Milli Məclisin ən qoca və ən gənc deputatları (SİYAHI)
Hadisə23 oktyabr 2018 11:16
Milli Məclisin deputatlarının şəxsi həyatları, ailə tərkibləri, yaş göstəriciləri, hətta geyimləri, tərzləri, zövqləri, hobbiləri insanların, medianın daim maraq dairəsindədir.
oxu.az MM-in ən gənc və ən yaşlı deputatlarını təqdim edir.
Parlamentin ən yaşlı, ən təcrübəli və ən çox seçilən üzvü böyük sənətkarımız, SSRİ Xalq artisti, "İstiqlal” ordenli Zeynəb Xanlarovadır.

O, 1936-cı ilin dekabr ayında Bakı şəhərində sadə bir ailədə dünyaya gəlib. Sovetlər dönəmində iki dəfə, 1986 və 1990-cı illərdə Azərbaycan SSR Ali Sovetinin (XI-XII çağırış) üzvü seçilib. Həmçinin, 1995-ci ildən indiyədək MM-in beş çağırış üzvüdür. Hazırda MM-in Mədəniyyət komitəsində təmsil olunur, həmçinin, Azərbaycan-Hindistan parlamentlərarası Dostluq Qrupunun rəhbəridir. İki oğlu, bir neçə nəvəsi var.
Parlamentin yaşca ikinci qocaman deputatı Ağacan Abiyevdir ki, o, 1937-ci ildə Bakı şəhərində, Bülbülə qəsəbəsində anadan olub.

Noyabr ayının 24-də 81 yaşı tamam olacaq. Uzun illər Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına rəhbərlik edib. Üç çağırışdır ki, MM-in üzvüdür. Həmçinin, MM-in İntizam komissiyasının sədridir. Ailəlidir, övladları, nəvələri var.
Parlamentin üçüncü qocaman üzvü Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovdur.

Onun 80 yaşı var, 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonun Çeşməbasar kəndində anadan olub. 1990-1995–ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olub. 1995-ci ildən isə beş çağırışdır ki, Qəbələ rayonunu parlamentdə təmsil edir. Hazırda MM-in Hesablayıcı komissiyasının sədri, Regional məsələlər komitəsinin sədr müavinidir. Beş övladı, nəvə-nəticələri var.
Millət vəkilləri arasında 80 yaşı haqlamaq üzrə olan akademikimiz Yaqub Mahmudov yaşca dördüncü qocaman deputatdır.

O, 1939-cu ilin fevral ayının 10-da anadan olub və gələn il 80 yaşı tamam olacaq. 2000-ci ildən, yəni, dörd çağırışdır ki, MM-in üzvüdür, Şəkini təmsil edən millət vəkillərindəndir. Ailəlidir. Bir oğlu, iki qızı, beş nəvəsi var. Bir qızı - Gülnur Mahmud filologiya elmləri doktorudur.
Beşinci qocaman millət vəkili isə tanınmış ziyalı, akademik Ziyad Səmədzadədir

1940-cı ilin iyun ayının 25-də Bakının Buzovna qəsəbəsində anadan olan Ziyad müəllimin 78 yaşı var. Uzun illər, cavan yaşlarından böyük vəzifələrdə işləyib, AKP MK-nın şöbə müdiri, birinci vitse-spiker və birinci vitse-premyer olub.
Azərbaycan SSR Ali Sovetinin sonuncu çağırışının deputatı olub, 2005-ci ildən üç çağırışdır ki, Bakını MM-də təmsil edən millət vəkillərindəndir. MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədridir. İki qızı, bir oğlu, nəvələri və nəticəsi var. Xalq artisti Aygün Səmədzadənin atasıdır.
Yaşı həmçinin 70-80 yaşlar arasında olan millət vəkilləri arasında Arif Rəhimzadə, Mixail Zabelin, Hadi Rəcəbli, Eldar İbrahimov, Xanhüseyn Kazımlı, Valeh Ələsgərov, Vahid Əhmədov, Fəzail Ağamalı da var.
Onlar da bir neçə çağırışdır ki, MM-in üzvləridir. Həmçinin, Eldar İbrahimov, Arif Rəhimzadə, Mixail Zabelin və Hadi Rəcəbli zamanında Azərbaycan SSR Ali Sovetinin deputatları olub.
MM-in ən gənc üzvünə gəlincə, bu, 81 saylı Beyləqan seçki dairəsindən seçilən millət vəkili Şahin İsmayılovdur.

Cəmi 29 yaşında deputat olan İsmayılov 1986-cı ildə anadan olub. Hazırda parlamentin Gənclər və idman komitəsində təmsil olunur. Ailəlidir, iki övlad atasıdır.
MM-in ikinci ən gənc üzvü 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsini təmsil edən Naqif Həmzəyevdir.

1983-cü təvəllüdlü olan Naqif Həmzəyev 32 yaşında millət vəkili seçilib. Ailəlidir.
Deputatlar arasında üçüncü ən gənc millət vəkili 1982-il təvllüdlü Ülviyyə Həmzəyevadır.

O, 2015-ci ildə 6 saylı Culfa-Babək seçki dairəsindən 5-ci çağırış MM-in üzvü seçilib. Həmin vaxt onun cəmi 33 yaşı olub. Babək rayonunun Şəkərabad kəndində anadan olan Ülviyyə Həmzəyeva MM-in Mədəniyyət komitəsinin üzvüdür.
MM-in digər gənc üzvləri arasında dördüncü və beşinci yerləri 1980-ci il doğumlu millət vəkilləri Müslüm Məmmədovla Cavid Osmanov tutur.
Cavid Osmanov 90 saylı Ağdaş, Müslüm Məmmədov isə 57 saylı Kürdəmir seçki dairəsini parlamentdə təmsil edirlər.
Hər ikisi ailəlidir
Oxşar xəbərlər
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Sabah 20 dərəcə isti olacaq
22 mart 2026 21:22
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
4 mart 2026 19:57
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
Xəbər lenti
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
Video & Fotoqalereya
Video
Fotoqalereya
