Nazim İbrahimovun qardaşının dələduzluqları: kimləri aldadıb? (SİYAHI)
Kriminal22 noyabr 2018 12:30
Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimovun cinayət işinin bəzi detalları məlum olub.
"Report" xəbər verir ki, istintaq dövründə S.İbrahimova qarşı Cinayət Məcəlləsinin külli miqdarda dələduzluq, vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə ittiham irəli sürülüb.
Məlumata görə, onun barəsində cinayət işi əvvəl "Sahil-D Kompani” şirkətinin vəzifəli şəxsi Adilağa Hüseynovun işi ilə birgə aparılıb, lakin daha sonra S.İbrahimovla bağlı materiallar ayrıca icraata götürülüb.
İttiham aktına əsasən, "STS” şirkətinin 95 faiz payçısı və "Sahil-D Kompani” şirkətinin 25 faiz payçısı olmaqla təsisçi olan S.İbrahimov qardaşı İ.Nehrəmliyə məxsus "Avesta”nın binasında fəaliyyət göstərib. O, təsisçisi olduğu şirkətlərin tikdiyi binalardan mənzilləri müştərilərə satmaqla məşğul olub.
S.İbrahimov Qurban Rüstəmovdan 42 min manat alaraq ona "STS” şirkətinin Səttar Bəhlulzadə 14 ünvanında tikdiyi binadan 48 kvadratmetrlik mənzil verəcəyini vəd edib. Lakin 2009-cu ildə həmin bina dövlət ehtiyacları üçün sökülüb və şirkətə kompensasiya ödənilib. O, Q.Rüstəmova isə "Sahil-D Kompani”nin tikdiyi Xətai rayonunda yerləşən binadan mənzil verəcəyini deyərək aldadıb və pulunu mənimsəyib.
Həmin şirkətin direktoru Məzahir Cəfərov isə Q.Rüstəmovdan 62 min manat pul alaraq "RRR” MTK tərəfindən tikilən başqa bir mənzili ona satılması ilə bağlı saxta sənədlər verib. Həmin mənzil isə "RRR” MTK-nın direktoru Nizami Məmmədov tərəfindən öncədən qanuni əsaslarla Elşad Qənbərova satılıb.
Eyni üsulla S.İbrahimov vətəndaş Sədaqət Əsədullayevdən 75 500 dollar, İlqar Quliyevdən 81 000 dollar, Etibar Allahverdiyevdən 162 400 dollar, Mübariz Kazımovdan 96 400 dollar, Həlimə Ocaqverdiyevdən 58 431 manat, Habil Süleymanovdan 178 000 dollar, Ayxan Budaqovdan 130 000 manat, Elnur Nuriyevdən 94 220 manat, Ramiz Mürsəliyevdən 91 350 manat, Gülnar Alıyevadan 350 000 dollar, İsmayıl Cəfərovdan 126 000 manat, Zaur Mustafayevdən 202 000 manat və dgər şəxslərdən oxşar məbləğlərdə pullar alaraq dələduzluq yolu ilə mənsiməyib. O, həmin vətəndaşlara saxta sənədlər əsasında ev satdığını qeyd edən arayışlar verib. Lakin həmin evlər daha əvvəl başqa şəxslər tərəfindən əls sahiblərinə satılıb.
Bundan başqa, S.İbrahimov Teymur Əliyev küçəsində yerlşən Zabir Hüsyenovdan villasını 2,6 milyon dollara alacağını vəd edib. O, həmin şəxsə 500 min dollar nağd pul və 1,1 milyon dolların əvəzində Nəsimi rayonunda 3 mənzil verib, qalan 1 milyon dolları isə ödəməyib. Bir müddət sonra isə həmin pulun əvəzinə Z.Hüseynovun övladları Zaur, Zamiq, Könül və Gülbacıya - hərəsinə bir mənzil satdığını qeyd edilən saxta sənədlər təqdim edib. Lakin sonradan həmin mənzillərin başqa şəxslərin adına olduğu müəyyənləşib.
Həmçinin S.İbrahimov 1,5 milyon manatı vergidən yayınaraq ödəməməkdə ittiham olunur.
Belə ki, o, Bakı şəhəri, Həsən Əliyev küçəsində "Galaxy Palace” MMC-nin adından yaşayış və qeyri-yaşayış sahələrindən ibarət binanı tikib mənzilləri və obyektləri sataraq dövlət büdcəsinə ödəməli olduğu vergini ödəməyib. 2012-2014-cü illər ərzində 1 milyon 438 min 925 manat pulu vergidən yayınmaqla ödəməyib.
Cinayət materiallarına əsasən, S.İbrahimov "Galaxy Palace” MMC-nin adından tikdiyi binanı 2010-cu ildə Nərimanov rayon icra hakimiyyətinin sərəncamı və Bakı Şəhər İcra Haimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin layihəsi əsasında tiksə də, tikintiyə xüsusi lisenziyanı almayıb. Buna görə də qanunsuz sahibkarlıqla məşğul olaraq 1 milyon 61 min manat gəlir əldə edib.
Qeyd edək ki, S.İbrahimovun cinayət işi üzrə məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyevanınsədrliyi ilə araşdırılır.
Oxşar xəbərlər
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Mübariz İbrahimovun doğum günüdür
7 fevral 2026 11:30
- Ən çox və ən az məscidləri olan bölgələrimiz (SİYAHI)
5 fevral 2026 12:09
- Daha 6 soydaşımız Ukrayna müharibəsində həlak oldu
4 fevral 2026 11:04
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
2 fevral 2026 21:25
Xəbər lenti
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
Video & Fotoqalereya
Video
Fotoqalereya
