“Onlara Azərbaycanı tamamilə işğal etdiklərini deyirlər” - Mədət Quliyev
Bu gün Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilir.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, iclasda çıxış edən komissiyanın sədri, DTX rəisi Mədət Quliyev açılış edərək reqlamenti elan edib.
M. Quliyev bildirib ki, mərhum prezident Heydər Əliyev daim əsir düşmüş şəxslərlə bağlı işlərə xüsusi diqqət yetirib: "Bir çox vətəndaşlarımız itkin düşmüş yaxınlarını axtarmaq üçün ulu öndərin yanına getmişdi. O zaman Heydər Əliyev Ermənistan prezidenti Petrosyana məktub yazaraq 30-dan çox şəxsin geri qaytarılmasına nail olmuşdu. Ulu öndər 1993-cü ildə hakimiyyətə gəldikdən sonra da bu məsələyə xüsusi önəm verib.
Ermənistan bu gün də münaqişəni davam etdirir, hazırda 871 nəfər əsir və girovluqda qalır. Ermənistan rəhbərliyi onlara Azərbaycanı tamamilə işğal etdiklərini, belə bir dövlətin qalmadığı yalanını təşviq edirlər.
Dövlət Komissiyası hazırda əsir və girovluqda saxlanılan şəxslərin "hamıdan-hamıya" prinsipi ilə azad edilməsi və bundan sonra saxlanılacaq şəxslərin qısa müddət ərzində tərəflərə təhvil verilməsi təklifini irəli sürsə də, Ermənistan bu humanist təklifə münasibət bildirməyib, müharibə qurbanlarının taleyinə biganə qalaraq heç bir əməli addım atmayıb. Buna səbəb Ermənistanın münaqişənin əvvəlindən humanitar məsələni siyasiləşdirmək və Dağlıq Qarabağdakı separatçı rejimi tərəf kimi təqdim etmək cəhdləridir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 25 il ərzində humanitar problemlərin həlli istiqamətində müvafiq zəruri işlər görüb, amma komissiyasının fəaliyyətində nöqsanlar da var. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı problem Azərbaycan dövlətini, ictimaiyyəti narahat edən və həlli gözləyən vacib məsələdir. Komissiya üzvləri, həm də İşçi Qrupu öz məsuliyyətini dərindən dərk etməli, işini prezident İlham Əliyevin tələbləri səviyyəsində qurmalıdır".
İclasda millət vəkilləri, Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov, Milli Televiziya və Radio Şurasının rəhbəri Nuşirəvan Məhərrəmli və ictimaiyyət nümayəndələri iştirak ediblər.
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 2025 16:31
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 2025 16:06
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 2025 21:25
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 2025 21:44
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 2025 19:28
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 2025 11:03
- Qaqarini niyə ölümcül döyüblər? - Onun rütbə almasına müdafiə naziri qarşı çıxıb
10 dekabr 2025 23:10
- QUQUŞ-dan maraqlı etiraflar - Azərbaycanın ürəyimdə xüsusi yeri var…Bakıda, Gəncədə, Sumqayıtda kasetlərimə qulaq asırdılar
10 dekabr 2025 01:05
- İsa Həbibbəylinin baldızının oğlu ilə bağlı şok məlumat - FOTO
10 dekabr 2025 00:36
- Oliqarx oğlunun qalmaqalı yeni mərhələdə
9 dekabr 2025 12:38
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 21:44
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
