AZAL şefinin təyyarəsi “Abel zolağına” enir?
Reportaj26 noyabr 2018 14:27
Ötən günlərin xəbərləri içərisində çoxlarının diqqətini cəlb etməyən, ilk baxışdan sıradan bir informasiya təsiri bağışlayan məlumat ölkədəki banklardan birinin adını dəyişdirməsi oldu. Söhbət "Bank Silk Way"-ın adının dəyişdirilərək "Premium Bank" ASC kimi yola davam etməsindən gedir.
Sfera.az xatırladır ki, sözügedən bank artıq ikinci dəfədir ki, adını dəyişir. Belə ki, bank fəaliyyətinə 1994-cü ildən "Azal Səhmdar Kommersiya Bankı" adı altında başlayıb. 2008-ci ildən onun hüquqi varisi olaraq "Bank Silk Way" ASC adı altında fəaliyyət göstərib, axırıncı dəyişiklikdən sonra isə "Premium Bank” adlandırıldı.
Sual oluna bilər ki, çoxlarının diqqət belə etmədiyi bu məqama xüsusi maraq göstərməyimizin səbəbi nədir?

Sfera.az məsələnin sadəcə ad dəyişdirməklə kifayətlənmədiyi qənaətindədi və bunun üçün müəyyən əsaslar da yox deyil. Son illərin təcrübəsi və yazılmamış qaydaları düşünməyə vadar edir ki, bankın və ya hansısa müəssisənin adının dəyişdirilməsi əslində onun faktiki sahibinin dəyişdirilməsi anlamına gəlir. Təbii ki, adddəyişmənin həmişə əldəyişmə anlamına gəldiyini də iddia etmirik. Heç "Bank Silk Way" ASC-nin bundan sonra "Premium Bank” adlandırılmasında da hansısa gizli məqamlar və ya müəmma da axtarmazdıq... Əgər bu addəyişmə olayına qədər ortada bəzi suallar və problemlər olmasaydı. İndi isə sözügedən bankın adının dəyişdirilməsinə qədər olan müəyyən ştrixlərə nəzər salmağa çalışaq.
Ondan başlayaq ki, sözügedən bank AZAL rəhbəri Cahangir Əsgərovun ailə şirkəti hesab olunan "Silk Way Holding” MMC-nin tərkib hissəsidir. Bu həmin "Silk Way Holding” MMC-dir ki, ona uzun illər Cahangir Əsgərova yaxın qohumluğu çatan Zaur Axundov rəhbərlik edib. Zaur Axundov holdinqdən yalnız bu yaxınlarda uzaqlaşdırılıb. Buna səbəb kimi isə holdinqin fəaliyyəti üçün Beynəlxalq bankdan götürülmüş kreditlərin qaytarılmasında çox ciddi problemlərin yaşanması göstərilir. Belə ki, "Silk Way Holding” qurulduqdan sonra Beynəlxalq Bankdan 400 milyon dollar kredit götürülüb. Ancaq kredit bu günə qədər qaytarılmayıb. Ehtimal olunur ki, Beynəlxalq Bankdan verilən digər iri həcmli kreditlərdə olduğu kimi, burda da ortada girov olmadığından, şirkət kreditləri qaytarmağa maraq göstərməyib. Beynəlxalq Bank ətrafında yaşanan məlum olaylardan sonra isə çoxları kimi "Silk Way Holding”in də fəaliyyəti təftiş edilib və görünən odur ki, indi holdinq heç də arzuolunan dövrünü yaşamır.

Təkcə karqo daşınmalardan – xarici ticari əməliyyatlardan Əsgərovun holdinqinin qazancı 100 milyonlarla ölçülsə də AZAL şefi pulları geri qaytarmayıb. Rəsmi statistikaya əsasən, hava nəqliyyatında daşımalardan 2016-cı ildə 2 milyardan artıq, 2017-ci ildə isə 2 milyard 200 milyon manatdan artıq gəlir götürülüb. Bu vəsaitlərin əhəmiyyətli hissəsi isə məhz «Silk Way Holdinq»in büdcəsinə yönəldilib. Holdinqin tərkibindəki digər şirkətlərin də gəliri 10 milyonlarla ölçülür…
Əslində AZAL-ın bu qədər gəlir gətirməsi təsadüfi deyil. Ölkədə təyyarə biletlərinin nə qədər baha olduğunu hamımız bilirik. Hətta bu məsələyə Prezident İlham Əliyev də münasibət bildirib və qiymətlərin həddən artıq yüksək olduğunu vurğulayıb.
Prezident bildirib ki, AZAL dövlət tərəfindən böyük subsidiyalar alır:
"Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Ona görə, mən tapşırıram hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar. Həm müqayisə aparın, həm də burada tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır".
Onu da bildirək ki, "Silk Way Holding” barədə aparılan araşdırma da ortaya maraqlı faktlar qoyub. Məlum olub ki, əsas ofisi beynəlxalq hava limanında yerləşən bu şirkət 14 iyul 2006-cı ildə yaradılıb. "SW Holding”in tərkibinə əsasən aviasiya sahəsində fəaliyyət göstərən 23 şirkət daxildir. Müəssisələrdə 3000 nəfərə yaxın adam çalışır. Holdinqə daxil olan şirkətlərin siyahısı isə C.Əsgərovun biznes imperiyasının nə qədər böyük olduğundan xəbər verir. Təsəvvür edin ki, ona məxsus tək bir şirkətə - "SW Holding”ə aşağıdakı böyük müəssisələr daxildir:
Airport Gate
Airport Hotel
Azal Sığorta
Baku Cargo Terminal (BCT)
Duty Free
Euroasian Cargo
Ground Handling Company (GHC)
Silk Way Airlines
Silk Way Bank
Silk Way Business Aviation
Silk Way Construction
Silk Way Helicopter Services (SWHS)
Silk Way Technics (SWT)
Silk Way Information Technologies (SWIT)
SW Catering Supply
Sky Catering
SW Travel
Turan Air

Bu şirkətlərin siyahısı onu göstərir ki, hava limanında bütün ticarət müəssisələri, orada fəaliyyət göstərən dövlət qurumlarından başqa pul gətirən bütün sahələr yalnız və yalnız Ə.Əsgərovun nəzarətindədir.
İndi isə qayıdaq, "Bank Silk Way"-ın adının dəyişdirilərək "Premium Bank" ASC-yə çevrilməsinə və bu olayda ehtimal olunan qaranlıq məqamlara. Yuxarıda da qeyd etdiyimiz kimi, Cahangir Əsgərovun biznes imperiyasına daxil olan holdinq artıq etimadını itirib. Həmin holdinqə daxil olan bankın gözlənilmədən və xüsusi ehtiyac duyulmadan adının dəyişdirilməsi isə ondan xəbər verir ki, hər şey heç də rəsmi təqdimatdakı kimi deyil. Çox böyük ehtimalla artlıq yeni adla fəaliyyətini davam etdirən "Bank Silk Way" təkcə adını yox, həm də real sahibini dəyişib.
Bütün bu baş verənlər isə AZAL şefinin bu günlərdə böyük qalmaqalla vəzifəsindən uzaqlaşdırılan BDU-nun sabiq rektoru Abel Məhərrəmovun aqibətini yaşaya biləcəyi ehtimalı da gücləndirir.
Xatırladaq ki, Azərbaycan Hava Yolları QSC-nin prezidenti Cahangir Əsgərovun adı bu günə qədər kifayət qədər ilginc və qəbuledilməz olaylarda hallanıb. Bu siyahıda şəxsi zooparkında vəhşi heyvanlar saxlatmasından tutmuş dəbdəbəli ziyafətlərdəki anormal davranışlarına qədər bir çox nüanslar yer alır. Məsələn, C.Əsgərov bir müddət öncə rəhbərlik etdiyi qurumun 80 illik yubileyində çəkilən fotosu ilə gündəmə gəlmişdi. Tədbirdə əcnəbi xanım müğənnilərdən biri ilə tvist rəqsi edən Cahangir Əsgərov onu çəkən şəxsə orta barmağını göstərib.


Bildirək ki, yubiley tədbirində Azərbaycan və dünya estradasının ulduzları çıxış ediblər.
Ümumiyyətlə isə AZAL şefinin mütəmadi olaraq təntənəli içki məclisləri təşkil etdiyi və bu ziyafətlərdə ilginc olaylar yaşanması haqda ölkə mətbuatında kifayət qədər yazılıb.
Onun şəxsi ailə biznesinə daxil olan holdinq ətrafında yaşananlar isə ictimai rəydə qıcıq doğuran C.Əsgərovun "vurulma” prosesinə hazırlıq getdiyini düşünmək üçün əsaslar yaradır.
Oxşar xəbərlər
- Putinlə Əhməd əl-Şaraanın görüşü başladı
28 yanvar 2026 18:03
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi - Təyyarəmiz vurulub
26 dekabr 2025 13:35
- Bizi hər şeyin yaxşı olacağına onlar inandırdılar...
25 dekabr 2025 21:34
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 2025 11:03
- AZAL-ın təyyarə qəzası ilə bağlı SON DƏQİQƏ: Qazaxıstan AÇIQLAMA YAYDI
9 dekabr 2025 15:06
- Ondan sonra yaşamırıq... – Hökümənin atasından ürəkdağlayan sözlər
2 dekabr 2025 19:36
- Cənazələr Türkiyəyə aparılır
13 noyabr 2025 22:56
- Qəzaya uğrayan təyyarədə olanlar - SİYAHI
12 noyabr 2025 01:21
- İlk hərbi təyyarəçimiz: Milli Qəhrəman Vaqif Qurbanov haqqında maraqlı faktlar
7 noyabr 2025 22:16
- Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin büstü qoyuldu - Fotolar
28 oktyabr 2025 11:48
Xəbər lenti
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
Video & Fotoqalereya
Video
Fotoqalereya
