“Ailəmizin adından istifadə edərək külli miqdarda pul alıblar” - Arif Əsgərovun oğlu
Bəzi KİV-lər bir neçə gündür "Azərbaycan Dəmir Yolları”QSC-nin keçmiş rəisi, sonralar nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovun məhkəmə prosesindən yazır. Həmin yazılarda R.Hüseynovun 4 milyon 300 min manat məbləğində dələduzluqda ittiham olunduğu bildirilir. Məlumata görə, noyabrın 22-də keçirilən sonuncu məhkəmə iclasında ev dustaqlığında olan R.Hüseynov məhkəməyə gəlməyib və qaçıb gizlənib. Buna görə də məhkəmə onun barəsində axtarışa verilməklə həbs qətimkan tədbiri seçib. Qərar icra olunması üçün Daxili İşlər Nazirliyinə göndərilib.
Rahib Hüseynovun anası Lətifə Hüseynova "Kanal 24” internet televiziyasına müsahibəsində deyib ki, dörd gündür oğlu yoxdur.
“Biz kənddə yaşayan adamıq. Bu nə puludu, hara puludu, xəbərimiz yoxdu. Oğlumu itiriblər bilmirik, öldürüblər bilmirik. Yəqin oğurladıblar”- deyə qadın bildirib.
"Azərbaycan Dəmir Yolları”QSC-nin keçmiş rəisi, nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun oğlu Elnar Əsgərov Modern.az-a ona və ailəsinə qarşı səsləndirilən iddiaları rədd edərək, deyilən fikirlərin həqiqətə uyğun olmadığını bildirib.
O deyib ki, qohumu Rahib Hüseynovun cinayət işi ilə bağlı istintaq 2 ildən artıqdır ki, davam edir:
“Şikayətçilərin ərizəsi əsasında bu işə baxılır. Rahib Hüseynov Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham olunur. Bildiyimiz kimi, Rahib Hüseynovun balaca qardaşı Emil Hüseynov eyni maddə ilə təqsirləndirilərək, 9 il müddətinə azadlıqdan məhrum edilib. Hadisənin necə başlanmasına gəlincə isə onu deyə bilərəm ki, Rahib Hüseynovun ailəsi bizim qohumdur. Bu insanlar bizim ailənin adından istifadə edərək, bir çox şəxsləri aldadıb onlardan külli miqdarda pul vəsaitləri alıblar. Bu yaxınlarda isə axşam saatlarında Rahib Hüseynovun anası Lətifə Hüseynova və atası İsmayıl Hüseynov bizim evimizin qarşısında "Kanal 24” internet televiziyasının müxbirinə müsahibə veriblər. Mən də bununla bağlı Binəqədi rayon 7-ci Polis bölməsinə müraciət etdim. Müraciətimdə bildirdim ki, bu adamlar məni gecə saatlarında narahat edirlər, xahiş edirəm bununla bağlı qanunda nəzərdə tutulmuş qaydada tədbir görəsiniz. Polis bölməsinin əməkdaşları da mənə bildirdilər ki, sizin müraciətiniz araşdırılaraq, məlumat veriləcək. Təəssüf hissi ilə deyirəm ki, həmin o kanal qarşı tərəfin mövqeyini öyrənmədən materialı yayıb. Hesab edirəm ki, bu, düzgün hal deyil”.
Elnar Əsgərov deyib ki, Rahib Hüseynovun itməsinə görə anası Lətifə Hüseynova və atası İsmayıl Hüseynov onu günahlandırıb:
“Rahib Hüseynov noyabrın 22-də keçirilən sonuncu məhkəmə prosesində iştirak etməliydi. Çox güman ki, o, həmin məhkəmə zamanı həbs olunacağını bilib və prosesə gəlməkdən yayınıb. Bundan sonra isə qaçıb gizlənib. Rahib Hüseynovun harada olmasını anası da bilir, atası da. Həmçinin, bizə yenidən ləkə yaxmaq üçün bu addımı atıblar. Bu insanlar müsahibələrində bizim ailəmizə şər atırlar. Mən istintaqla əməkdaşlıq edərək, bildiyim hər şey barədə məlumat vermişəm. Ondan istintaqa mənim barəmdə verdiyi izahatın sübutunu tələb etmişəm. Heç bir halda isə Rahib Hüseynov yazdığı izahatın sübutunu verə bilməyib. Bu insanlar təkcə bizə deyil, başqalarına da ləkə yaxıb, şər atıblar. Onlar elə bilirlər ki, şər-böhtan atmaqla bu iş həll olunacaq. Rahibin ata və anası bildirir ki, övladlarının heç bir günahı yoxdur. Mən sizi əmin edirəm ki, istintaq ərəfəsində 10-15 nəfərin Rahib Hüseynov və Emil Hüseynov qardaşları barəsindəki ifadəsini görsəniz, onların nə qədər yalan danışdığını bilərsiniz. Onların insanları aldadaraq əldə etdikləri vəsaitlərə görə bir neçə şəxs xəstəlik tapıb, tamamilə həyatları alt-üst olub. Hətta onlar mənim anamı belə, ittiham edirlər. Halbuki, mənim anam onlara analıq edib. Məndə İsmayıl Hüseynovun öz əlyazısı ilə anama yazdığı məktub var. Həmin məktubda İsmayıl Hüseynov yazıb ki, “sizə qarşı belə hərəkətlər etdiyimizə görə bizi bağışlayın”. Ancaq indi isə bu insanların hansı mövqedən çıxış etdiyini bilmək olmur. Həmin o 4 - 5 sətirdən ibarət olan məktubu göstərə də bilərəm”.
Elnar Əsgərov bildirib ki, istintaq dövründə hər bir məqam, fakt araşdırılaraq sübuta yetirilib.
“Bu iki il ərzində yetəri qədər suallar olub və onlara cavab da tapılıb. İstintaq tam şəffaf şəkildə həyata keçirilib. Bütün detallar tam şəkildə araşdırılıb. Mənim müsahibə verməyimdə əsas məqsəd isə ondan ibarətdir ki, insanlar bu işə birtərəfli qaydada baxmasınlar. Oxuculara bildirmək istəyirəm ki, bizim haqqımızda səsləndirilən fikirlərin hamısı ləkədir, şərdir. Bu, bir oyundur. Mənim əsas məqsədim, ailəmin adının bu işdə hallanmamasıdır. Rahib Hüseynova hansı maddə ilə hökm oxunacaq, neçə il iş veriləcək, bu artıq məhkəmənin qərarından asılı olacaq. Bunun mənə aidiyyatı yoxdur və maraqlandırmır da. Mən bir daha bütün şəxslərdən xahiş edərdim ki, bu işə birtərəfli qaydada baxmasınlar. Çünki bu insanları tanıyanlar da bilir ki, onlar yalan danışırlar. Bizə qarşı səsləndirilən fikirlərin hamısı şər və ləkədir”.
Qeyd edək ki, Rahib Hüseynov eyni maddə ilə təqsirləndirilərək, 9 il müddətinə azadlıqdan məhrum edilən Emil Hüseynovun qardaşıdır. İttihama görə, E.Hüseynov Gürcüstandan izolyasiya və digər materiallar gətirmək adı ilə Emil Məmmədovdan 2 milyon 500 min dollar, Tural Hüseynovdan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat və Mərziyyə Rzayevadan isə 19 500 manat pul alaraq, dələduzluq yolu ilə mənimsəyib.
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 2026 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 2026 00:48
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
30 mart 2026 20:33
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 2026 22:23
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
