BSU-da Mehdi Hüseynzadəyə həsr olunmuş tədbir keçirilib
BSU-da Mehdi Hüseynzadəyə həsr olunmuş tədbir keçirilib
Bakı Slavyan Universitetində Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Sonra Üzeyir Hacıbəylinin uverturasının sədaları altında Azərbaycan bayrağı salona gətirilib.
Bakı Slavyan Universtetinin rektoru, professor Nurlana Əliyeva çıxış edərək Sovet İttifaqı Qəhrəmanı, İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi Mehdi Hüseynzadənin insanlığın faşizm əsarətindən xilas olmasında göstərdiyi misilsiz şücaətdən danışıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il iyun ayında Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyinin qeyd olunması barədə Sərəncamının milli dəyərlərimizə verilən ən yüksək qiymət olduğunu vurğulayıb. N.Əliyeva Mehdi Hüseynzadənin şərəfli həyat yolunun bu gün Vətənimizin sərhədlərini qoruyan gənclər üçün əsl örnək olduğunu deyib. Rektor tələbələri məhz belə qəhrəmanlardan nümunə götürməyə, onların vətən, torpaq sevgisini əməllərində və qəlblərində yaşatmağa çağırıb. O, işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağını, müstəqil Azərbaycan dövlətinin ərazi bütövlüyünün təmin olunacağını əminliklə vurğulayıb. Rektor çıxışının sonunda Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının Qadınlar Şurasının sədri Tamilla Şahbazova ilə birlikdə Sloveniyanın Çepovan kəndində Mehdi Hüseynzadənin məzarını ziyarət etmələrini xatırladıb. N.Əliyeva tələbələrə müraciət edərək haqq, ədalət, bəşəri dəyərlər uğrunda döyüşmüş insanların xatirəsini heç vaxt unutmamağa çağırıb.
Sonra söz alan T.Şahbazova da Çepovan kəndindəki qardaşlıq qəbristanlığında uyuyan M.Hüseynzadənin məzarını ziyarətin bəzi məqamlarını yada salıb. Rayon Qadınlar Şurasının sədri Slovaniyadan gətirdiyi və üstündə Mehdi Hüseynzadənin büstünun şəkli olan suveniri universitetin muzeyinə hədiyyə edib.
Sonra BSU tələbələri “Azərbaycan oğlu” şeirini söyləyiblər.
Fəlsəfə İnstitunun əməkdaşı İlham Abbasov “M.Hüseynzadənin partizanlıq fəaliyyəti” barədə müfəssəl məruzə ilə çıxış edib. O, çıxışında Mehdi Hüsenyzadənin “uzaq sahillərdəki” fəaliyyəti ilə bağlı bir çox qiymətli tarixi faktlara toxunub, onu tanıyan insanların xatirələrindən bəzi nümunələr səsləndirib. İ.Abbasov həm də M.Hüseynzadənin partizan dəstəsində tək olmadığını, həmin batalyonda 80 azərbaycanlının döyüşdüyünü bildirib.
Tədbirin davamında tələbələr Mehdi Hüseynzadənin qələminə məxsus “Adriana sahillərində”, “Görən olsaydı” şeirlərini səsləndiriblər. Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin IV kurs tələbəsi Pünhan Piriyev M.Hüseynzadənin sözlərinə yazılmış mahnını ifa edib.
Azərbaycan Respublikasının Dövlət Səfərbərlik Xidmətinin rəisinin müavini, general mayor Zaur Abdullayev çıxış edərək torpaqlarımızın azadlığı uğrunda hər bir şəxsin öz cəbhəsində bir əsgər olmasını arzulayıb. O, BSU tələbələrinin bilikləri dərindən mənimsəməklə öz vətənpərvərlik borclarını yerinə yetirdiklərini deyib.
Sonra Mehdi Hüseynzadənin bacısı oğlu Hənifə Əlizadə çıxış edərək tədbir təşkilatçılarına yaxınları adından təşəkkürünü bildirib.
Tədbirin sonunda Bakı Slavyan Universitetinin tələbələri “Cənab leytenant”, “Qurban olduğum Azərbaycanım!” mahnılarını ifa ediblər.
Tədbirin sonunda BSU-nun Gənc Rəssamlar Dərnəyinin hazırladığı Mehdi Hüseynzadəyə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
BSU-nun Mətbuat Xidməti
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 2026 13:50
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 2026 13:12
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
9 fevral 2026 10:56
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
22 fevral 12:26
- Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq (VİDEO)
22 fevral 11:11
- Dünyada ən çox uşaq doğan QADIN - FOTO
22 fevral 10:59
- Şamaxıda zəlzələ oldu
22 fevral 10:47
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 22:25
- Azərbaycanda kərə yağı istehsalı KƏSKİN azaldı
21 fevral 22:10
- Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: Bütün dünya birləşsə də, təslim olmayacağıq
21 fevral 19:38
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 17:41
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
21 fevral 17:21
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 17:11
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 14:22
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 13:52
- Bir ildə ölkədə neçə uşaq doğulub?
20 fevral 19:05
- Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı (FƏRMAN)
20 fevral 18:51
- Küçədə elektron siqaret çəkənlər bu qədər cərimələnəcək
20 fevral 14:32
- Prezidentin ABŞ səfəri başa çatdı
20 fevral 14:25
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 14:07
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 13:55
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 13:50
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 13:34
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 15:54
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 15:30
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
