“Nar”dan nitq məhdudiyyətli insanlara növbəti dəstək
Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində sosial aksiyalarını davam etdirir. Mobil operatorun növbəti layihəsi fiziki məhdudiyyətli insanlara dəstəkdir. “Qafqazinfo” xəbər verir ki, “Nar” eşitmə və nitq məhdudiyyəti olan insanlarla ünsiyyət qurmağı asanlaşdırmaq, onların cəmiyyətə inteqrasiyasına kömək etmək məqsədilə “Səssiz dünyaya körpü” adlı kitabı nəşr etdirib. Kitab eşitmə və nitq məhdudiyyətli şəxslər, onların valideynləri və ailə üzvləri, gənclər, tələbələr və ümumiyyətlə, bu qrup insanlarla ünsiyyət qurmaq istəyən hər kəs üçün nəzərdə tutulub. “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin dəstəyi ilə hazırlanan vəsait eşitmə və nitq məhdudiyyəti olan insanların işarət dilində olan sözlərini jestlərlə izah edəcək. Məlumat xarakterli vəsait sayəsində ailəsində bu cür fiziki məhdudiyyəti olan insanlar daha çox söz toplusu əldə edəcək və ünsiyyət zamanı çətinlikdən uzaq olacaqlar.
"Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İB-nin rəhbəri Cəmilə Abdulovanın sözlərinə görə, eşitmə və nitq məhdudiyyəti olan insanlarla ünsiyyət qurmağı asanlaşdıracaq məlumat xarakterli kitaba böyük ehtiyac vardı: “Bizm İctimai Birliyə bu kitab üçün çoxsaylı müraciətlər daxil olurdu. İnanıram ki, birgə əməkdaşlığımız sayəsində yeni üzlükdə çap edilən "Səssiz Dünyaya Körpü" kitabımızdan çoxlu sayda insan yararlanacaq və bu vəsait vasitəsilə eşitmə və nitq məhdudiyyətli insanların "səssiz dünya"larına səs salmış olacaqlar. Bizə bu işdə göstədikləri böyük dəstək üçün “Nar”-a təşəkkür edirik”.
“Azerfon”un İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov “Nar”-ın dəstəyi ilə çap edilən bu kitabın eşitmə və nitq məhdudiyyəti olan insanlar və onların ailələri üçün yararlı olacağına inandığını bildirib: “Mobil Operator olaraq ünsiyyətin insanlar üçün çox önəmli olduğunu anlayırıq. Bizim təqdim etdiyimiz xidmətlər sayəsində insanlar məsafədən və məkandan asılı olmayaraq öz yaxınları və tanışları ilə ünsiyyətdə ola bilirlər. Əminəm ki, nəşr etdirdiyimiz “Səssiz dünyaya körpü” adlı kitab eşitmə və nitq məhdudiyyəti olan həmvətənlərimiz üçün yararlı vəsait olacaq və onlara daha çox ünsiyyətdə olmaq imkanı yaradacaq”.
Qeyd edək ki, fiziki məhdudiyyətli şəxslərə dəstək “Nar”-ın KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Mobil operator fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiya olunması istiqamətində bir çox uğurlu layihələr gerçəkləşdirib. “Nar” fiziki məhdudiyyətli insanların müxtəlif peşələrə yiyələnməsi üçün bölgələrdə “Təlim məktəbi” təşkil edib, eyni zamanda fiziki məhdudiyyətli insanların işlə təmin olunması üçün müxtəlif karyera sərgilərində iştirak edib. Yerli biznes mühiti üçün nümunə olaraq qeyd etmək lazımdır ki, “Azerfon” şirkətində hazırda fiziki məhdudiyyətli şəxslər çalışır.
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 2026 22:16
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- Fevralın 9 və 10-u bayramdır
9 fevral 2026 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
9 fevral 2026 10:56
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul etdi (FOTO)
6 fevral 2026 17:40
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
6 fevral 2026 01:30
- İlham Əliyev Ərdoğana məktub göndərdi
5 fevral 2026 16:58
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
