Azərbaycanda neçə milyonçu var?
Dünya26 oktyabr 2018 14:45

Hər il müxtəlif nüfuzlu nəşrlər dünyanın və eləcə də ayrı-ayrı ölkələrin zəngin insanlarının (milyarder və ya milyonçular) siyahısını açıqlayır.
Məsələn, "Forbes” jurnalının son açıqlamsına görə, Rusiyanın 200 milyarderinin də yer aldığı siyahıda bir neçə azərbaycanlının da adı var. "Lukoil” şirkətinin rəhbəri, tanınmış azərbaycanlı iş adamı Vahid Ələkbərov 16,4 milyard dollarlıq sərvəti ilə bu siyahıda 4-cü yerdə qərarlaşıb. Digər azərbaycanlı biznes adamı, "Crocus Group”un rəhbəri Araz Ağalarov 1,8 milyard dollar dəyərində qiymətləndirilən sərvəti ilə 50-ci yerdə qərarlaşıb. Bu siyahıdakı son azərbaycanlı isə 1,4 milyard dollarlıq sərvəti ilə 69-cu yeri tutan Fərhad Əhmədovdur.
İngiltərənin məşhur «Knight Frank» konsaltinq şirkəti dünya ölkələri, o cümlədən Azərbaycan üzrə milyonçu insanların sayını sonuncu dəfə 2015-ci ildə açıqlayıb. "The Wealth Report” adlı araşdırmada qeyd edilir ki, 2015-ci il üçün Azərbaycanda 10 minə yaxın milyonçu olub. Araşdırmaya əsasən, Azərbaycanda 2015-ci ildə kapitalı 1 milyon dollardan çox olan 5600 nəfər, kapitalı 10 milyon dollardan çox olan 240 nəfər, kapitalı 30 milyonnan çox olan 87 nəfər, kapitalı 100 milyon dollardan çox olan 10 nəfər var. Ölkəmizdə milyarder isə qeydə alınmayıb.
Məqalədə qeyd olunur ki, 2005-2015-ci illər ərzində ölkəmizdə kapitalını artıran şəxslərin sayı 444 faiz artıb ki, bununla Azərbaycan Monqolustandan sonra zənginlərin sayının ən sürətlə yüksələn ölkələrdən biri sayılıb.
O dövrdə hətta neftin ucuzlaşması, manatın devalvasiyadan yararlanaraq varlanan şəxslərin sayı da az olmayıb. Böhranlı dövrdə yaşadığımız 2014-2015-ci illərdə ölkəmizdə zəngin insanların sayı 1 faiz artıb. Hesabatda bildirilir ki, 2005-ci ildə Azərbaycanda vəsaiti 1 milyon dollardan çox olan şəxslərin sayı 1000 nəfər, 10 milyon dollardan çox olanların sayı 40 nəfər, 30 milyondan çox olanarın sayı 16 nəfər, 100 milyon dollardan çox olanlar isə 2 nəfər təşkil edib. Şirkət qeyd edir ki, 2025-ci ilə kimi onların sayı 70 faiz artacaq. Ölkəmiz üzrə ən çox 1-10 milyon dollar arasında varidatı olanların sayı artıb.
2015-ci il ərzində dünyada 30 milyon dollar və daha çox kapitala malik olan varlıların ümumi sərvəti 20.8 trilyon dollardan 19.3 trilyon dollara qədər azalıb.
Multimilyonerlərin sayı isə 5500 nəfər azalıb. 2015-ci ilin sonlarına olan məlumata görə, dünyada şəxsi sərvətinin həcmi 30 milyon dollar və daha çox olan 187.5 min adam var. Ötən il belələrinin sayının azalması fond indekslərinin aşağı düşməsi, dünya daşınmaz əmlak bazarında vəziyyətin pisləşməsi, habelə neftin və digər xammalın kəskin ucuzlaşması ilə bağlıdır.
Hesabatda deyilir ki, son illər dünyada varlıların sayı sürətlə artdığından onların sayının ötən il 5.5 min nəfər azalması ümumi trendi dəyişməyib. Belə ki, 2015-ci ildə multimilyonerlərin sayı 2005-ci ildəkindən 61 faiz çoxdur.
Hesabata əsasən 2015-ci ilin sonlarında rəyi soruşulan varlıların yarıdan çoxu hesab edib ki, onların sərvəti qarşıdakı 10 ildə daha az olacaq. Latın Amerikasından olan varlıların hamısı, Rusiya və MDB respublikalarından olan varlıların isə 50 faizi belə düşünür. Verilən rəqəmlərin istinad mənbəyi göstərilmir.
Maraqlıdır ki, 2005-ci ildə Azərbaycanda "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qanun qəbul edilsə də, bu, icra olunmamış qalır. Hətta "Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda məmurların özlərinin və ailə üzvlərinin gəlirlərinin bəyan edilməsi ilə bağlı öhdəlik qoyulsa da, indiyədək nəticəsi yoxdur.
Azərbaycandakı milyonçular kimlərdir...
modern.az-ın Azərbaycandakı milyonçuların sayı ilə bağlı Dövlət Statsitika Komitəsinə ünvanladığı sorğuya cavab olaraq, qurumun İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanovbildirib ki, bu, Komitə tərəfindən müşahidəsi aparılan göstəricilərin siyahısına daxil deyil. Yəni Azərbaycanda milyonçular rəsmən qeydiyyata alınmırlar...
Tanınmış iqtisadçı Rövşən Ağayev bildirib ki, Azərbaycanda əksər milyonçular əldə etdikləri sərvəti heç də qanuni yollarla qazanmayıblar. Buna görə də onlar rəsmən qeydiyyata alınmırlar:
"Onlar milyonçuya qanunsuz yollarla çevriliblər. Belə vəziyyətdə milyonçuların adının leqallaşdırılması cəmiyyətdə çox böyük qarşıdurmalar və qeyri-sabitliyə rəvac verər. Bir anlıq təsəvvür edin ki, hansısa nazirin övladının, kürəkəninin, eyni qaydada icra başçılarının sərvətinin tərkibi və həcmi barədə cəmiyyətə rəsmi məlumat təqdim edilir. Və məlum olur ki, bunların heç normal biznesi də yoxdu. Amma necə bəyan olunsun ki, bu qədər sərvət rüşvət və korrupsiya ilə toplanıb... Yəni milyonçuların rəsmi siyahısı o ölkələrdə cəmiyyət üçün leqal olur ki, həmin ölkələrdə sərvət və mülkiyyət leqal yollarla qazanılır. İkinci səbəb odur ki, milyonçular leqallaşsa, gərək öz statuslarına və rəsmi bəyan edilən sərvətlərinə uyğun vergi ödəsinlər. Amma bu qruplar ən çox vergidən yayınanlardır”.
"Milyonçular rəsmən bəyan olunsa, məsuliyyət ortaya çıxacaq”
R.Ağayev deyib ki, qanunvericlik vəzifəli şəxslərin biznes fəaliyyəti ilə məşğul olmasını qadağan edir:
"Bizdə bəzi vəzifəli şəxslər və deputatlar sahib olduqları biznes sayəsində milyonçudurlar. İndi onların milyonçu olduğu rəsmi bəyan edilirsə, mütləq hüquqi məsuliyyət ortaya çıxmalıdır. Milyonçuları rəsmi bəyan eləmək bir yana, hələ bizdə 2005-ci ildən qüvvədə olan qanun əsasında məmurların gəlir və əmlakının deklarasiyasına belə getmək istəmirlər”.
Oxşar xəbərlər
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
4 iyul 2025 09:51
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
3 iyul 2025 19:43
- Prezident bu yolun açılışını ETDİ
3 iyul 2025 11:58
- Azərbaycanın deputatı -Özbəkistanın mədəniyyət elçisi- medalı ilə təltif edilib
3 iyul 2025 13:05
- Dalay Lamadan sonra Tibet Buddiziminin aqibəti necə olacaq? - Özü danışdı
2 iyul 2025 22:45
- Lukaşenko Polşa və Baltikyanı ölkələri xəritədən silinməklə hədələdi
2 iyul 2025 12:21
- Koronavirusun mənşəyi barədə sual hələ də QARANLIQ qalır - ÜST hesabat yaydı
2 iyul 2025 01:07
- Rusiyanın Azərbaycandakı DANA MONOPOLİYASI
2 iyul 2025 13:52
- 33 yaşlı müsəlman ABŞ siyasətində dönüş nöqtəsi yaratdı...- Nyu-York meri ola bilər...
2 iyul 2025 00:11
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
1 iyul 2025 22:48
Xəbər lenti
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
04 iyul 12:42
- Bakıda yenə yol çökdü - Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər..
04 iyul 12:14
- Pezeşkian Xankəndiyə GƏLDİ
04 iyul 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
04 iyul 10:00
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
04 iyul 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
04 iyul 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
04 iyul 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48
- Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
03 iyul 11:23
- Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
03 iyul 10:40
- Azərbaycanla münasibətlərimiz strateji müttəfiqlik xarakteri daşıyır - Rusiya XİN
03 iyul 10:31
- Japarov da Xankəndiyə gəlir
03 iyul 10:18
- Mələkxanım Eyubovanın həyat yoldaşı - FOTO
03 iyul 09:46
- Bir AĞAC bir İLDƏ 22 kq KARBON-CO2 UDUR və....
03 iyul 02:16
- Azərbaycanın deputatı -Özbəkistanın mədəniyyət elçisi- medalı ilə təltif edilib
03 iyul 02:06
- Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olundu – Gənclər Kitabxanasında
03 iyul 01:15
- Azərbaycan güləşçisi Avropa çempionu olub
03 iyul 00:46
- Araz Ağalarov barəsində icraat başladıldı
02 iyul 23:12
- Dalay Lamadan sonra Tibet Buddiziminin aqibəti necə olacaq? - Özü danışdı
02 iyul 22:45
- Azərbaycan və Özbəkistan prezidentləri -Sea Breeze- istirahət mərkəzində olublar (FOTO)
02 iyul 21:29
Video & Fotoqalereya
Video
Fotoqalereya