Mən əcdadlarımızı lənətləyirəm
Paşinyan: "MƏN ƏCDADLARIMIZI LƏNƏTLƏYİRƏM"
“Aykakan Jamanak” qəzeti
9 dekabr 2005-ci il
Erməni xalqına siyasi və elmi tribunalardan edilən ən populyar müraciətlər tarixdən dərs çıxarmaq zərurətinə aid edilir. Erməni xalqı öz ziyalısına qulaq asmaqdan qəti şəkildə imtina edir və tarixdən nəticə çıxarmaqla bağlı çağırışların getdikcə daha populyar olması da bundan xəbər verir. Ola bilər ki, buna səbəb tarixdən nəticə çıxarmağa çağıran ziyalının daha sonra erməni xalqının qəhrəmanlıq tarixi barədə əfsanələr yazmağa, əcdadlarımızı tərif etməyə və ucaltmağa başlamasıdır. Ümumiyyətlə isə əcdadlarımızı obyektiv qiymətləndirmək bir iş, onları tərifləmək tamam başqa işdir.
Gəlin əcdadlarımızı tərifləməyi dayandıraq və özümüzə çox praqmatik bir sual ünvanlayaq: bu əcdadlarımız bizə nə vəsiyyət etdi, özlərindən sonra nə qoyub getdilər?
Heç bir şeydən daha artıq bir şey. Çünki “heç bir şey” – bu bizin sıfırdan başlamalı olduğumuz haldır, ancaq biz bilinmir hansı mənfidən başlamalıyıq. Çünki bizim əcdadlarımız bizə sadəcə belə soyqırımlar, alçaldılmalar, satqınlıqlar və əxlaqsızlıqlar ehtiyatı miras qoyublar. Belə görünür ki, bunu aradan qaldırmaq çətin, həddən artıq çətindir.
Mən bizim atalarımızı qınayıram və onları lənətləyirəm. Çünki onlar bizim bu gün daha ləyaqətli və qürurlu yaşamağımız üçün heç bir şey etməyiblər.
Bizim əcdadlarımız ən azından öz nəsillərinin qeydinə heyvanların instiktiv şəkildə öz nəsillərinin qeydinə qaldığı kimi də qalmadı. Mən bizim əcdadlarımızı tərif edən hər kəsi qınayıram. Bununla da sadəcə bundan sonrakı nəsillərin layiqli və güclü vətənə sahib olmaq hüququnu inkar edir, bizə, yaşayanlara isə gələcək nəsillərə heç bir şey vəsiyyət etməmək haqqını bəxş edirlər. Əcdadlarımızı tərənnüm etməklə onlar indiki erməni məmurlarının təkəbbürlü gedəçələri kimi primitiv tərbiyə almamış oğlunun xəyanətinə məruz qalan Böyük Tiqran adladırılan şəxsin öz tacını Roma hökmdarının altına atdığı həmin vaxtdan başlayan və artıq iki min ildən artıqdır ki, içində olduğumuz bu sonsuz prosesə sadəcə yeni təkan verirlər.
MƏN ƏCDADLARIMIZI LƏNƏTLƏYİRƏM.
Çünki onlar iranlı bir əyalət aliminə İsfahan küçələrində gəzərək bizə Şah Abbasın erməniləri bura Cuqidən (Culfa) qovduğunu və onları burada şəhər inşa etməyə çağırdığını izah etməsinə imkan verdik. Biz bu tarixdən hansı nəticəni çıxarda bilərik? Kimsə bu hekayədən qürur duyur: “Deməli, ermənilər inşaatçılar olublar”, – deyirlər. Bu inşaatçıların sürü kimi bir yerdən digərinə qovulmasının, onların bəzilərinin İran çöllərini “ermənilərin müqəddəs yerlərinə çevirməklə yolda qalmasının” isə heç kim fərqinə varmır.
Öz tariximizdən hansı nəticəni çıxara bilərik?
Bəzən bizim biabırçı və alçaldıcı keçmişimizi qəhrəmanlıqlarla dolu kimi göstərən tarixçiləri anlayıram. Onlar həqiqi tarixin bizi sındıra, alçalda biləcəyini düşünürlər. Ancaq saxtakarlıq daha çox dağıntıya səbəb olur və bizə dayanmağa, minillik alçaldılmamızı qırmağa icazə vermir. Deməli, biz öz tariximizdən hansı nəticəni çıxara bilərik?
Gəlin, onu unudaq. Gəlin, hər şeyi tamamilə sıfırdan başlayaq. Elə bil ki, Tanrı bizi indicə yaradıb və biz keçmişdə mövcud olmamışıq. Təsəvvür edirsiniz, nəfəs almaq necə də asan olacaq? Gəlin, təsəvvür edək ki, Mesrop Maştots indicə bizim hərflərimizi yaradıb, Narekatsi, ola bilər Mxitar Qoş, David Anaxt və daha bir neçə doğmamız bizimlə yaşayır və başqa heç nə yoxdur. Yerdə qalanları keçmişdə buraxaq. Qoy onlar nə qədər istəyirlər doğrasınlar, bir-birilərini satsınlar, qovulsunlar, soyqırıma məruz qalsınlar və alçaldılsınlar. Belə olan halda ola bilər ki, öz tariximizdən nəticə çıxara bilək, çünki o artıq bizim tariximiz olmayacaq...
- 6 günə 1418 şübhəli saxlanılıb – Türkiyənin daxili işlər naziri
25 mart 2025 20:58
- “Heydər Əliyevin verdiyi çörək onların burnundan gəlsin!”
11 sentyabr 2019 12:33
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
