"Rüfət Aslanlının ambisiyaları həmişə Allahlıq iddiaları həddində idi"
İqtisadiyyat14 oktyabr 2018 08:13
Rüfət Aslanlının Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri vəzifəsindən çıxarılması ümidi verir ki, bu struktur, ona həvalə olunmuş mühüm dövlət missiyasını-Azərbaycanın bütün maliyyə sektorunun effektiv işinə kömək etmək kimi vəzifəni nəhayət, icra etməyə başlayacaq.
Bunu virtualaz.org-a açıqlamasında maliyyə eksperti Əkrəm Həsənov deyib.
"Aslanlı, necə deyərlər, çox odun doğrayıb və indi dövlətə o məsələlərin həllinə yenidən başlamaq lazım gələcək, hansılar ki, əvvəlcədən bu təşkilatın qarşısında qoyulmuşdu. Artıq görünür ki, bank nəzarəti funksiyaları daha Mərkəzi Banka qayıtmayacaq. Vaxtilə ölkə Prezidenti bank sektoru, qiymətli kağızlar bazarı və sığorta sferası üzərində vahid maliyyə nəzarəti orqanını yaratmaqla düzgün qərar qəbul etmişdi. Nəzərdə tutulurdu ki, bu üç maliyyə istiqaməti arasında effektiv qarşılıqlı əlaqə olmalı və hamısı vahid standartlar üzrə tənzim edilməlidir. Ancaq Maliyyə Bazarlarına Nəzarət Palatası özünün iki il yarımlıq mövcudluğu dövründə bu strateji məsələnin həlli üçün heç nə etmədi", - deyə Ə.Həsənov bildirib.

Palatanın indi artıq sabiq rəhbəri R.Aslanlı sığorta və qiymətli kağızlar bazarının mövcudluğunu unudub, bank sektorunda cəmləşdi. Həmin vaxtda sığorta bazarının vəziyyəti daha da pisləşdi. Belə məlum oldu ki, Maliyyə Nazirliyi bu funksiyanın öhdəsindən daha yaxşı gəlirdi.
"Palatada deyə bilərlər ki, eyni vaxtda üç sferada vəziyyəti lazımi şəkildə qaydaya salmaq obyektiv cəhətdən çətin idi... Ədalət naminə qeyd etmək lazımdır ki, 2015-ci il devalvasiyasından sonra əsas problemlər bank sektorunda üzə çıxdı və ola bilər ki, Palata buna görə yalnız onlarla məşğul olurdu. Hər halda biz ölkənin maliyyə sferası üzərində vahid nəzarət orqanı görmədik", - ekspert əminliklə deyib.
İlk baxışda elə görünə bilər ki, o, bank sferasını Palatanın Mərkəzi Bankdan daha yaxşı nizama saldığını etiraf edir. Amma nəzərə almaq lazımdır ki, Mərkəzi Bank kreditlər verir və eyni zamanda bank nəzarətini həyata keçirirdi. Belə vəziyyətdə effektiv bank nəzarəti obyektiv olaraq qeyri-mümkündür. Nəticədə Mərkəzi Bank banklara münasibətdə əhəmiyyətli "yumşalmalara” gedirdi, halbuki praktiki olaraq bütün kredit portfelləri dollarlarla idi. Və bütün bunlar nəticədə bu sferada böhrana gətirib çıxardı.

Əvvəlcə Palata banklara daha dəqiq qaydalar və daha təsirli nəzarət tətbiq etdi. Və nəticə vardı: banklar kreditləri böyük məsuliyyətlə verməyə başladılar. Ancaq bankların yenidən qurulması üzrə nəzarət strukturundan heç bir xilas planı görmədik. Bu problemin həllinə kompleks və sistemli yanaşma ilə bağlı heç bir təklif gəlmədi. Halbuki 2016-cı ilin sonunda ölkənin Prezidenti tərəfindən təsdiq edilmiş Strateji Yol №xəritəsində maliyyə strukturlarının inkişafı üzrə onların qarşısında məhz bu vəzifə qoyulmuşdu.
"Rüfət Aslanlı Azərbaycan ictimaiyyətini dəfələrlə şəxsən aldadıb. Məsələn, 2016-cı ilin aprelində o bildirdi ki, bu il artıq bankların müflisləşməsi olmayacaq və işlər bütün bu sferanın yaxşılaşdırılmasına doğru gedir. Amma artıq elə həmin 2016-ci ilin iyulunda dörd bankın bağlanmasına o özü təşəbbüs etdi. Bu, Aslanlının sözü ilə əməlinin düz gəlməməsinin ilk təsdiqi idi. Amma dörd bankın lisenziyalarının geri çağırılmasından sonra o bildirdi ki, ləğv prosesi "Standart" bankına toxunmayacaq. O onda bu bankın yaxşılaşdırılmasına şəxsən qərar verdi, halbuki o zaman qüvvədə olan "Banklar haqqında" qanuna görə, sağlamlaşdırma prosesinin keçirilməsi üçün Nazirlər Kabinetinin qərarı və hökumət tərəfindən təsdiq edilmiş plan tələb olunurdu. "Standart" bankı barəsində isə heç kim nə belə qərar, nə də plan qəbul etməmişdi.
"Bununla belə, mayda Aslanlı "Standart" bankının sağlamlaşdırılması prosesinə başladı, amma iyunda birdən bildirdi ki, həmin sağlamlaşdırmanın planını hazırlayır. Və bir neçə ay o, mətbuatda fasiləsiz iddialar səsləndirirdi ki, "Standart" müflis olmayacaq, çünki dövlət bu maliyyə strukturunun sağlamlaşdırılması üzrə proses həyata keçirir. Amma 30 sentyabrda bu bankı müflis elan etdi. Bütün bunlar ictimaiyyətin dövlətə etibarına müəyyən dərəcədə mənfi tərzdə təsir etdi. Axı Aslanlı dövlət adından danışırdı…", - deyə ekspert həmin dövrü xatırladıb.
Ə.Həsənovun fikrincə, Aslanlının günahı hər şeydən əvvəl onda idi ki, o ona tapşırılmış strukturun əsas missiyasını reallaşdırmadı: banklarla Mərkəzi Bank arasında dəqiq qarşılıqlı əlaq yaratmadı. Məlum olduğu kimi, bankların əsas problemi likvidliyin çatışmazlığındadır, eyni zamanda onlar Palatanın məktubu olmadan Mərkəzi Bankdan kreditlər götürə bilmirdilər. Və Aslanlı belə məktubları tək ona məlum olan hansısa məntiqlə, seçmə qaydasında verirdi.
Ancaq Aslanlının işində ən böyük problem o idi ki, onun pis xarakteri ilə strukturda son dərəcə qeyri-sağlam mühitin formalaşmasına gətirib çıxaran ikihakimiyyətlilik yarandı. Palatanın təlimatına uyğun olaraq, təşkilatın İdarə Heyəti müəyyən funksiyalara malikdir və Direktorlar Şurasına tabedir. Ancaq Aslanlı onun səlahiyyətlərinə iddia etməyə başladı. Bu idarədaxili münaqişələr doğurdu, nəticədə faktiki olaraq bütün Palatanın işini iflic etdi. 2017-ci ilin iyulunda Palatanın nizamnaməsinə dəyişikliklər edildi və əsas rəhbərlik funksiyaları İdarə Heyətinə keçdi, amma münaqişələr, davalar və bütovlükdə qeyri-sağlam mühit qaldı”, - ekspert qeyd edib.
Ə.Həsənov eyni zamanda təsdiq edib ki, R.Aslanlı bank sferasında savadlı mütəxəssisdir və o buna Mərkəzi Bankda onunla birgə işldiyi illər ərzində əmin olub.
"Amma onun ambisiyaları həmişə Allahlıq iddiaları həddində idi. Düşünürəm ki, onu məhz bu, pis vəziyyətdə qoydu. Və nəticədə o, maliyyə bazarlarına nəzarət palatası ideyasının özünü etibardan saldı.
Buna baxmayaraq, dövlət başçısı strukturu saxlamaq barədə müdrik qərar qəbul etdi, çoxlarına imkan verdi anlasınlar ki, pis rəhbərlik hələ maliyyə sferası üçün vahid nəzarətin təşkili fikrinin qeyri-məhsuldar olması demək deyil”, - deyə ekspert sonda vurğulayıb.
Oxşar xəbərlər
- Prezident və birinci xanım İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi (FOTO)
1 may 2026 18:03
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
1 may 2026 14:03
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
1 may 2026 13:19
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 2026 19:10
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 2026 13:55
- Bizim xalq kimlərə çəpik çalmayıb ki?! - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?
26 aprel 2026 00:51
- Azərbaycan-Latviya münasibətlərinin strateji məzmun daşımasının perspektivləri - Deputat Əli Məsimli
23 aprel 2026 18:32
- Fidan Abbasova: Susmayacağam – mənə qarşı qurulan çirkin kampaniyanın arxasında kimlərin dayandığını açıqlayıram
22 aprel 2026 11:44
- Tağıyevin qızına qulluq edən tələbə 30 ildən sonra danışdı
22 aprel 2026 00:41
- Ələkbər Salahzadənin qızı: Atamın ölümündən sonra nömrəsindən zəng gəldi,..
20 aprel 2026 15:44
Xəbər lenti
- Prezident və birinci xanım İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi (FOTO)
01 may 18:03
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
01 may 16:45
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
01 may 15:23
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
01 may 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
01 may 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
01 may 13:19
- Ədalət Fərəcov 2-ci dərəcəli ƏMƏK ordeni ilə təltif edildi
01 may 13:09
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
Video & Fotoqalereya
Video
Fotoqalereya
