“Bakcell” ən son texnologiyalarını nümayiş etdirəcək
Maqazin28 noyabr 2018 18:29
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi "Bakcell” şirkəti qarşıdan gələn "Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransında fəal iştirak etməyə hazırlaşır.
İnnovasiyalar sahəsində özünü doğrultmuş lider olan "Bakcell” öz ənənəsinə sadiq qalaraq bu il də ziyarətçiləri və sərgi iştirakçılarını böyük məmnuniyyətlə öz stendinə dəvət edərək, ən müasir texnologiyaları, rahat və müasir məhsul və xidmətlərini, şirkətin son nailiyyətlərini onlara nümayiş etdirəcək, habelə onlar üçün bir sıra əyləncəli tədbirlər, maraqlı oyunlar və müsabiqələr təşkil edəcək.
"Bakutel sərgisi telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkətlərin əldə etdikləri ən son uğurlarını nümayiş etdirmələrinə və ziyarətçilərin, xüsusi ilə də peşəkar və müasir istifadəçilərin ən son texnologiyalar və innovasiyalarla tanış olmalarına imkan yaradan bir layihədir.
Mən əminəm ki, "Bakcell” şirkətinin stendi həmişəki kimi bu il də ziyarətçilər üçün olduqca cəlbedici olacaq və bütün qonaqlar və sərgi iştirakçıları üçün xoş bir sürprizə çevriləcək”, - deyə "Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.
"Bakutel-2018” sərgisində quraşdırılacaq "Bakcell” stendinin qonaqları tanınmış "OOKLA” şirkəti tərəfindən sınaqdan keçirilmiş və Azərbaycanın Ən Sürətli Mobil Şəbəkəsi adına layiq görülmüş "Bakcell” şəbəkəsinin imkanları ilə tanış olmaq fürsəti qazanacaqlar.
Bundan əlavə, sərgi ziyarətçiləri "Bakcell” şirkətinin yeni istifadəyə verilmiş "Mənim Bakcellim” mobil tətbiqetməsi ilə tanış olmaq, müştəri xidmətləri ilə canlı əlaqə yaradıb maraqlandıran sualları vermək, mobil əlavəni sınaqdan keçirib onun maraqlı və unikal funksiyaları barədə məlumat almaq imkanına malik olacaqlar.
"Bakcell” stendində həmçinin ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında gənc yerli developerlərlərə kömək edən "AppLap” inkubasiya mərkəzi vasitəsilə gənc Azərbaycanlı startaplar tərəfindən yaradılmış 2 layihə təqdim ediləcək.
Nəhayət, "Bakcell” şirkətinin "Bakutel 2018” stendinin ziyarətçiləri sərgidən əyləncəsiz ayrılmayacaqlar. Onlar "Ulduzum” tərəfindən təşkil edilmiş labirint oyununda iştirak edib şənlənməyə, hədiyyələr qazanmağa və "Bakcell” şirkətinin bu maraqlı loyallıq proqramı barədə məlumatlanmağa dəvət olunacaqlar.
Bu il "Bakcell” stendində həmçinin "Wi-Fi Evinizdə” sahəsi də mövcud olacaq ki, orada qonaqlar rahat ev şəraitində "Virtuall Realliq” proqramında futbol oynamaq, mini qonaq otağında dincəlmək və ölkənin ən sürətli mobil internetdən istifadə etmək imkanına malik olacaqlar.
Mehriban və əyləncə dolu bir mühitdə ən müasir texnologiyalardan istifadə etməklə unudulmaz təəssüratlar əldə etmək üçün "Bakcell” şirkəti "Bakutel 2018” sərgisinin bütün ziyarətçilərini öz sərgi stendinə dəvət edir.
Oxşar xəbərlər
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- BAKCELL MMC-nin meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
14 noyabr 2025 16:55
- BAKCELL bu gün Zeekr 001 hədiyyə edəcək - Son saatlar!
30 oktyabr 2025 00:42
- Tamilla Əliyeva AQTA-da məsul vəzifəyə təyin edilib (AÇIQLAMA)
29 oktyabr 2025 22:32
- Bakcell-in meqa lotereyasının qalibi bəlli oldu!
6 oktyabr 2025 22:55
- Prezident İlham Əliyev 3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı paylaşım etdi
3 oktyabr 2025 21:53
- BAKCELL-dən böyük lotereya - 14 prestijli avtomobil və dəyərli hədiyyələr
29 sentyabr 2025 11:33
- BAKCELL regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
24 sentyabr 2025 12:59
- Prezident Avropa İttifaqının Genişlənmə üzrə komissarını qəbul etdi (FOTO)
18 sentyabr 2025 14:31
- Bakcell Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
16 sentyabr 2025 01:12
Xəbər lenti
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
Video & Fotoqalereya
Video
Fotoqalereya
