Prezidentə müraciət : “Azərişıq enerji sərfini 1 ayda 4 dəfə necə artıra bilər?”
Sahibkar : “Nəsimi RETSİ-nin əməkdaşı hər ay obyektlərdən yığılan pulun 200-250 manatını dövlətə köçürür, 400-450 manatını cibinə qoyur. Bunu çeklərlə sübut edə bilərəm”
Nəsimi Rayon Enerji Təchizatı və Satış İdarəsinin nəzarətçilərinin qanusuz əməlləri ilə bağlı ötən yazımızda qeyd etmişdik ki, Mingəçevir İES-də baş verən qəza çoxları üçün gəlir mənbəyinə çevrilib.
Belə ki cənab Prezident İlham Əliyevin dediyi kimi ölkəni qaranlığa qərq edən bu hadisə vətəndaşların, sahibkarların və iş adamlarının deyil, məhz enerji sahəsinə rəhbərlik edən məmurların məsuliyyətsizliyindən və tamahından baş vermişdi.
Ancaq bəzi işbazlar, məmurlar bu qaranlıqdan öz cibləri üçün istifadə etdilər.
Belə ki, qəzanın nəticəsində xeyli sayda ticarət və ictimai-iaşə obyektlərində, çörək sexlərində və s müxtəlif qəzalar, hətta yanğın baş verdi. Yəni bu hadisələrin baş verməsinin səbəbkarı obyekt sahibləri deyildi, konkret olaraq Azenerjinin rəhbəri Etibar Pirverdiyev kimi məsuliyyıtsiz məmurlar idi. Ki cənab Prezident onu da vəzifəsindən qovdu.
Bəs belə olan halda Nəsimi Rayon Enerji Təchizatı və Satış İdarəsinin nəzarətşiləri niyə baş verən fəsadlara görə obyekt sahiblərindən xeyli miqdarda pul yığmağa başladılar. Axı bir daha deyirik ki, bu məsələ ölkə səviyyəsində baş vermişdi, yəni obyekt sahiblərindən asılı məsələ deyildi. Bəs onda dəyən ziyanı niyə obyekt sahibləro ödəməli idi?
Bu məsələdə ziyan çəkənlərdən biri də iş adamı Südef Məcidov ( 050- 309- 00- 54 ) NUH.az-ın müxbirinə bildirib ki, həmin məlum hadisədən sonra mənim çörək seximdə də lokal yanğın baş verdi, sayğac yandı və 1 gün işıq olmadğı üçün obyektim fəaliyyətsiz dayandı. Və mən buna görə xeyli ziyana düşdüm. Ziyan bir kənara qalsın, Nəsimi RETSİ-nin 4 nəfər əməkdaşı başda Elgün Məmmədov olmaqla mənim obyektimə gələrək hədə-qorxu gəldilər və guya qəza mənim günahımdan baş verib. Elgün mənə bildirdi ki, məni rəisim göndərib ki, get akt tərtib elə və ver məhkəməyə. Mən ona bildirdim ki, axı qəza mənim səbəbimdən baş verməyib və mən xeyli ziyana düşmüşəm. Sonradan o öz iş yerinə gedərək qayıdıb gəldi və təklif etdi ki, mən akt tərtib etmirəm, cərimə-filan yazmıram, rəis deyib ki, 1500 manat pul al. Mən məbləğin çox olduğunu ona bildirdim. Onda o mənim yanımda rəisi ilə telefonla danışdı və 1200 manata razı oldular. Sonra Elgün Məmmədov çıxıb getdi axşam gələrək pulu alandan sonra sayğacın və digər lazım olan avadanlıqlar üçün əlavə 300 manat alandan sonra mənim obyektimə elektrik enerjisi verildi. Elgün açıq şəkildə mənə onu da dedi ki, bu məbləğin çoxu başqalarına çatır. Mən işimin xatirinə onunla razılaşmağa məcbur oldum, ancaq bu haqsızlığa görə Elgünlə mənim aramda mübahisə baş verdi və o mənə dedi bunun əvəzini çıxacam.
Həmin vaxtdan xeyli keçəndən sonra, yəni konkret olaraq 28 sentyabr tarixdə Elgün öz qoçuları ilə gəlib obyektimdəki işığı kəsdilər və obyekt fəaliyyətini dayandırdı, bizə xeyli miqdarda ziyan dəydi.
Axı, cənab Prezident İlham Əliyev bütün məmurlara deyir ki, iş adamlarına şərait yaradın, mane olmayın. Bunlar isə kömək əvəzinə qanunsuz olaraq bizim işimizə mane olurlar. Axı obyektin işığını da kəsməyin qanuni, hüquqi yolları var. Bunlar isə özlərini qoçu kimi aparırlar. Həm də görəsən Elgün Məmmədov keçmiş icra başçısının oğlu olduğunu niyə tez-tez obyekt saiblərini gözünə soxur, özündən çox razı halda iş adamlarını dövlətdən narazı salır.
Südef Məcidov əməkdaşımıza onu da bildirib ki, 2017-ci ildə hər ay enerji sərfinə görə, Elgün Məmmədov məndən 600-650 manat alsa da mənə 200-250 manatın çekini verib. Qalan pulu cibinə qoyub: “ Yuxarıda qeyd etdiyim kimi Mingəçevir olayından sonra mən öz qanuni haqqımı tələb etdiyim üçün Elgün Məmmədov mənimlə mübahisə etdi və mənə dedi ki, bunu sənə bağışlamayacağam. Həmin gündən başlayaraq Elgün Məmmədov mənim obyektimin aylıq enerji sərfiyyatını 800-850 manata qaldırdı”.
Mən sahibkar kimi dövlət başçımız cənab İlham Əliyevə müraciət edirəm: “ Bir ayda obyektin enerji sərfiyyatı 200-250 manatdan 800-850 manata qədər necə arta bilər? Yəni 1 ayda guya mənim obyeektimin enerji sərfi təxminən 4 dəfə artıb. Bəlkə möcüzə baş verib?”
Bütün bunlar onu göstərir ki, illər uzunu Nəsimi RETSİ-in əməkdaşı obyektlərdən yığılan pulların 1 hissəsini dövlətə keçirib, 3 hissəsini isə cibinə qoyub. Əgər buna kiminsə şübhəsi varsa, əlimdəki çeklərlə sübut edə bilərəm. Yəqin ki Nəsimi RETSİ-in sənədlərində də bu öz əksini tapıb.
Sahibkar onu da bildirdi ki, məsələ ilə bağlı Azərişıq-ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevə müraciət etsəm də o qurumun əməkdaşlarının tərəfini saxlayıb.
Bizə maraqlıdır ki, görəsən Azərişıq rəhbərliyini, konkret olaraq Nəsimi RETSİ-nin rəhbərliyinin Elgünün və onun himayədarının bu əməllərindən xəbəri varmı?
Varsa, niyə tədbir görmürlər?
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
3 mart 2026 14:25
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
