Psixoloq: Uşaqlarınıza yaşıl rəngli paltarlar geyindirməyin (VİDEO)
Müsahibə4 oktyabr 2018 11:59
Qidalar orqanizmi bəslədiyi kimi, rənglər də ruhu bəsləyir. Həyatı rənglərsiz təsəvvür etmək çətin olar. Çünki təbiətin, rastlaşdığımız hər bir obyektin, hətta insanların xarakterinin belə öz rəngi var.
Psixoloq Xatirə Səfərova Baku TV-yə açıqlamasında deyib ki, rənglər insan psixologiyasında böyük rol oynayır.
"İstər müştəri xidmətlərində, istər iqtisadi cəhətdən formalaşmasında, iş biznesinin planlamasında, uşaqların inkişafında çox böyük önəmi var".
O, əvvəlcə qırmızı rəngin mənasından danışıb.
"Qırmızı rəngi enerjili, daha çox riskli, aqressiyası çox olan və cəsarətli insanlar sevir. Qırmızı rəng iştahaaçıcı rəngdir. Əgər bir insanın iştahası aşağıdırsa, ona qırmızı rəngi məsləhət görürlər".
Müsahibimiz mavi rəngi iş görüşmələrinə geyinməyi tövsiyə edib.
"Mavi rəng sakitləşdirici, intellekt rəngidir. İş görüşmələrinə gedəndə mavi rəngli paltarın geyinilməsi ağıllı, səmimi söhbətə gətirib-çıxarır. Mavi rəngdən çox istifadə olunması insanı daim gərginlikdə saxlayır. Tünd mavi rəng isə siyasi görüşlərin rəngidir. Tünd göy rəngə müraciət edən insanlar özlərini daim idarə edə bilənlərdir. Uğurlu biznesmenlər tünd göy rəngdən istifadə edirlər".
O, yaşıl rəngli geyimləri uşaqlara geyindirməməyi məsləhət görüb.
"Yaşıl rəng təbiətin rəngidir. Həmin rəng sakitləşdirici, təmizlik effekti verir. Yaşıl rəng ondan çox istifadə edən insanlarda sakitlik yaradır. Uşaqlara bu rəngi çox geyindirmək olmaz. Çünki uşaqlar öz energetik qabiliyyətlərini, daxili dünyasını çıxara bilmir. Bir növ donub qalır".
Xatirə Səfərova digər rənglərin xarakteristikasından da danışıb.
"Bənövşəyi rəngi sevənlər yenilikçidirlər, tərifi çox sevirlər və eqolu olurlar. Sarı rəng işıqdır, enerjidir, optimist insanların rəngidir. Sarı rəngi sevənlərin əksəriyyəti fikirlərini tez-tez dəyişirlər. Eyni zamanda, onlar müvəqqəti bir yerdə qalmağı sevmirlər. Sarı rəngi sevən insanlar iddialı olurlar, diqqət çəkməyi bacarırlar. Sarı rəngin mənfi cəhəti də var. O, uşaqların inkişafına yaxşı təsir etmir".
O, ölkədə tünd rəngli geyimlərin çox istifadə olunmasının səbəblərini də qeyd edib.
"Çəhrayı rəngi sevən insanlar "mən buradayam" deyir. Bu rəngi xoşlayanlar konfliktə meyilli olurlar. Ağ rəngə üstünlük vermək təmizlik, işgüzarlıq qabiliyyətlərinin olduğunu göstərir. İddialı, əmin, inkaredici xarakterə malik insanlardır. Şərq millətləri pessimistliyə meyilli olduğu üçün qara rəngi sevirlər".
Oxşar xəbərlər
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
3 mart 2026 14:25
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
26 fevral 2026 22:18
- Bakıda gül mağazasında partlayış - Video
23 fevral 2026 10:02
Xəbər lenti
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
Video & Fotoqalereya
Video
Fotoqalereya
