Ekspertdən Hacıbala Abutalıbova: "Səmimi olmaq lazımdır..."
Müsahibə17 oktyabr 2018 13:47
"Evlərin tikildiyi torpağın alınmasından tikintisinə qədər müvafiq yerli İcra Hakimiyyəti orqanları ilə müxtəlif formada anlaşmalar, hətta korrupsiya elementləri olub".
Bu sözləri EkoNews-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. O, sürüşmə ərazisindəki evlərin hansı əsaslarla tikilməsi haqda da danışıb:
"Son illərdə bu məsələ çox ciddi müzakirə mövzusuna çevrilib. Aparılan araşdırmadan görünür ki, hər 7-8 ailədən biri bu problemi yaşayır. O ki, qaldı evlərin sənədsiz olmağı məsələsinə, Hacıbala Abutalıbov da, bir neçə rayonun icra başçısı işləmiş Eldar Əzizov da gözəl başa düşür ki, bunlar qanunsuz yox, sənədsiz tikililərdir. Bunu cənab Prezident İlham Əliyev də dəfələrlə öz çıxışlarında bildirib. Doğrudur, bu gün o evləri sənədsiz olduğu üçün qanunsuz adlandıra bilərik, amma əsas mahiyyət bundadır ki, evlərin sadəcə sənədi yoxdur. Bir daha deyirəm, sənədsiz olsalar da, tikintilər İcra Hakimiyyətinin icazəsi ilə tikilib”.
Ramil Osmanlı Bakı-Abşeron ərazisində sənədsiz tikilərin 500-600 mindən çox olduğunu bildirib:
"Belə tikililərin sayı Bakı, Abşeron yarmadasında 500-600 mindən çoxdur. Bu problemin aradan qaldırılması üçün heç də onların sökülməsinə ehtiyac yoxdur”.
Ekspert baş nazirin birinci müavini Hacıbala Abutalıbovun sökülməsi nəzərdə tutulan sənədsiz evlərlə bağlı fikirinə münasibət də bildirib:
"Hacıbala Abutalıbovun poetik fikirləri haqda isə onu demək istəyirəm ki, Dostluq parkı ərazisində söküntü aparılarkən Hacıbala Abutalıbov eyni ssenari üzrə hərəkət edirdi və ərazidə sökülən bir neçə evin sənədi Hacıbala Abutalıbovun şəxsi imzası ilə verilmişdi. İnsan gərək belə bəyanatlar verərkən səmimi olsun”.
Qeyd edək ki, Hacıbala Abutalıbov dünən jurnalistlərə açıqlamasında həmin ərazidəki torpaqların onun mer olduğu dövrdə satılmadığını və bu evlər qanunsuz tikildiyindən onların heç birinə kompensasiyanın verilməyəcəyini bildirmişdi.
Oxşar xəbərlər
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 2026 09:46
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 2026 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 2026 21:18
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 2026 11:15
- 12 may dünyada Beynəlxalq Tibb Bacıları Günüdür
11 may 2026 17:43
- Ana sevgisi günü : dünyanın ən səmimi bayramı 10 mayda qeyd olunur - xarici media
11 may 2026 13:37
- Heydər Əliyevin şəxsi FOTOQRAFI : Əsəbiləşdi, dedi ki, səninlə Bakıda danışacağıq
10 may 2026 21:59
- Ayaqyalın gəzməyin faydaları və ZƏRƏRİ - Həkim danışdı
10 may 2026 21:40
- Nə üçün 8 noyabr 9 maydan yüksəkdə dayanır?
10 may 2026 16:12
- Elçibəy mənə dedi ki, 1993-cü ildə Azərbaycanın müstəqilliyini Heydər Əliyev xilas etdi
10 may 2026 14:20
Xəbər lenti
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
Video & Fotoqalereya
Video
Fotoqalereya
