Əməkdaşımız Qubada cinayət faktının üstünü açdı – Meşə kütləvi şəkildə qırılır – FOTOREPORTAJ
Quba rayonunun Quba-İspik-Xınalıq yolunun üstündə yerləşən Qəçrəş meşəçiliyi kütləvi şəkildə qırılır. Bunu 14 oktyabr tarixində rayona ezam olunmuş Kivnews.com İnformasiya Portalının əməkdaşı öz gözləri ilə görüb. Belə ki, qeyd olunan ərazidə hündürlüyü 20-30 metrə çatan irigövdəli və sağlam fıstıq, vələs, ağcaqayın ağacları bir dəqiqənin içində qırılaraq məhv edilir. Maraqlıdır ki, qırılan ağaclar səhiyyə qırma sahəsi adı altında kəsilərək doğranır. Əslində isə səhiyyə qırma sahəsi adı altında kəsilən ağaclar xəstə olmalıdır. Amma təəssüflər olsun ki, əməkdaşımız Quba-İspik-Xınalıq yolunun üstündə yerləşən Qəçrəş meşəçiliyinin 7 saylı dolayının ərazisində olarkən xəstə ağacların yox, məhz 150-yə yaxın sağlam ağacların qırıldığını müşahidə edib. Bu ağaclar isə son 15-20 gün ərzində kəsilib. Hətta əməkdaşımız bildirir ki, xəstə ağaclara əl vurulmadan, onun yanında olan sağlam ağaclar kəsilib.
Qeyd edək ki, xəstə ağacların müəyyən olunması əvvəlcədən həyata keçirilərək belə ağaclara işarələr vurulur. Əməkdaşımız meşədə olarkən onlarla sağlam ağaca xəstə adı altında işarə vurulduğunu müşahidə edib. Bu kimi ağaclar isə növbəti qurbanını gözləyir.
Bu arada qeyd edək ki, meşə ərazilərin qorunması üçün Quba rayonunda 5 şöbə fəaliyyət göstərir. Bunlar – Quba, Alpan, Rostov, Qonaqkənd və Vəlvələ kənd şöbələridir. Quba-İspik-Xınalıq yolunun üstündə yerləşən Qəçrəş meşəçiliyinin 7 saylı dolayının ərazisi isə Quba şöbəsinə tabedir.
Təssüflər olsun ki, Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsi meşələrin qorunmasına yox, onların kəsilərək satılmasına göz yumur. Çünki əməkdaşımız rayon ərazisində olarkən öyrənib ki, Quba meşəsindən bir maşın ağacın kəsilərək aparılmasının qiyməti 250 manat təşkil edir. Ay ərzində isə yüzlərlə maşın ağac kəsilərək yeşik hazırlanan sexlərə daşınır. Ümumilikdə isə, rayon ərazisində nə az, nə çox 367 yeşik emalı sexi fəaliyyət göstərir. Hazır yeşiklər isə respublikamızın əksər rayonları ilə yanaşı Rusiyaya daşınır.
Qeyd edək ki, Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin müdiri Rafiq İsgəndərovun və müəssisənin Quba şöbəsinin müdiri Fərid Əkbərovun adı meşə ərazisində tez-tez hallanır. Hətta əməkdaşımız meşə ərazisində olarkən işbaşında yaxaladığı şəxslərdən ağacların kəsilməsinin icazəsini kimdən aldıqlarını soruşduqda qeyd etdiyimiz iki nəfərin adını çəkiblər.
Əməkdaşımız ağacların nə üçün kəsildiyini araşdırmaq üçün Fərid Əkbərovla əlaqə saxlayaraq münasibət öyrənib. Fərid Əkbərov isə məsuliyyəti idarənin üzərinə ataraq bildirib ki, "İdarə tərəfindən qırma sahəsi ayrılıb, mən ayırmamışam. Qırma sahəsidir ora. Mütəxəssislər baxıb qırma sayəsi ayırıblar, nə bilim. Fıstıq ağacı belədir ki, sağlam olanda deyirlər, yeşik sexinə verirlər. Vələs ağaclarıdır da, oduna gedən şeylərdi. Heç odununu alan yoxdu onun. Ramin müəllimə deyərəm komissiya göndərər əraziyə".
Bildirək ki, Fərid Əkbərovun adını çəkdiyi Ramin Mürsəlov isə Quba, Qusar, Xudat, Xaçmaz, Yalama rayonlarının meşələrinə cavabdeh şəxsdir. Yəni 5 rayon şöbəsi ona tabedir.
Təəssüflər olsun ki, Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin müdiri Rafiq İsgəndərovu dəfələrlə arasaq da hər dəfə bir bəhanə gətirərək onunla danışmağa imkan yaratmadılar.
Sonda qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir daha ağacların qanunsuz kəsilməsinə toxundu və “Bir daha demək istəyirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi olmadan əgər kimsə bir ağac kəsirsə, onda özündən küssün”, deyə bildirdi.
Mövzunun davamı var.
P.S Meşələrin qırılmasından kimlərin qazanmasından tutmuş, həmçinin oxuyacaqsınız ki, hansı vəzifəli dayısı oğlunu, xalası oğlunu və digər qohumlarını başına yığaraq ağacların kütləvi şəkildə qırılmasına göz yumur.
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 2026 19:52
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 2026 11:13
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
9 fevral 2026 21:15
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
8 fevral 2026 13:24
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
6 fevral 2026 23:21
- İdrak Liseyi-ndə şagird müəllimi güllələdi
6 fevral 2026 17:47
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
- Çay içməyə vaxtım yoxdur - Zelenski
09 fevral 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
08 fevral 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
08 fevral 13:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
08 fevral 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
07 fevral 11:25

















