Mikayıl Müşfiqin ən yaşlı qan qohumu: “Ona birinci gülləni Mircəfər Bağırov vurub”
Müsahibə27 oktyabr 2018 08:38
"Müşfiq dünyasını dəyişdi, canını qurtardı, Dilbər xanım isə hər gün öldü-dirildi"...
Onu müsahibəyə razı salmaq asan olmadı. Telefondaca dedi ki, bu mənim üçün olduqca həssas məsələdir, bəziləri kimi bunu "şou”ya çevrimək istəmirəm, Müşfiq əmimin narahat ruhu məndən inciyər. Ancaq nakam şairimizin ruhunun dinclik tapması üçün çalışdığımızı dedikdən sonra görüşə razılıq verdi. Əvvəl Mikayıl Müşfiqin mənsub olduğu İsmayılzadələr nəslinin başına gələn dəhşətlərdən böyük yanğı ilə söhbət açdı. Sonra isə gündəmə gəldik.
NUH.az AzNews.az-a istinadən Mikayıl Müşfiqin əmisi nəvəsi Vahab İsmayılzadə ilə müsahibəni təqdim edir.
- Bir neçə gün əvvəl mətbuatda belə bir məlumat yayıldı ki, Mikayıl Müşfiq güllələndikdən sonra dənizə atılmayıb, Puta qəsəbəsindəki gizli məzarlıqda digər repressiya qurbanları ilə birgə basdırııb. Puta qəsəbəsində qazıntı da aparıldı. Aşkar olunan cəsəd qalıqlarının Müşfiqə aid olması ehtimalı var. Bu xəbəri eşitdikdə necə reaksiya verdiniz?
- Əlbəttə xəbəri eşidəndə içimizdə hardasa bir təsəlli hissləri baş qaldırdı ki, nə yaxşı oldu Müşfiq əmimizin qalıqları tapıldı. Biri var hər il gedib büstünün yanında dayanasan, tədbir keçirib gələsən, biri də var bilirsən ki, məzarı mövcuddur. Gedib ziyarət edirsən, "Yasin” oxutdurursan. Bu özü təsəllidir.
- Amma o qalıqların Müşfiqə aid olması hələ dəqiq deyil.
- Mən istəyərdim ki, dəqiq olsun.
- Bunun üçün Müşfiqin yaxınlarından DNT nümunəsi götürülməli, qalıqlarla müqayisə edilməlidir.
- O barədə bizə artıq müraciət olunub. Əvvəl dedilər ki, analiz götürmək üçün ana tərəfdən qohumların olması çox vacibdir. Ana tərəfdən isə Müşfiq əmimin qohumlarından heç kəs yoxdur. Varsa da mən tanımıram. Bəlkə də dayısı uşaqları qalıb, amma mənim xəbərim yoxdur. Bildiyim odur ki, Müşfiq uşaq olanda dayısı Peterburqda oxuyub. Müşfiqin yaxınlarından bacısı Balacaxanım bibim vardı. Yetmişinci illərdə rəhmətə gedib, məclisi bizdə keçirilmişdi. Bunu niyə görə deyirəm? O vaxt mən uşaq olsam da, bəzi məsələlər gözümün qabağında baş vermişdi. Doğma bacısıdır da, yəqin DNT nümunələri üçün bacısının qəbrindən analiz götürmək olar. O gün televiziyadan da gəlmişdilər. Gedib Balacaxanım bibimin məzarın göstərdik, çəkiliş aparıldı.
- Analiz götürmək üçün qəbrin açılmasına ehtiyac yaranacaq. Yəqin etirazınız olmaz?
- Mənim əlbəttə etirazım olmaz. Düzdür, qəbrin açılmağı İslamda yaxşı qəbul olunmur. Amma təki biz bilək ki, o qalıqlar Müşfiqindir. Ya da əksinə, ürəyimizdə bir narahatlıq qalmaz, bilərik ki, o sümüklər Müşfiq əmimə aid deyil. Bunun üçün Balacaxanım bibimin qəbrinin açılmağına razılıq verərik.
- Qazıntı aparılan yerə getmisiz?
- Yox. Mən baxa bilmərəm o sümüklərə. O sümüklər Müşfiqin olmasa da baxa bilmərəm. Bununla belə bir nəticə əlsə olunması üçün öz tərəfimdən hər bir köməyə hazıram.
- Ümumiyyətlə Müşfiqin öldürüldükdən sonra dənizə atılmayıb hardasa basdırılması ehtimalı var idi? Bu vaxta kimi belə bir söhbət eşitmişdiniz?
- Dəqiq yadımda deyil, deyəsən elə Balacaxanım bibimin yasında atamın tanışlarından biri gəlib dedi ki, bir nəfər var, hökmü icra edən adamdır. Halallıq almaq istəyir. İcazə versən gələrdi. Deyir Yunis müəllimə denən, istəyir öldürsün, ancaq təki məni qəbul eləsin, yaşlı adamam, daha bu günahla yaşaya bilmirəm.
- Müşfiqi güllələyən adam idi?
- Bəli. Atam bir kəlmə dedi ki, rədd elə. Bundan sonra tanış xüdahafizləşib çıxdı. Mən onu yola salanda gördüm ki, küçədə hündür, yaşlı bir adam dayanıb. Paltosunun da yaxasını yuxarı qaldırıb. Tanış çıxıb ona nəsə dedi, çıxıb getdilər. Sən demə Müşfiq əmimin hökmünü icra edən adam imiş, küçədə gözləyirmiş ki, atam razılıq versə, gəlsin.
- Sonradan özünüz bu haqda maraqlanmamısınız?
- O mövzulara qayıtmaq çox ağırdır.
- Siz Müşfiqin güllələnməsi barədə o vaxt nə eşitmişdiniz?
- Eşitdiyim nədir, deyim. Atama danışmışdılar ki, Mircəfər Bağırov özü bir dəfə Müşfiq əmimin kamerasına girib. Onunla danışıb. Ondan soruşub ki, səni incitmirlər? Müşfiq də cavab verir ki, yox. Mircəfər də istehza ilə deyir ki, üz-gözündən görürəm. Bütün sifəti partlaq-partlaq imiş, dırnaqlarını çıxarıbmışlar. İşgəncə görsə də, Mircəfərə şikayət eləməyib. Mircəfər çıxanda deyib ki, sənin dilini açmağın yolunu taparam. Bu görüşdən sonra onu başqa kameraya köçürürlər. Kameranın yeri şüşə qırıqları ilə dolu imiş, orda yatıb, orda dururmuş. Mircəfər Bağırov bu kamerada da ona baş çəkir. Qapı açılanda Müşfiq ona nə deyir, nə demirsə Mircəfər tapançanı çıxarıb birinci gülləni vurur. Yanındakı da kontrol gülləsini başından vurur.
- Yəni güllələnmə Nargin adasında, məhkəmə qərarından sonra həyata keçirilməyib?
- Yox, kamerada olub. Mircəfər şəsxən vurub.
- Siz bunu kimdən eşitmisiz?
- Atamgilin söhbətlərindən eşitmişəm. Atamın o sahədə işləyən tanışları danışırdılar.
- Sonra meyiti aparıb dənizə atıblar?
O bilinmir. Mircəfər özü dəfələrlə adam öldürüb. Bu fakt var. Bəziləri də deyirlər guya kameranın qapısı açılanda Müşfiq şeir deyə-deyə Mircəfərin üstünə gedib. Açığı mən buna inanmıram, o an kimin yadına şeir düşər? Müşfiq çox güman hirsindən-qəzəbindən ona nəsə acı sözüb deyib, Mircəfər də özünə sığışdırmayıb onu vurub.
- Müşfiqin deyəsən bir övladı olub...
- Yalçın adında bir oğlu vardı. Uşaq vaxtı tif xəstəliyindən ölüb.
- Yoldaşı Dilbər xanımın taleyi necə oldu?
- Müşfiq dünyasını dəyişdi, canını qurtardı, Dilbər xanım isə dünyasını dəyişdiyi günə kimi hər gün öldü-dirildi.
- Dilbərgilə gedib-gəlirdiz?
- Mən uşaq vaxtı getmişəm. Balacaxanım bibimin yasına gələndə məni evlərinə apardı, bir ya iki gün onlarda qaldım. Onun Leyla adında bir qızı vardı.
- Ərə getmişdi.
- Getməli idi də. Hərə onun haqqında bir söz deyirdi. O qədər ruhi sarsıntı keçirdi, axırda havalandı. Hamısı Müşfiqin yolunda olmuşdu. O ki Müşfiqin dalıyca həbsxanaya gedir, orada "nadzorlar” ona çox əziyyət verirlər, pislik edirlər. Ondan sonra ruhi xəstəxanaya düşür. Müşfiq əmim kişi xeylağı idi, əziyyət görə bilərdi. Amma Dilbər xanımın əziyyəti, faciəsi ondan da təsirlidir. Bizim binanın qabağında çörək dükanı vardı. Balacaxanım bibimin yasına gələndə iki dənə çörək almışdı. Anama dedi ki, əmi oğlumu görmək istəyirəm. Mən də gedib atamı çağırdım. Dilbər bibinin gəldiyini xəbər vermədim. Atam gəldi, Dilbəri görən kimi anama tat dilində nəsə dedi, danladı ki, buna görə məni çağırmısan? Dilbər də bayaqdan sinəsinə sıxdığı iki çörəyi göstərib dedi ki, əmi oğlu, gördüm dükana təzə çörək gətiriblər. Yas üçün aldım, camaata paylayarsız. Özündə deyildi də, havalı idi.
- Müşfiqin represiyya olunmasından sonra təkcə yoldaşı yox, digər qohumları da təqib olundu...
- Müşfq xalq düşməni elan olunandan sonra Əsəd əmim, Vahab əmim də təqib olundular. Eyni familiya daşıdıqlarına görə hər biri əzab çəkib. Balacaxanım bibimin əri müsavatçı idi. Onu repressiya eləmişdilər. Ona görə bibimi də həbs elədilər. Balacaxanım bibimin də Dilbər xanım kimi səhhəti korlanmışdı. Tez-tez ruhi xəstəxanada yatırdı. Heç kəsin evində qalmırdı. Yasamalda bir otaqlı evi vardı. Deyirdi məni ora aparın. Atamgil aparıb qoyurdu öz evinə. Qapını isə heç kəsə açmırdıı. Elə pəncərədən qonşu uşaqlarına pul verirdi, çörək alsınlar. Anam tez-tez bazarlıq edib ona dəyməyə gedəndə anamı da evə buraxmırdı.
İstər Müşfiq əmimin yoldaşına, istər bacısına qarşı çox zülmlər, çox murdarlıqlar edilib. Dilbər xanımın başına gələnlər Balacaxanımın da başına gəlib. Bundan başqa Müşfiqin Böyükxanım adlı böyük bacısı vardı. Müşfiq hələ həbsxanada olanda özünü yandırdı, onda hələ güllələnməmişdi. Bizim nəsil çox faciələr yaşadı. Ona görə Müşfiqin ehtimal olunan o qalıqlar təsdiqlənsə, bizim üçün bir təsəlli yeri olar. Bilərik ki, məzarı var.
- Son olaraq bir sual verim. Bu qalıqların Müşfiqə aid olduğu təsdiqlənəcəyi təqdirdə harada dəfn olunmağını istəyərdiniz?
- Əvvəla onu deyim ki, bu məsələdə kim nə əziyyət çəkirsə, çox sağ olsun. Hamısına təşəkkür edirəm. Dəfn məsələsinə gəldikdə isə Fəxri Xiyabanda dəfn olunmağını istəyərdim. Necə ki, yazıçılar Birliyinin o vaxtkı üzvləri Fəxri Xiyabanda uyuyur, qoy o da Fəxri Xiyabanda dəfn olunsun, bir yerdə uyusunlar.
Oxşar xəbərlər
- 19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü
5 aprel 2026 22:08
- Qusarda 29 yaşlı gənci sel apardı - Meyiti tapıldı+Foto
5 aprel 2026 16:25
- Xocalı soyqırımının təşəbbüskarlarından olan Zori Balayan ÇEZDİ
5 aprel 2026 12:04
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
3 aprel 2026 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
3 aprel 2026 18:29
- 1 aprel – Gülüşün və zarafatın günü
1 aprel 2026 10:53
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 2026 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 2026 13:07
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 2026 18:18
Xəbər lenti
- Moskvada anti-Azərbaycan tədbiri
05 aprel 23:17
- Hər axşam qatıq yeməyin FAYDALARI
05 aprel 22:16
- 19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü
05 aprel 22:08
- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
05 aprel 19:39
- Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
05 aprel 17:29
- Qusarda 29 yaşlı gənci sel apardı - Meyiti tapıldı+Foto
05 aprel 16:25
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
05 aprel 15:28
- Badamdarda sürüşmə: Nazir hadisə yerində (FOTO/VİDEO)
05 aprel 15:09
- Xocalı soyqırımının təşəbbüskarlarından olan Zori Balayan ÇEZDİ
05 aprel 12:04
- Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı (FOTO)
04 aprel 19:53
- Fazil Mustafanın ailəsindən xoş xəbər
04 aprel 19:43
- Zelenski Türkiyəyə getdi
04 aprel 19:32
- Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
04 aprel 10:58
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
04 aprel 10:26
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
04 aprel 00:20
- Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın !
04 aprel 00:06
- Pezeşkian İlham Əliyevlə söhbətindən yazdı
03 aprel 23:39
- Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
03 aprel 19:11
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
03 aprel 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
03 aprel 18:29
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
Video & Fotoqalereya
Video
Fotoqalereya
