Londonda 36 milyon xərcləyən Zamirə Hacıyeva Azərbaycana gətirilə bilər
Cəmiyyət25 oktyabr 2018 10:41
Britaniyada korrupsiyaya qarşı mübarizə qanununun ilk hədəflərindən biri də Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevadır.
Keçmiş dövlət bankiri Cahangir Hacıyevin arvadı on il ərzində Londonun məşhur dükanı Harrods-da 16 milyon funt sterlinq (35.85 milyon manat) xərcləyib.
Yerli media daha əvvəl Cahangir Hacıyevlə arvadının ölkədən milyardlarla dollar pul çıxardığı, onları ofşor hesablara ötürdüyü haqda da yazıb. Ancaq onun ailəsi və yaxınları bu iddiaları rədd edir və bu barədə ortada rəsmi ittiham yoxdur. Ancaq Azərbaycanın hüquq-mühafizə orqanları hələ 2016-cı ilin yayında Zamirə Hacıyevanın da əri Cahangir Hacıyev kimi mənimsəmədə ittiham olunduğunu bəyan etmişdi.
İttihama görə, Zamirə Hacıyeva və digərləri mütəşəkkil cinayətkar qruplaşma yaradıb. Qruplaşmanın Beynəlxalq Bankın talanmasında iştirak etdiyi iddia olunurdu. Ona qarşı cinayət işi açılsa da, həbsi mümkün olmayıb. O, ölkəni hələ 2014-cü ilin noyabrında - ərinin həbsindən bir neçə ay öncə, KİV-lərin Cahangir Hacıyevə hücumlarının başladığı dövrdə tərk edib. Bu səbəbdən haqqında axtarış qərarı verilib və dörd aylıq həbs-qətimkan tədbiri seçilmişdi.
Beynəlxalq Banka vurulan ziyanın ümumi dəyəri 211 milyon 597 min manat məbləğindədir. Məhkəmə Cahangir Hacıyevdən 63 milyon 80 min manat tutularaq, Beynəlxalq Banka verilməsi, ona məxsus olan dəyərli qol saatının və sikkə pulların müsadirə olunması barədə hökm çıxarıb.
Zamirə Hacıyeva isə üç ildən çoxdur ki, Böyük Britaniyada yaşayır. Bu ölkənin Daxili İşlər Nazirliyi ona Britaniyada varlı sahibkarlar üçün nəzərdə tutulmuş viza ilə yaşamaq icazəsi verib.
İki il öncə ailənin vəkili Aqil Layıcov bankirin xanımının yaxalanıb gətirilməsi məqsədilə Londona xüsusi əməliyyat qrupu göndərildiyini demişdi. Azərbaycanda Cahangir Hacıyeva qarşı açılmış cinayət işində Zamirə Hacıyeva də təqsirli bilinir. Amma o, istintaqdan gizləndiyi üçün barəsində həbs-qətimkan tədbiri seçilərək axtarış elan edilib. Rəsmi məlumatda bunlar öz əksini tapıb.
Ona qarşı Cinayət Məcəlləsinin mənimsəmə və israfetmə (mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda törədildikdə) maddələri üzrə ittihamlar irəli sürülüb. Bu maddəyə görə yeddi ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.
Həbs-qətimkan tədbiri haqda qərarı baş prokurorun müavini Rüstəm Usubovun təqdimatı əsasında Bakının Nərimanov Rayon Məhkəməsi çıxarıb.
Qərarda deyilir ki, Zamirə Hacıyeva əri Cahangir Hacıyevin Azərbaycan Beynəlxalq Bankının rəhbəri olduğu dövrdə bankın "Mərkəz” filialının ayrı-ayrı vaxtlarda müdirləri olan Anar Sultanovvə Yusif Ələkbərov, filialın müdir müavini, daha sonra müdiri olmuş İlham Abdullayev, "Nəqliyyat” filialının müdiri Kənan Orucov, "Nərimanov” filialının müdiri Məmməd Cahangirov, eləcə də onun yaxın dostu Azad Cavadov və digərləri ilə mütəşəkkil cinayətkar qruplaşma yaradıb.
Qruplaşmanın Beynəlxalq Bankın "talanmasında” iştirak etdiyi iddia olunur.
Bankdan mənimsənilən pullarla Zamirə Hacıyeva və ailə üzvlərinin təyyarə biletləri, zinət əşyaları alındığı, təhsil haqlarının ödənildiyi, Avropanın dəbdəbəli istirahət mərkəzlərində istirahət etdikləri, gözəllik salonlarında, restoranlarda xərcləndiyi iddia edilib.
Bəs bundan sonra Z.Hacıyevanın taleyi necə olacaq? Onu hansısa formada Azərbaycana gətirə bilərlərmi?
Millət vəkili Fazil Mustafa "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu məsələlər təkcə bizim qanunvericiliklə həll olunmur. Müsahibimizin sözlərinə görə, Z.Hacıyeva Böyük Britaniya vətəndaşlığı alıbsa, hüquqi problemi yoxsa, bu, Böyük Britaniya qanunvericiliyi ilə həll edilə bilər: "Amma vətəndaşlıq almayıbsa, problem bizim tərəfimizdən həllini tapa bilər. Bu, olduqca mürəkkəb məsələdir. Onun həll olunması üçün müəyyən addımlar atılmalıdır. İndiki şərtlərdə bu, elə-belə həllini tapa bilməz”.
F.Mustafa hesab edir ki, Milli Məclisdə də bununla bağlı müzakirələr mümkündür. Onun sözlərinə görə, problemin təkcə Azərbaycan qanunları ilə çözülməsini gözləmək olmaz.
Mənbə: Yeni Müsavat
Oxşar xəbərlər
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 2025 00:12
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 2025 19:59
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 2025 12:56
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 2025 12:33
- Qonşunuz səs-küy salırsa - Nə etməli ?
16 dekabr 2025 11:26
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 2025 11:07
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 2025 12:19
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 2025 22:31
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 2025 21:25
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 2025 00:28
Xəbər lenti
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 00:12
- Mübariz Mənsimovun Ramiz Mehdiyev ilə heç bir zaman nə biznes, nə də şəxsi münasibəti olmayıb
16 dekabr 21:35
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 19:59
- Amnistiyaya bu məhkumlar düşəcək - Həmin şəxslərin dairəsi müəyyənləşdi
16 dekabr 14:32
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 12:56
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 12:33
- Aqil Abbas: Amnistiya jurnalistlərə də şamil olunsun
16 dekabr 12:13
- Prezident AHİK-in VIII qurultayının iştirakçılarına müraciət ünvanladı
16 dekabr 11:38
- Qonşunuz səs-küy salırsa - Nə etməli ?
16 dekabr 11:26
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 11:07
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 21:44
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
Video & Fotoqalereya
Video
Fotoqalereya
