İlham Əliyevlə xanımı məşhur rəssamı təbrik etdi
Prezident İlham Əliyev xalq rəssamı Tahir Salahova təbrik məktubu ünvanlayıb.
“Qafqazinfo” xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli Tahir müəllim! Sizi – dövrümüzün böyük sənətkarını və tanınmış ictimai xadimi 90 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar arzulayıram. Müasir rəssamlıq məktəbinin görkəmli nümayəndəsi olaraq Siz uzunmüddətli səmərəli və bənzərsiz yaradıcılığınızla zəngin mədəniyyət salnaməmizə yeni səhifələr yazmış, milli sənət xəzinəmizin qızıl fondunda özünə həmişəlik layiqli yer tutan əsərlərinizlə Azərbaycan təsviri sənətinə geniş şöhrət qazandırmısınız. “Sərt üslub”un banilərindən biri kimi yaratdığınız sənət nümunələrində insan taleyi vasitəsilə dünyaya, həyata baxışınız və fəlsəfi düşüncələriniz rənglərin ən incə çalarları ilə dolğun ifadəsini tapmışdır. Azərbaycan incəsənətinin çoxəsrlik ənənələrini Avropa boyakarlıq məktəbinin nailiyyətləri ilə birləşdirən, mövzu, forma, janr əlvanlığı və estetik kamilliyi ilə seçilən ecazkar rəsmləriniz ülvi bəşəri dəyərlər və ali məqsədlər naminə humanist fikirlər təlqin edir. Heyrətamiz portret yaradıcılığınız sənətsevərlər tərəfindən daim rəğbətlə qarşılanmışdır. Vətənə məhəbbət dolu silsilə lövhələr, peyzajlar və natürmortlarınızda insanın təbiətlə dərin məna kəsb edən ahəngdar mənəvi vəhdətini əks etdirməyə müvəffəq olmusunuz. Dünyanın mötəbər muzeylərini, məşhur qalereyalarını bəzəyən və şəxsi kolleksiyalarda saxlanılan əsərlərinizin, hər biri hadisəyə çevrilən fərdi sərgilərinizin Azərbaycan mədəniyyətinin ölkə hüdudlarından uzaqlarda təbliğində böyük rolu vardır. Milli rəssamlığın gələcək inkişafı üçün gənc fırça ustalarının yetişdirilməsi sahəsində xidmətləriniz təqdirə layiqdir. Sizin çoxşaxəli yaradıcılığınız və məhsuldar ictimai fəaliyyətiniz xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Siz müstəqil Azərbaycan Respublikasının ən ali təltiflərinə – 1998-ci ildə “İstiqlal” və 2008-ci ildə “Heydər Əliyev” ordenlərinə, 2015-ci ildə Heydər Əliyev mükafatına layiq görülmüsünüz. Çoxsaylı beynəlxalq mükafatlarınız da sənətinizə göstərilən ehtiramın parlaq təzahürüdür. Əminəm ki, mədəniyyətimizin bugünkü simasının müəyyənləşməsində və dünya incəsənətinin inkişafında özünəməxsus mövqeyə malik sənətkar və şəxsiyyət kimi Siz Azərbaycan təsviri sənətinin şöhrətini bundan sonra da yeni zirvələrə ucaldacaqsınız”.
Həmçinin, birinci vitse-prezident Mehriban Əliyeva xalq rəssamı Tahir Salahova təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir: “Hörmətli Tahir Teymur oğlu. Bu gün Azərbaycanda əlamətdar tarix – Böyük Ustad, planetar miqyaslı rəssam, gözəl pedaqoq və ictimai xadim Tahir Salahovun yubileyi qeyd edilir. Hörmətli Tahir Teymur oğlu, Sizi haqlı olaraq təsviri incəsənətin canlı klassiki və bütöv bir üslubun banilərindən biri hesab edirlər. Sizin əsərləriniz dünya mədəniyyəti xəzinəsinə, XX və XXI əsrlərin təsviri incəsənətinin “qızıl fondu”na daxildir. Onlar Azərbaycan rəngkarlığının inkişafında və daha geniş miqyasda bütöv bir dövr təşkil edir. Siz əsərlərinizdə altmışıncı illərin azadlıq ruhunu böyük ustad müdrikliyi ilə, təkrarolunmaz bənzərsizliyi həyatın bütün müxtəlifliyində görmək bacarığı ilə, şəksiz istedadı və ən yüksək ustalığı asanlıqla tanınan müəllif üslubu ilə heyrətamiz şəkildə birləşdirməyə nail olmusunuz. Bu, həqiqətən əsrlər boyu yaşamağa qabil olan əsl sənətdir. Hörmətli Tahir Teymur oğlu. Ola bilsin, bunu deyənlər haqlıdır ki, həqiqi sənətkar yaşadığı dünyanı sevməlidir. Sizin yaradıcılıq dünyanız parlaq və rəngarəngdir. Onun fərqləndirici cəhəti doğma ölkənizə - Azərbaycana həqiqi, səmimi vətənpərvərlik, dərin və ülvi sevgidir. Siz həm çoxsaylı həmvətənlərimiz, həm də dünya yaradıcı ziyalılarının nümayəndələri üçün ən yüksək insani keyfiyyətlərin nümunəsi olmusunuz və belə olaraq qalırsınız. Parlaq erudisiyanız, həssaslığınız və məsuliyyətiniz Sizə ətrafdakı insanların sevgisini və dərin hörmətini qazandırıb. Siz, hörmətli Tahir Teymur oğlu, sadəcə, böyük rəssam deyil, həm də heyrətamiz insan və gözəl müəllimsiniz. Dünya şöhrətli tanınmış ustad olmağınıza baxmayaraq, yaradıcı axtarış cəsarətini itirməmisiniz və yaradıcılıq enerjiniz əvvəlki kimi aşıb-daşır. Hörmətli Tahir Teymur oğlu. Yubileyiniz münasibətilə ən səmimi, ürəkdən gələn təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, ailə səadəti, bizi, Sizin böyük istedadınızın pərəstişkarlarını sevindirmək üçün əmin-amanlıq və yeni zəfərlər arzulayıram. Doğum gününüz mübarək!”.
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 2026 23:26
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 2026 21:42
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 2026 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 2026 12:04
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 2026 18:43
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 2026 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 2026 13:53
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 2026 22:57
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 2026 21:01
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 2026 16:33
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 21:01
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 20:00
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 19:09
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 14:47
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 13:55
