Rektoru bitirən Əli Evsen söhbəti
Müsahibə17 noyabr 2018 10:59
Xəbər verildiyi kimi, prezident İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovu tutduğu vəzifədən azad edib.
"Yeni Müsavat” xəbər verir ki, mətbuatda Abel Məhərrəmovun işdən çıxarılması ilə bağlı sensasion məlumat yayılıb. Noyabrın 3-də geniş tərkibli Azərbaycan nümayəndə heyəti xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərinə yola düşüb.
Həmin zaman A.Məhərrəmov və onun səfir oğlunun şərab biznesinə aid çəlləkləri İspaniyaya aparması böyük qalmaqala səbəb olub. Yayılan məlumatlara görə, sonradan Madriddə düzənlənən tədbirdə daha bir qalmaqal yaşanıb, spirtli içkinin təsiri altında olan rektor orada aranı qatıb.
Abel Məhərrəmov işdən çıxarılması barədə sərəncama qəfil yaxalanıb. Əvvəl sosial şəbəkələrdə Abel Məhərrəmovun işdən çıxarıldığı haqda şayiələr yayılıb. Saytlardan biri rektora zəng vurub və bu şayiələrə münasibətini soruşub. A.Məhərrəmov bu məlumatları təkzib edib:
"Hazırda işdəyəm, pedaqoji kollektivin iclasını keçirirəm”.

Unikal.org Abel Məhərrəmovun səfir oğlu Anar Məhərrəmovun İspaniyada şərab biznesi ilə bağlı maraqlı araşdırma edib. Məlum olub ki, A.Məhərrəmov 2016-cı ildən İspaniyaya səfir təyin edildikdən sonra bu ölkədə Azərbaycan şərablarının satışı ilə də məşğul olurmuş.
Belə ki, səfir İspaniyada Azərbaycan, Azərbaycanda isə İspaniya şərablarının satışı üzrə monopoliyanı öz üzərinə götürüb.
Səfir 2 ölkə arasında bu işlə məşğul olan digər biznes tərəfdaşlarına mane də olurmuş. Anar Məhərrəmov səfirlik dövründə Madriddə Azərbaycan şərablarının satışını həyata keçirən mağazaların da açılışını edib.

Nəhayət, 2018-ci ilin oktyabr ayında İspaniyanın Madrid şəhərində yerləşən "Madrid Rioxa Mərkəzi”ndə Azərbaycan şərablarının təqdimat mərasimini keçirib.
Mərasimdə İspaniyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri və yerli kütləvi informasiya vasitələrinin, İspaniyanın şərabçılıq üzrə tanınmış şirkətlərinin, habelə A.Məhərrəmovun biznes ortaqlığı ilə Qəbələdə yaradılan "Aspi Agro” MMC şirkətinin təmsilçiləri iştirak ediblər.
Tədbiri açan "Madrid Rioxa Mərkəzi”nin prezidenti Xose Antonio Ruperes Kanyo Azərbaycan şərablarının füsunkar dada və keyfiyyətə malik olduğunu deyib və məhz bu səbəbdən İspaniyanın əsas şərabçılıq bölgələrindən sayılan Rioxa şərabları ilə Azərbaycan şərablarının birgə təqdimat mərasiminin keçirilməsinin təsadüfi olmadığını bildirib.

Tədbirdə çıxış edən səfir Anar Məhərrəmov Azərbaycanın qədim şərabçılıq ənənələrinə malik olduğunu, hazırda "milli brend” adı altında ölkə şərablarının geniş şəkildə satışı və təşviqinin uğurla həyata keçirildiyini bildirib. Daha sonra "Aspi Agro” MMC şirkətinin nümayəndəsi tərəfindən "Savalan” brendinə məxsus şərablarla bağlı təqdimat edilib.
Tədbirdə Azərbaycan şərabı adı ilə yalnız bu şirkətin istehsalı olan 3 çeşiddə şərabın təqdimatı, eləcə də dequstasiyası keçirilib. Bu da Azərbaycanda digər şərab istehsalı ilə məşğul olan şirkətlərin ciddi narazılığına səbəb olub.
Təqdimatdan sonra, Madriddə "Savalan” brendinə məxsus şərabların satışına da böyük tələbat yaranıb. Bunun üçün tələbatın artıdğını səfir oğul atasına bildirib. Abel Məhərrəmov da bunu nəzərə alaraq bu dəfə özü Bakıdan şeyxin təyyarəsi ilə Madridə şərab çəlləkləri aparmaq qərarına gəlib.
Oğulun təqdimatında göründüyü kimi, şərabların "Aspi Agro” MMC-yə məxsus olduğu istisna edilmir.
"Xarici İşlər Nazirliyində nazir Elmar Məmmədyarovun fikrini ana dilində izah edə bilməməsindən də böyük qüsurlar var. Səfirlər tacirə çevriliblər, ölkəsinin maraqlarından çox şəxsi ciblərini düşünürlər, çalışdıqları ölkədə biznes qururlar”.
"Bakupost" xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu BDU-nun keçmiş rektorunun səfir oğlu A.Məhərrəmovun şərab biznesi ilə bağlı danışarkən deyib. O bildirib ki, onunla bağlı tədbir görülməsinin vaxtı çatıb:
"Abel Məhərrəmovun İspaniyadakı səfir oğlunun şərab biznesi ilə məşğul olduğuna dair xəbərlər illərdir mətbuatda yazılır, müzakirə olunur. Bəlkə atasının biabırçılığından sonra onun haqqında da tədbir görərlər. Səfir oğlu əgər belə bacarıqlıdırsa, diplomat statusu olmadan şərab biznesi ilə məşğul olsun”.
Rektoru bitirən Əli Evsen söhbəti

İspaniyadakı həmin məşum konfransa gəldikdə isə onu artıq üçüncü ildir ki, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin qalmaqallı qudası, Türkiyə əsilli biznesmen, bir vaxtlar Azərbaycanda iri biznesi olan Əli Evsen təşkil edir.
Bu həmin Əl Evsendir ki, bir neçə il əvvəl barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan edilmişdi və İspaniyada həbs olunmuşdu.
Əli Evsen Misirin devrilmiş diktatoru Hüsnü Mübarəkin pullarının Avropada yuyulmasını təşkil etməkdə şübhəli bilinirdi. (virtualaz.org)

Amma necə oldusa Evsen bu ittihamlardan sıyrılıb çıxa bildi və indi göründüyü kimi İspaniyada öz adına fond təsis edib. "Evsen Foundation” kifayət qədər ambisiyalı işlərlə-beynəlxalq səviyyədə dini tolerantlıq və mədəniyyətlərarası dialoq formalaşdırmaqla məşğuldur.
2016-cı ildən Madriddə bu mövzuda konfranslar təşkil edir və hər dəfə konfransa Azərbaycandan şeyxülislam qudası ilə yanaşı müxtəlif dinlərin nümayəndələri, Milli Məclisin üzvləri və s. qatılır.
Builki konfrans isə rüsvayçılıqla və qalmaqalla, habelə Abel Məhərrəmovun vəzifədən qovulması ilə nəticələndi...
Oxşar xəbərlər
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Abel Məhərrəmovdan Ramiz Mehdiyev - Açıqlaması
25 fevral 2026 12:02
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
- Elçin Babayevin sevimli şirkəti - 23 milyonluq tender həmin MMC-yə verildi
5 yanvar 2026 14:03
- Qaqarini niyə ölümcül döyüblər? - Onun rütbə almasına müdafiə naziri qarşı çıxıb
10 dekabr 2025 23:10
- Prezident rektoru işdən çıxardı - Yeni rektor təyin etdi
10 dekabr 2025 20:54
- TƏCİLİ! Ramiz Mehdiyevin qızı ilə bağlı qərar verildi
8 dekabr 2025 11:47
- Rektorun sifarişi ilə qətl işi Ali Məhkəmədə - QƏRAR VERİLDİ
4 dekabr 2025 21:43
- Tanınmış jurnalistlər Özbəkistanda səfir və rektorla görüşdü (FOTO)
15 noyabr 2025 16:18
- Zəfərin 5 ili: Bakıda hərbi parad keçirildi (YENİLƏNİB)
8 noyabr 2025 21:33
Xəbər lenti
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
Video & Fotoqalereya
Video
Fotoqalereya
