Çexiyanın dövlət rəsmiləri BSU-da olub
Çexiyanın dövlət rəsmiləri BSU-da olub
Noyabrın 6-da Çexiya Respublikasının təhsil, gənclər və idman nazirinin müavini Dana Prudikova, Nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Ladislav Banovets, Çexiyanın Azərbaycandaki səfiri Milan Ekert, səfirin müavini Daniel Putik Bakı Slavyan Universitetində olublar. Qonaqları universitetin rektoru, professor Nurlana Əliyeva qarşılayaraq onlara BSU-nun yaranma tarixi, keçdiyi inkişaf yolu, beynəlxalq əlaqələri və tədris prosesi barədə ətraflı məlumat verib. N.Əliyeva həmçinin Azərbaycan Respublikası ilə Çexiya arasında bütün zamanlarda sıx dostluq əlaqələnin olduğunu bildirib. Rektor bu münasibətlərin çoxtərəfli olduğunu, elm və təhsil, mədəniyyət və s. sahələri də əhatə etdiyini vurğulayıb. N.Əliyeva Azərbaycan Respublikasının multikultural bir dövlət olduğunu, bütün xalqlara və mədəniyyətlərə burada böyük hörmət və ehtiramla yanaşıldığını diqqətə çatdırıb. Rektor bu günlərdə başa çatan VI Bakı Beynəlxalq Humanitar Forumunun Azərbaycanın müasir demokratik və multikultural dəyərlərə sadiq qaldığını bir daha nümayiş etdirdiyini deyib. N.Əliyeva bu prinsiplərin bünövrəsinin Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və ölkə başçısı İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
Rektor daha sonra BSU-nun Çexiya Respublikasının bir sıra universitetləri ilə sıx əlaqələrinin olduğunu bildirib. O, Praqada yerləşən Karlov Universitetində Azərbaycan Mərkəzinin fəaliyyət göstərdiyini qeyd edib. Daha sonra rektor Ostrava Univeisteti ilə BSU-nun çoxillik əlaqələrinin tarixinə toxunub. O, qeyd edib adıçəkilən ali məktəblə müqavilə ilk mərhələdə bir fakültə çərçivəsində olubsa, bu gün universitetlərarası əməkdaşlıq səviyyəsinə yüksəlib. N.Əliyeva BSU-da Çexiya Mərkəzinin fəaliyyət göstərdiyini, həmin mərkəzdə Çexiyanın tarixinə, ədəbiyyatına, mədəniyyətinə, etnoqrafiyasına aid materialların toplandığını, burada Çexiya ilə bağlı tədqiqatlar aparıldığını deyib. Bundan əlavə, N.Əliyeva BSU ilə Ostrava Universiteti arasında tələbə-müəllim mübadiləsinin keçirildiyini bildirib. N.Əliyeva Çexiya Respublikasının digər universutetlərində də Azərbaycan Mərkəzinin açılmasının vacibliyini vurğulayıb və bunun ölkələrarası münasibətlərdə müsbət rol oynayacağını bildirib.
Çexiya Respublikasının təhsil nazirinin müavini öz növbəsində səmimi qəbula görə universitet rəhbərliyinə minnətdarlığını bildirb və gələcəkdə əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu deyib. O, Azərbaycan Respublikasının regionun sürətlə inkişaf edən ölkəsi olduğunu, Bakının dünyanın inkişaf etmiş şəhərləri sırasında dayandığını bildirib. Nazir müavini çex dilinin dünyada yayılmasında maraqlı olduğunu qeyd etməklə bərabər, Azərbaycan dilinin də çex univesitetlərində mənimsənilməsinə dəstək verəcəyini vurğulayıb.
Sonra qonaqlar BSU-da fəaliyyət göstərən Çexiya Mərkəzinə olublar. Professor Elçin Mehrəliyev, mərkəzin müdiri Qəmbər Qəmbərov mərkəzdə görülən işlər barədə qonaqlara məlumat verib. Sonra çex dilini öyrənən tələbələr qonaqlar qarşısında çıxış ediblər.
BSU-nun Mətbuat Xidmətini
- Moskvada anti-Azərbaycan tədbiri
5 aprel 2026 23:17
- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
5 aprel 2026 19:39
- Badamdarda sürüşmə: Nazir hadisə yerində (FOTO/VİDEO)
5 aprel 2026 15:12
- Xocalı soyqırımının təşəbbüskarlarından olan Zori Balayan ÇEZDİ
5 aprel 2026 12:04
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
4 aprel 2026 10:26
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
3 aprel 2026 18:29
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
2 aprel 2026 20:46
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
2 aprel 2026 12:31
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
1 aprel 2026 21:37
- Rusiyada 3 günlük matəm elan edildi
1 aprel 2026 13:49
- Moskvada anti-Azərbaycan tədbiri
05 aprel 23:17
- Hər axşam qatıq yeməyin FAYDALARI
05 aprel 22:16
- 19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü
05 aprel 22:08
- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
05 aprel 19:39
- Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
05 aprel 17:29
- Qusarda 29 yaşlı gənci sel apardı - Meyiti tapıldı+Foto
05 aprel 16:25
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
05 aprel 15:28
- Badamdarda sürüşmə: Nazir hadisə yerində (FOTO/VİDEO)
05 aprel 15:09
- Xocalı soyqırımının təşəbbüskarlarından olan Zori Balayan ÇEZDİ
05 aprel 12:04
- Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı (FOTO)
04 aprel 19:53
- Fazil Mustafanın ailəsindən xoş xəbər
04 aprel 19:43
- Zelenski Türkiyəyə getdi
04 aprel 19:32
- Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
04 aprel 10:58
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
04 aprel 10:26
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
04 aprel 00:20
- Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın !
04 aprel 00:06
- Pezeşkian İlham Əliyevlə söhbətindən yazdı
03 aprel 23:39
- Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
03 aprel 19:11
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
03 aprel 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
03 aprel 18:29
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
