Məmurların xaricdəki pullarını necə qaytarmaq olar?
İngiltərədə Zamirə Hacıyevanın əmlakının müsadirəsi Azərbaycan kimi ilkin kapitalın toplanma dövrünü yaşayan ölkələr üçün mühüm əhəmiyyətə malikdir. Məlumdur ki, ilkin iri kapital, bir qayda olaraq, cinayət yolu ilə əldə edilir. Sonra isə hər şey sıfırdan başlanır və qanunçuluq bərqərar olur. Həmişə və hər yerdə belə olub.
“Qafqazinfo” xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov Z. Hacıyeva olayını şərh edərkən bildirib. O, qeyd edib ki, bu kimi hallar qərbdə əsrlər öncə olub. Məhz buna görə də çirkli pullarla mübarizə məsələsində Qərb hazırda daha qətiyyətlidir: “Mənbəyi məlum olmayan, yəni böyük ehtimalla qanunsuz gəlirlər hesabına əldə edilmiş əmlakın müsadirəsi təcrübəsinə Qərbin mənəvi lideri olan İngiltərə başladı. Aydın məsələdir ki, bu təcrübə yaxında digər Qərb ölkələrində də yayılacaq”.
Ə. Həsənovun sözlərinə görə, bu o deməkdir ki, Azərbaycan kimi iri kapitalın, bir qayda olaraq, korrupsiya yolu ilə əldə edildiyi ölkənin zənginləri (məmurlar və onlarla əlbir olan sahibkarlar) Qərb ölkələrinə qoyduğu sərmayələri itirə bilər: “Məlum olduğu kimi, Azərbaycanda mənfəətlə işləyən şirkət azdır, iri şirkətlər isə demək olar ki, yoxdur. Yüksək gəlirlər əsasən kölgə iqtisadiyyatı hesabına olub. Hətta qanuni gəlirləri də savadlı şəkildə rəsmiləşdirə bilməyiblər əksər hallarda. Odur ki, xaricdə əmlakının qanuni mənbəyini sübut edə bilən varlılarımız azdır. Buna görə də hazırda onlar təşvişdədir.

Əlbəttə, onların çoxunun Rusiya, habelə BƏƏ kimi müsəlman ölkələrində də əmlakı var. Lakin təbii, Qərbə etibarları daha çoxdur (geosiyasi liderlik və qanunçuluğun yüksək səviyyəsi səbəbindən) və əmlakların əksəriyyəti məhz oradadır. Buna görə də hazırda zənginlərimiz istər-istəməz xaricə çıxardıqları əmlakın müəyyən hissəsini Azərbaycana qaytarmaq istəyəcək”.
Ə. Həsənovun sözlərinə görə bundan Azərbaycan dövləti istifadə etməli, ən başlıcası kapitalların amnistiyası həyata keçirilməlidir: “Yəni hər kəs qeyri-leqal əmlakını bəyan etməklə və müəyyən vergi (məsələn, 10%) ödəməklə həmin əmlakı leqallaşdırma imkanına malik olmalıdır. Həmin əmlakın mənbəyi ilə maraqlanmaq lazım deyil. Təki əmlak ölkəmizin iqtisadi inkişafına xidmət etsin.
Amma eyni zamanda dövlət bəyan etməlidir ki, amnistiya üçün müəyyən edilən dövr (1-3 il) bitəndən sonra müəyyən edilən qanunsuz əmlak müsadirə ediləcək və sahibi cinayət məsuliyyətinə cəlb olunacaq.
Lakin bütün bunlarla bərabər köklü hüquqi islahatlar, o cümlədən qanunvericilik islahatları (Mülki Məcəllədən başlayaraq) aparılmalıdır. Məhkəmə islahatları aparılmalıdır: hakimlər müstəqil, ədalətli və savadlı olmalıdır. Çünki zənginlər, sahibkarlar yalnız əminlik şəraitində fəaliyyət göstərə bilər. Oyun qaydaları şəffaf və dəqiq olmalı, onlara riayət edilməlidir. Qeyri-neft sektorunun, sahibkarlığın inkişafı bundan asılıdır!
Gözəl şansımız var! Qərb yeni təcrübəyə Azərbaycan vətəndaşından başladı. Bizdən oğurlanan pulları özünə götürdü. Odur ki, biz də elə etməliyik ki, ölkəmizdən daha heç kəs qanunsuz pul çıxarmasın, hamı vəsaitini Azərbaycanın inkişafına sərf etsin. Biz də birinci olaq!”.

- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 2025 16:23
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 2025 14:56
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 2025 12:19
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 2025 21:25
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 2025 11:25
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 2025 21:44
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 2025 11:03
- Trampın qardaşı qızı: ƏMİM sevgiyə həsrətdir
10 dekabr 2025 02:08
- QUQUŞ-dan maraqlı etiraflar - Azərbaycanın ürəyimdə xüsusi yeri var…Bakıda, Gəncədə, Sumqayıtda kasetlərimə qulaq asırdılar
10 dekabr 2025 01:05
- Restoranı, yoxsa Zərdabinin HEYKƏLİNİ KÖÇÜRMƏK ?
9 dekabr 2025 21:43
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 21:44
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
