Müşərrəf Akay Bakıda KQB-ni necə sındırdı - Video

“Bir millət – iki dövlət” ifadəsinə aid məzmunu ilk dəfə sürəkli alqışlar altında yüksək tribunadan car çəkən bilsəniz kim olub? Və bu necə, nə zaman baş verib? Harada?
Ötən əsrin 70-ci illərinin ortaları olardı. Türkiyə müğənnisi Müşərrəf Tezcan Akay Bakıda anşlaqla keçən qastrol konsertində idi. İndiki Heydər Əliyev, o zamankı Respublika sarayında keçirilən son konsertinə çətinliklə bilet tapıb ailəlikcə getmişdik.
Hər ifasından sonra gül dəstələrinə qərq edilən Müşərrəf Tezcan Akay da, Türkiyə sevdalısı seyrçilər də çox duyğulu görünürdü. Gülləri təqdim edənlər əsasən gənclər idi. Bundan ötrü səhnəyə qalxanlar arasında valideynlərinin tapşırığını canfəşanlıqla yerinə yetirən və bunu özlərinə əyləncə bilən azyaşlı uşaqlar da az deyildi.
Müşərrəf xanımı sevdirən bir də əlində mikrofon ara-sıra tamaşaçılarla həvəslə ünsiyyətə girməsi, gözəl natiqliyi, bəlli bir intellekt sərgiləməsi, səhnədə sərbəst davranışları, ümumiyyətlə, bizimkilər üçün aşkar fərqli ampluada olması idi. Bir sözlə, sənətçi xanım seyrçilərlə məhrəm bir əlaqə yaratmağa tam nail olmuşdu.
Konsertin bir məqamında oxuduğu şərqidən sonra yenə də sevənlərini səhnədəcə qarşılayıb bağrına basır. Bir uşaq yaxınlaşır ona. Gül dəstəsini uzadır. Diqqətcil və həssas xanım da duyur ki, bu uşağın ona nə isə deyəcəyi var. Dərhal mikrofonu uzadır uşağın dillənən dodaqlarına sarı.
“Türkiyə həm sizindir, həm bizim” deyir uşaq və sarayı alqış sədaları bürüyür. Müşərrəf xanım şövqə gəlir, onun üçün də təbii olaraq gözəl bir fürsət yaranıb ki, içindəkiləri daha aşkar biruzə versin: “Nasıl söylədin yavrum, təkrar söyləsənə!”. Uşaq da təkrarlayır: “Türkiyə həm sizindir, həm bizim!” Yenə alqışlar... Özü də uşağın ardınca “Türkiyə həm sizindir, həm bizim” deyir. Seyrçi alqışlarının budəfəki ünvanı təkcə xanım sənətçi deyil. O da bunu hiss etdiyindəndir ki, səhnədə azərbaycanlı uşaqla zaldakılar üçün ucadan səslənən ekspromt bir dialoq qurur:
Oğlanmısın, kızmısın, yavrum?
Qızam.
Saçlarına nə yapmışsın, nədən hiç saçların yok?
Saçımı qırxıblar.
Kaç yaşındasın?
...
Hm... Neçə yaşın var diyə soruyorum.
Dörd yaşım var.
Allah korusun səni nazardan. Səni şuraya göndərən annənə, babana təşekkür edərim, sağ olsunlar. Hadi, bir kəz daha söylərmisin? Nasıl dedin? Türkiyə...
Türkiyə həm sizindir, həm bizim!
Alqışlar qopur. Müşərrəf xanım qızcığazı üzündən-gözündən öpüb bağrına basır.
Az keçmir sarayın iki qadın əməkdaşı səhnəyə hər iki tərəfdən bitişik pillələrın qarşısını ərəbzəngi kimi kəsdirir və heç kimə daha imkan vermirlər ki, xanım sənətçi ilə ünsiyyətə girsin. Gül dəstələrini aşağıdan yuxarıya uzatmalı olurlar, müğənni də aşağı əyilərək minnətdarlıqla gülləri götürür. Amma ona bu möhnəti yaşadan DTK qarşısında borclu qalmır. Mikrofonla ucadan alt mənası hamıya aydın ifadələrini səsləndirir:
“Tüm alkışlarınızdan, güzəl çiçəklərinizdən, sevgilərinizdən dolayı bən sizin önünüzdə eyiliyorum, onların yok. Bu nasıl bir gün, əllərimiz əllərinizə ulaşmıyor”.
Və bu sözlərin ardınca da hüznlü nəğmələr...
Müəllif: Nəriman Qasımoğlu
- Həmin liderlər İlham Əliyevlə şəkil çəkdirmək üçün Bakıda növbəyə dururlar
5 sentyabr 2025 17:00
- Aktyor fəhlə kimi işlədilib: Bakı Dövlət Sirkində nə baş verir? (VİDEO)
5 sentyabr 2025 10:15
- BİR RİYAZİYYATÇININ MANİFESTİ - Etibar Əliyevin YAZISI
5 sentyabr 2025 01:00
- Deputat MƏHKƏMƏDƏ seçiciyə uduzdu
4 sentyabr 2025 13:56
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
4 sentyabr 2025 10:39
- Rusiya şərtini açıqladı: Bakı bunu etsə...
4 sentyabr 2025 09:59
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
3 sentyabr 2025 15:05
- Kaş adamın cibində bunun bir qırığı ola... - Psixeya nə istəyir?
3 sentyabr 2025 10:31
- Arzular çin oldu, həm də Çində oldu
3 sentyabr 2025 09:57
- Prezident Paşinyanla görüşdü - Video
1 sentyabr 2025 13:10
- Uzunömürlü insanların SİRRİ BU İMİŞ
05 sentyabr 17:21
- NAR uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - Fotolar
05 sentyabr 17:09
- Həmin liderlər İlham Əliyevlə şəkil çəkdirmək üçün Bakıda növbəyə dururlar
05 sentyabr 17:00
- Prezident yol təmirinə 2 milyon manat ayırdı
05 sentyabr 13:56
- Milli Məclisin xüsusi iclası keçiriləcək
05 sentyabr 12:35
- Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib - Hökumənin atası
05 sentyabr 11:48
- Lavrov Özbəkistanda RUS dilinə görə biabırçılıq etdi: - SKANDAL
05 sentyabr 10:54
- Azərbaycan İslandiyaya qarşı
05 sentyabr 10:28
- -Tağıyev- filmi Oskar-a namizəd təqdim edildi
05 sentyabr 10:20
- Aktyor fəhlə kimi işlədilib: Bakı Dövlət Sirkində nə baş verir? (VİDEO)
05 sentyabr 10:13
- BİR RİYAZİYYATÇININ MANİFESTİ - Etibar Əliyevin YAZISI
05 sentyabr 01:00
- Dilindən arı sancdı, 61 yaşlı kişi öldü
05 sentyabr 00:25
- Prezident səfiri geri çağırdı
04 sentyabr 21:46
- Sumqayıtda 35 yaşlı kişi tanışının qulağını dişləyərək qopardı
04 sentyabr 21:13
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
04 sentyabr 14:19
- Deputat MƏHKƏMƏDƏ seçiciyə uduzdu
04 sentyabr 13:56
- Qazaxıstanın xarici işlər naziri saxlanıldı
04 sentyabr 13:45
- Telefonda icra başçısını təhqir etdi - Məhkəmə qərarı
04 sentyabr 12:08
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
04 sentyabr 10:39
- Rusiya şərtini açıqladı: Bakı bunu etsə...
04 sentyabr 09:59
- Azərbaycan iki ölkəyə 3.6 TON QURBAĞA ayağı SATIB
04 sentyabr 01:52
- Prezidentin Çinə səfəri başa çatdı
03 sentyabr 23:10
- Putin Azərbaycanla münasibətlərdən danışdı
03 sentyabr 23:01
- Azərbaycan bu ölkədə səfirlik açır
03 sentyabr 22:47
- WhatsApp-dan YENİLİK: Mesajlar 1 saata SİLİNƏCƏK
03 sentyabr 22:16
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
03 sentyabr 15:05
- Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi
03 sentyabr 14:40
- Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi
03 sentyabr 14:36
- Bu universitetə yeni rektor təyin edildi
03 sentyabr 12:29
- Ali Məhkəmədən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mühüm qərar
03 sentyabr 12:22