Deputat ondan 30 min manat rüşvət istəyən icra başçısı ilə bağlı ANONS verir
“Cənab prezident nə etməlidir? Bu məmurları vəzifəyə təyin edib. İcra başçısı var ki, mənim özümdən bir qapının açılması üçün 30 min manat pul istəyir. İnsanlarımız bu gün müxtəlif problemlərlə müraciət edirlər. Dostumuz, sinif yoldaşımız, əsgərlik yoldaşımız, qohumumuz var. Çevrəmiz genişdir. Bu və ya digər problem üçün bizə müraciət edirlər. Amma bir icra başçısı məndən, millət vəkilindən bir qapının açılması üçün 30 min manat istəyirsə, gör sadə vətəndaşdan nə istəyir?”
“AzPolitika.info”nun məlumatına görə, Azərbaycan reallığında çox da təəccüb doğurmayan, amma mahiyyətcə sensasiyalı belə bir açıqlama ilə deputat Adil Əliyevçıxış edib. O, “musavat.com” saytının canlı yayımında bu barədə danışıb.
Deputat, ondan 30 min rüşvət istəyən icra başçısının adını çəkməyib. Amma bildirib ki, həmin icra başçısının kimliyində “müvafiq qurumların” xəbəri var, çünki özü onlara müraciət edib.
“Mən məmurlara müraciət etməməyə çalışıram. Vicdanlı məmurlar da çoxdur aralarında. Millət vəkillərinin sorğusuna da cavab verirlər. Vətəndaşların problemlərinə də həssaslıqla yanaşırlar. Amma arada olan bu insanlar məmur adına da ləkə gətirir”, – deputat bildirib.
Maraqlıdır, Adil Əliyevdən 30 min rüşvət istəyən icra başçısı kimdir? Bu sual ətrafında 2 gündür sosial şəbəkələrdə qızğın müzakirələr getsə də, “qurd ürəyi yemiş” həmin “qəhrəmanın” kimliyi gizli qalır.
***
Məsələ ilə bağlı BakuPost-un əməkdaşı Adil Əliyevlə əlaqə saxlayıb. O bildirib ki, Bakının bir sıra rayonlarının icra başçıları ilə normal münasibətləri var. Millət vəkili bir çox icra başçısının deputat sorğularına həssas yanaşdığını, sakinlərin problemləri ilə bağlı müraciət etdikdə dərhal reaksiya verdiklərini bildirib.
O, Qaradağ, Nərimanov, Nizami, Sabunçu, Xətai rayonlarının adlarını xüsusi qeyd edib. Əlavə edib ki, deputat seçildiyi Nərimanov rayonunun icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevlə daha sıx şəkildə çalışır, onunla həm də dostluq münasibətləri var: “Abdin müəllimlə bizim çox yaxşı münasibətlərimiz var. Rayonun inkişafı, seçiçilərimizin problemləri ilə bağlı birgə çalışırıq. Təkcə icra başçısı deyil, İcra Hakimiyyətinin demək olar ki, bütün vəzifəli şəxsləri ilə daim əlaqədəyik, tez-tez bərabər tədbirlər keçiririk. Elə dünən bir şəhid ailəsinin probleminin həlli üçün toplandıq və məsələni həll etdik. Cənab prezidentin tapşırıqlarına əsasən, əhalimizin rifahını yüksəltmək, onların qayğılarına şərik olmaq, problemlərini imkanımız çatdığı qədər aradan qaldırmaq istiqamətində rayon rəhbərliyi ilə hesab edirəm, çox səmərəli şəkildə əməkdaşlıq edirik”.
Göründüyü kimi, Adil Əliyev ondan bir qapının açılması üçün 30 min manat rüşvət istəyən icra başçısının adını yenə çəkməyib. Lakin o, açıq mesaj verib ki, biz Bakının hansı icra başçılarından şübhələnməməliyik. Bunlar Qaradağ, Nərimanov, Nizami, Sabunçu və Xətai rayonlarının başçılarıdır.
Demək ki, deputatdan rüşvət tələb edəni digər 5 rayonun başçıları arasında axtarmalıyıq…
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 2025 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 2025 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 2025 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 2025 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 2025 21:44
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 2025 16:23
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 2025 16:06
- O da azadlığa çıxdı
13 dekabr 2025 23:31
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 2025 21:25
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 2025 12:59
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 21:44
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
