“Qarabağ eşşəkləri”yik”
Xəbər verdiyimiz kimi, 1994-cü il təvəllüdlü, 2014-cü il dekabrın 26-da Azərbaycanın Ağdam rayonunda qoşunların təmas xəttində təxribata cəhd edərkən saxlanılmış və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 5 may tarixli qətnaməsi ilə 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş erməni hərbi qulluqçu Arsen Eduardoviç Baqdasaryan “hamının-hamıya” prinsipi üzrə azadlığa buraxılması ilə bağlı Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyana müraciət göndərib.
AzərTac-a istinadən xəbər verir ki, bununla bağlı noyabrın 28-də Arsen Baqdasaryan sualları cavablandırıb. Həmin müsahibəni təqdim edirik:
- Bildiyiniz kimi, Azərbaycan bütün hərbi əsirlərin və girovların “hamının-hamıya” prinsipi üzrə dəyişdirilməsi təklifi ilə çıxış edib. Lakin Ermənistan hökuməti nədənsə bunu etmək istəmir. Necə düşünürsünüz, Ermənistan bu humanist prinsipi niyə dəstəkləmir?
- Mən Azərbaycan tərəfinin beynəlxalq təşkilatlar vasitəsilə rəsmi təklif göndərdiyini bilirəm. Bu barədə mənə Azərbaycanın səlahiyyətli orqanları məlumat veriblər. Lakin, təəssüf ki, erməni tərəfi mənim taleyimə biganə yanaşdı. Mənə göndərilən bildirişin mətnini oxuya bilərəm: “Arsen Eduardoviç, biz, Azərbaycan tərəfi beynəlxalq təşkilatlar vasitəsilə Ermənistana bütün hərbi əsirlərin və girovların “hamını-hamıya” prinsipi üzrə azad edilməsi barədə rəsmi təklif göndərmişik. Lakin, təəssüf ki, ordusunda xidmət keçdiyiniz erməni tərəfi Sizin taleyinizə biganə yanaşır”. Axı, mən həyatımın iki il yarımını Qarabağ torpaqları uğrunda müharibəyə vermişəm, hərbçi sözləri ilə söyləsək, azərbaycanlılar üçün “düşmən”, “rəqib” olmuşam və hər an məni öldürə bilərdilər.
- Bizə məlum olduğu kimi, erməni tərəfi digər əsirlərin taleyi ilə də maraqlanır. Məsələn, Nikol Paşinyanın arvadı Anna Akopyan Karen Kazaryanın ailəsinə iki dəfə baş çəkib. Niyə məhz Sizə bu cür biganəlik göstərilir?
- Ona görə ki, digərləri Ermənistan ərazisində doğulublar, mən isə keçmiş DQMV-nin paytaxtı Stepanakertdə - indiki Xankəndidə. Ermənistan üçün qarabağlıların heç bir dəyəri yoxdur, biz onlar üçün “Qarabağ eşşəkləri”yik. Əgər Ermənistan məni bu respublikanın vətəndaşı hesab edirsə, onda erməni tərəfi Azərbaycanın müraciətinə müsbət cavab verməli idi.
- Siz artıq kifayət qədər uzun zamandır ki, buradasınız. Sizin Nikol Paşinyana məktubla müraciət etməyiniz üçün suyu daşıran son damla nə oldu?
- İlk növbədə, əlverişli siyasi mühit. 2016-cı ildən Azərbaycan tərəfi bütün hərbi əsirlərin və girovların “hamını-hamıya” prinsipi üzrə azad edilməsi təşəbbüsü ilə çıxış edir. O zaman “Qarabağ klanına” rəhbərlik edən Serj Sarkisyan hakimiyyətdə idi. Necə deyərlər, həbsxana insanı dözümlülüyə öyrədir və bu səbəbdən mən səbirlə gizləyirdim. İndi, Serj Sarkisyan və komandasının devrildiyi vaxtda, mən səlahiyyətli orqanlara mənə kömək göstərilməsi və Nikol Paşinyana xahişlə müraciət etməyim üçün buraya KİV nümayəndələrinin dəvət edilməsi barədə müraciət etməyə qərar verdim. Əslində, Azərbaycan tərəfi bu müraciəti göndərmək məcburiyyətində deyildi, axı, mən onların - Ermənistanda iyirmi ildən çoxdur təcavüzkar ölkə və humanizm göstərməyən tərəf kimi qələmə verilən Azərbaycanın düşməni idim. Əsl həqiqətdə isə, Azərbaycan tərəfi mənə qarşı humanizm nümayiş etdirir. Bəs erməni tərəfinin humanizmi harada qaldı? Bunu mənə kim izah edə bilər?
- Azərbaycan tərəfinin təşəbbüsünü dəstəkləməsi üçün KİV-lər vasitəsilə Ermənistan rəhbərliyinə nə söyləmək istərdiniz?
- Mən yalnız onu demək istəyirəm ki, əgər Nikol Paşinyan və onun həyat yoldaşı Anna Akopyan həqiqətən də öz xalqının qayğısına qalırlarsa, onda qoy Dilqəm Əsgərovu, Şahbaz Quliyevi və əsgər Elnur Hüseynzadəni azad etsinlər, Azərbaycan isə, öz növbəsində, doğmalarımız və yaxınlarımızla görüşmək üçün bizi sərbəst buraxır. Düşünürəm ki, erməni xalqı ölkə hakimiyyətindən Azərbaycan tərəfinin təşəbbüsünə müsbət cavab verilməsini tələb etməlidir.
- Ermənistanda söz yayılıb ki, guya sizi söylədiklərinizi vərəqdən oxumağa məcbur edirlər. Bununla bağlı nə deyə bilərsiniz?
- Söylədiklərimin hamısı öz fikirlərimdir. Mənə heç kim işgəncə verməyib və bunları deməyə məcbur etməyib. Hətta kameranı da çevirə bilərsiniz ki, divarlarda əvvəlcədən hazırlanmış heç bir mətnin olmadığı aydın görünsün. Görürsünüz, mən hər dəfə üzümü sual verən jurnalistə tərəf tuturam və təkcə kameraya deyil, həm də onun gözlərinə baxıram. Mən diktə altında heç bir söz söyləmirəm.
- Yeri gəlmişkən, qoy bu sual sizin üçün standart səslənməsin. Sizin burada saxlanılma şəraitiniz necədir? Hər hansı xahişiniz varmı?
- Mənim bir tək xahişim var – evimə qayıtmağıma kömək edin! Saxlanılma şəraitimlə bağlı deyə bilərəm ki, heç bir şikayətim yoxdur. Hətta mənə Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə doğmalarımla yazışmaq və “Skype”la danışmaq imkanı verilib. Səhhətimlə bağlı da heç bir problemim yoxdur. Dörd il ərzində, şükürlər olsun, bir dəfə də xəstələnməmişəm. Doğrudur, burada bizə ev yeməkləri vermirlər, amma qidalanma ilə bağlı hər şey normaldır. Hətta bir az kökəlmişəm.
Bundan başqa, mənə kitab oxumağa və sifariş etməyə də icazə verilib. Bu müddət ərzində rus və ingilis dillərində biliklərimi təkmilləşdirmişəm. Hazırda Çin dilini öyrənirəm.
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Bir ildə ölkədə neçə uşaq doğulub?
20 fevral 2026 19:05
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
9 fevral 2026 10:56
- Qarabağ qazisi vəfat etdi
9 fevral 2026 10:47
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Ən çox və ən az məscidləri olan bölgələrimiz (SİYAHI)
5 fevral 2026 12:09
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
