedilər ki, bundan sonra yarısını dövlət verəcək, yarısını xəstə özü almalıdır. Axı bu xəstənin dərdi təkcə insulinlə bitmir. Bunun təzyiq dərmanı var, qan duruldanı var, digər preparatları var. Əvvəllər 3 flakon idi, sonra oldu 2, indi deyir 1 verirəm, nə istəyirsən et. 30-40 faiz doza azaldıblar. Sabah da deyəcək, heç bu adama insulin lazım deyil.
Qeyd edək ki, poliklinikalarda şəkər xəstələrinə dərman verilməsi prosesi zamanı xəstələrlə həkimlər arasında narazılıq, qarşılıqlı həqarət, mübahisə, hətta təhqirlər belə adi hala çevrilib. Səhər 7-dən günortaya kimi növbəyə duran xəstə, yaşlı, ac susuz adamlara sonda "dərman bitdi” deyilməsi absurd bir haldır.
Nə baş verib ki, diabet xəstələrinin dərmanlarında kəskin azalma, çatışmazlıq yaranıb.
Məsələ ilə bağlı poliklinika rəsmiləri, həkimlər açıqlama verməkdən imtina etdilər. Onlar Səhiyyə Nazirliyinə tabe olduqlarını bildirdilər.
Səhiyyə Nazirliyi Mətbuat xidməti ilə əlaqə yarada bilməsək də, Nazirliyin qaynar xəttində 1 nömrəli operator şikayətimizi dinləyib bildirdi ki, şəkər xəstələri ilə bağlı şəkər ölçən cihaz ölkədə istehsal olunmur və xarici ölkədən gətirilir, bu da baha qiymətə olduğu üçün hissə-hissə alınır və xəstələrə növbə ilə verilir. Polikninikalarda qeydiyyatda olan xəstələrin siyahısı var növbə ilə veriləcək, lakin nə zaman məlum deyil. Şikayətçi ağır xəstə olduğunu bildirərək şəkərin ölçülməsin vacib olduğunu, lakin aparat olmadığı üçün dəfələrlə səhhətində problemlər yarandığını deyib. O bildirib ki, təcili tibb yardım çağrılıb və cihazın olmamasından şəkərinin dərəcəsini müyyənləşdirə bilmədiyi üçün halı pisləşib və apteklərdə ödəniş edib yoxlatdırmaq məcburiyyətində qalıb. Bu hadisə təkrarlansa nə etməli sualına isə operator bildirib ki, polikninikada növbənizə baxın görün siyahıda növbəniz nə zaman çatacaqsa, o zaman sizə cihaz veriləcək.
P.S Səhiyyə Nazirliyində xəstələrdə şəkər qalxması, enməsi və xəstəliyin müalicəsi üçün lazımi tədbirlərin görülməsi siyahıdakı növbə ilə tənzimlənməsi daha məqsəduyğun hesab olunur.
Problemlə bağlı əsas cavablar sual olaraq qalır.
Oxşar xəbərlər
- Prezident və birinci xanım İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi (FOTO)
1 may 2026 18:03
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
1 may 2026 16:45
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
1 may 2026 15:23
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
1 may 2026 13:38
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
1 may 2026 10:41
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 2026 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 2026 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 2026 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 2026 11:27
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 2026 18:43
Xəbər lenti
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
01 may 19:21
- Prezident və birinci xanım İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi (FOTO)
01 may 18:03
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
01 may 16:45
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
01 may 15:23
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
01 may 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
01 may 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
01 may 13:19
- Ədalət Fərəcov 2-ci dərəcəli ƏMƏK ordeni ilə təltif edildi
01 may 13:09
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
Video & Fotoqalereya
Video
Fotoqalereya
