Müslüm Maqomayev və Allahşükür Paşazadə

Dahi opera və estrada müğənnisi, korifey sənətkar Müslüm Maqomayev əbədiyyətə qovuşmasından 10 il ötür. Dünyanın hər yerində böyük rəğbətlə sevilən, musiqi dünyasında özünəməxsus iz qoyan dünya şöhrətli sənətkar 2008-ci ilin 25 oktyabrında vəfat etmiş, 29 oktyabrda isə Bakıdakı Fəxri Xiyabanda torpağa tapşırılmışdı.
Onun haqqında çox yazıblar. Populyarlığı, aristokratik davranışı, yaradıcılığı qurur doğuracaq bir hadisədir. Fenomenal səsi ilə isə o, publikanın sevimlisinə, idoluna çevrilmişdi.
Lakin ateist sovet dövlətinin mədəniyyət ulduzu olan Müslümün ruhi tarazlığı üçün söykəndiyi məqamlar barədə az danışıblar.
Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi budəfəki fotoşərh korifey sənətçinin dinə münasibəti ilə bağlıdır.
Yaradıcılığı sovet ateizminin sərt illərinə düşən böyük sənətkar Müslüm Maqomayevi ruhi atmosfersiz təsəvvür etmək doğru olmazdı. Din o zaman cəmiyyət həyatında anaxronizm sayılsa da, Müslümün oxuduğu lirik mahnıları elə humanist ideyaların bəşəri təcəssümü saymaq olar. Məsələn, onun böyük Nizamidən oxuduğu “Sevgili canan” romansı korifey sənətkarın ruhi emosiyalarını çox gözəl ifadə edir.
Bakıda doğulan və boya-başa çatan Müslüm bu şəhərin bəzəyi olan qədim məscidilərindən, dini ənənələrindən, imanlı insanlarından bixəbər ola bilməzdi.
Müslüm Maqomayev öz memuarlarında yazır:
“Mən bütün dinlərə çox hörmət edirəm. Onları bir-birindən fərqləndirmirəm. İstənilən radikalizmə qarşıyam. “Quran”ı oxumuşam, “Bibliya”nı, “İncil”i yaxşı bilirəm. Digər dinləri də ciddi şəkildə öyrənmişəm. Heç bir yerdə, heç bir sətirdə dinlərin bir-birini təkzib etməsini oxumamışam. Mən məscidə də, buddist məbədinə və pravoslav kilsəsinə də eyni qaydada girə bilərəm”.
Böyük sənətkar din xadimləri ilə dostluğundan və bu barədə açıq danışmaqdan da çəkinmirdi. Müslüm Maqomayev SSRİ dönəmində Ümümrusiya Patriarxı olmuş Pimenlə dostluq əlaqələrini həmişə qeyd edib. Maqomayev öz memuarlarında yazır:
“Mən öz təbii köklərimə görə müsəlmanam. Bir dəfə Patriarx Pimendən soruşdum: “Mənim dini mənsubiyyətim sizi qıcıqlandırmır?” O birbaşa cavab verdi: “Qətiyyən. Biz hamımız Allahın uşaqlarıyıq. Hamımız...”.
Sovet elitasının pərdəarxası həyatına yaxşı bələd olan korifey sənətkar SSRİ-də ateizmin rəsmi təbliği ilə real vəziyyətin fərqli olduğunu görürdü. M.Maqomayev memuarlarında bu barədə belə qeyd edib:
“Bir dəfə Patriarx Pimenin dəvəti ilə Troitsa monastırına getmişdik. Həmin gün SSRİ rəhbəri Konstantin Ustinoviç Çernenkonun vəfat etməsi barədə xəbər verildi. Biz Patriarxın kabinetində oturmuşduq. Kremldən zəng gəldi. Oradan Çernenkonun xrisitan qaydalarına uyğun dəfn edilməsi xahiş olunurdu. Mən təəccüblə soruşdum: “Belə sifarişlər indi gəlməyə başlayıb?”. Pimen cavabında “yox, həmişə belə olub. Brejnev öləndə də zəng vurmuşdular” dedi”.
M.Maqomyev yazır ki, görünür kommunist rəhbərləri belə ürəklərinin dərinliklərində Allaha bağlı idilər.
SSRİ vaxtı sovet artistləri içərisində ilk dəfə İsrailə səfər etmiş M.Maqomayevin həmin ölkə ilə bağlı təəssüratlarında da maraqlı qeydlər var. SSRİ ilə diplomatik əlaqələrin olmadığı vaxtda - “Qoskonsert”in xətti ilə İsrailə gedən Müslüm müqəddəs yerləri, o cümlədən Məhəmməd Peyğəmbərin meraca getdiyi məşhur “Əl-Əqsa” məscidini də ziyarət edib. Maqomayev memuarlarında bu məsciddə baş vermiş maraqlı əhvalatı da yazıb:
“Məhəmməd Peyğəmbərin meraca getdiyi məşhur “Əl-Əqsa” məscidində peyğəmbərin üzərində namaz qıldığı balaca xalça saxlanılır. Fərhad Bədəlbəyli bu xalçanı görən kimi irəli atıldı, diz çöküb dua etməyə başladı. Xalça nadir olduğu üçün toxunmağa icazə vermirdilər. Tərcüməçi birtəhər vəziyyəti mühafizəçilərə başa saldı. Çıxanda mən Fərhaddan soruşdum: “Sən axı partiya üzvüsən. Necə belə edə bildin?”. Fərhad mənə “Biz hamımız ürəyimizdə Allaha inanırıq” dedi.
Müqəddəs yerlərlə görüş adamda gözlənilməz təəssüratlar qoyur. Sanki sən hər şeyi görür və oranı 3 ölçülü məkandasanmış kimi qəbul edirsən. Dərhal anlayırsan ki, bu təəssürat sənin əvvəlki bildiklərindən tam fərqli hissidir”.
Modern.az saytının təqdim etdiyi bu nadir və maraqlı fotoda böyük sənətkar Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ilə əks olunub.
Bu da onu göstərir ki, Müslümün azərbaycanlı din xadimləri ilə də əlaqələri yüksək səviyyədə olub.
Azərbaycanın ən ağır və çətin günlərində - 1990-cı ilin 20 yanvarında öz etiraz səsini ucaldan və SSRİ prezidenti Mixail Qorbaçovu ittiham edən Allahşükür Paşazadənin çağırışına böyük sənətkar da dəstək verib.
O zaman Moskvada yaşayan Müslüm Maqomayev sovet ordusunun Bakıda törətdiyi qanlı qırğına sərt etiraz edib. O, Şəhidlərin xatirəsinin əbədilşdirilməsi üçün abidənin qoyulmasını təklif edib və bunun üçün Bakıya böyük miqdarda pul göndərib.
Belə məqamlar böyük Müslümün şəxsiyyətini bir daha adama tanıdır və onu ucaldır.
Xatırladaq ki, korifey sənətkarımız 2008-ci ilin 29 oktyabrındaİslam qaydalarına uyğun Fəxri Xiyabanda dəfn olunub.
- Misir Mərdanov tapşırdı, Fərhad Bədəlbəyli Rəşid Behbudovun qızına iş vermədi - MÜSAHİBƏ
22 iyun 2025 20:11
- Milli Məclisdə ailə modeli: çoxuşaqlı deputatlar, subaylar - 7 övlad atası deputat kimdir?
10 iyun 2025 21:48
- Qazaryan: Paşinyan Allahşükür Paşazadənin oğludur
8 iyun 2025 09:53
- Şuşada -Xarıbülbül- festivalının açılışı oldu
24 may 2025 21:12
- Şəxsi işimdir, hər şeyi açıqlamalıyam? - Xəstə olduğu deyilən Şeyx danışdı
30 mart 2025 17:27
- Şeyxə görə məni niyə narahat edirsiz? - Paşazadədən sərt açıqlama
30 mart 2025 16:32
- Allahşükür Paşazadənin səhhətində problem yaranıb
30 mart 2025 12:03
- Elşad Miri: Deməli, cənnətdəki qadınlara da kişi veriləcək - Müsahibə
23 fevral 2025 00:39
- Artur Rasizadə 27-ci oldu – =Heydər Əliyev= ordeni daha kimlərə verilib?
20 fevral 2025 15:15
- Deputatlar Məkkə ziyarətində
8 yanvar 2025 15:05
- Türkiyədən Rusiyaya sərt SİYASİ MESAJ - proses QIZIŞDI
05 iyul 13:37
- Bəziləri mənə dedilər ki, bu səfər sizin üçün təhlükəli ola bilər. Amma...
05 iyul 11:11
- Qarabağ xanlığının timsalında: Rusiyaya güvənmək fəlakətə gətirir
05 iyul 10:44
- Sərnişinlərin YAYDA kondisionersiz avtobus dərdi
05 iyul 09:59
- Bu gün Aşuradır
05 iyul 09:49
- Rusiyada olan Samirə dəhşət yaşadı: Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...
05 iyul 09:29
- Mağazada faciə: Müdir gənc işçini boğub öldürdü - FOTO
05 iyul 00:58
- Ermənistan Rusiyaya NOTA verdi
05 iyul 00:44
- Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir – ŞOK NƏTİCƏLƏR
04 iyul 21:56
- .Nişanlısı 32 İLDİR şəhid Mehmanı gözləyirmiş...
04 iyul 19:44
- Prezident Xankəndidə qonaqları qarşıladı
04 iyul 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
04 iyul 13:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
04 iyul 12:42
- Bakıda yenə yol çökdü - Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər..
04 iyul 12:14
- Pezeşkian Xankəndiyə GƏLDİ
04 iyul 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
04 iyul 10:00
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
04 iyul 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
04 iyul 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
04 iyul 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48