“Hafka”nın bir qəpik də borcu yoxmuş... - Bəs 772 milyon?
Müsahibə30 noyabr 2018 12:26
"Hafka” kimi tanınan keçmiş oliqarx Hafiz Məmmədov "Azərbaycan Kredit Bürosu” MMC-dən bütün şirkətləri üzrə Azərbaycan Beynəlxalq Bankına heç bir ödənilməmiş kreditlərinin olmadığını təsdiq edən rəsmi arayış alıb. "Hafka” bu arayışın surətini virtualaz.org-a təqdim edib.
Hansı ki, biznesmenin bütün aktivləri həbs altındadır və ona qarşı cəmi 772 milyon manatlıq kredit borcları üzrə məhkəmə iddiaları qaldırılıb. Bəs bu absurd situasiya necə yaranıb? Necə olur ki, rəsmi dövlət qurumu olan "Azərbaycan Kredit Bürosu” MMC "Hafka”nın borcunun olmadığını təsdiq edir, amma Azərbaycan Beynəlxalq Bankının problemli kreditlərini təhvil alan "Aqrarkredit” ASC ondan az qala 1 milyard manata yaxın pul tələb edir?
"Azərbaycan Kredit Bürosu” MMC yeni yaradılmış strukturdur və orada bütün yerli bankların müştərilərinin aldığı, vaxtında qaytarılan və qaytarılmayan kreditlər üzrə hesabat cəmləşib.
Bundan əvvəl "Hafka” sənədlərlə sübut edə bilmişdi ki, onun adına yazılan 112 milyon dollar və 3 milyon avro krediti əslində Cahangir Hacıyevə bağlı olan "Henney” adlı şirkət götürüb. Amma belə görünür ki, "Hafka”nın bu dəlillərinə məhəl qoymaq istəmirlər.

Yaxud "Azerycard” MMC ilə bağlı fırıldaq. Bu şirkət birbaşa Beynəlxalq Banka tabe olub. Biznesmen bu şirkətdən 47 milyon dollar borc götürdüyün inkar etmir. Amma o borcun hamısını qaytarıb, üstəlik məbləğin cəmi 20 milyon dollarını xərcləyəndən sonra. Buna baxmayaraq Hafiz Məmmədovun borcunu ödənilməmiş kredit kimi rəsmiləşdiriblər və ondan hələ də 47 milyon dollar tələb edirlər.
Belə çıxır ki, bank öz sənədlərində kreditlərin verildiyini və ödənildiyini fiksə edir, amma məhkəmə iddialarında göstərilir ki, kredit ödənilməyib. Vaxtı keçib və üstəlik əsas borca faizlər də hesablanmalıdır. Bunu təkcə "Hafka” yox, vaxtilə Cahangir Hacıyevin dövründə Beynəlxalq Bankın müxtəlif instansiyalara təqdim etdiyi sənədlər, ondan sonra isə Elmar Məmmədovun dövründə təqdim edilmiş sənədlər də deyir.

Bank və maliyyə bazarları üzrə ekspert Əkrəm Həsənov deyir ki, indiki halda bankın məhkəmə iddiasında əks olunanların hamısının həqiqət olduğunu demək mümkün deyil. Çünki bank iddia qaldırarkən öz maraqlarınan çıxış edir. "Azərbaycan Kredit Bürosu” ASC isə neytral strukturdur tərəflərdən heç birinin maraqlarını müdafiə etmir, deməli bu strukturun arayışı məhkəmə iddialarından üstün olmalıdır.

Əkrəm Həsənov
"Azərbaycan Kredit Bürosu” ASC maliyyə bazarlarında hökm sürən qarmaqarışıqlığa son qoymaq üçün yaradılıb. Büro potensial müştərinin nə dərəcədə etibarlı olduğu barədə banklara arayışlar verməlidir. Eyni zamanda bu struktur müştərilərin özlərinə də banklarla bağlı analoji məlumatlar verə bilər.
Bəs "Hafka” bu vəziyyətlə bağlı nə deyir? Müflis biznesmen bildirir ki, vaxtilə keçmiş biznes tərəfdaşları və bəzi oliqarxlar onun səmimiliyindən istifadə edib tora saldılar. "Mənim bəzi yaxın tərəfdaşlarım və inandığım əməkdaşlarım əsl mütəşəkkil cinayətkar qruplaşma yaradıblar, onlar mənim qazandığım milyonlarla dolları talayıblar və xaricə çıxarıblar”-o deyir.

Ziya Məmmədov
Biznesmen onun keçmiş yaxın tərəfdaşlarının-eks nəqliyyat naziri Ziya Məmmədovun, Cahangir Hacıyevin, Eldar Mahmudovun indiki aqibətlərini xatırladır. Deyir ki, onlar cəzalarını alıblar, amma qoyduqları fundament möhkəmdir və qurduqları fırıldaq sxemləri hələ də məhkəmələrdə həqiqət kimi qəbul olunur. Nəticədə "Hafka” borc bataqlığına salınıb və bu bataqlıqdan onun yaxın vaxtlarda çıxması real görünmür.
Oxşar xəbərlər
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 2026 18:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 2026 14:18
- Heydər Əliyevin şəxsi FOTOQRAFI : Əsəbiləşdi, dedi ki, səninlə Bakıda danışacağıq
10 may 2026 21:59
- Nə üçün 8 noyabr 9 maydan yüksəkdə dayanır?
10 may 2026 16:12
- Dünyanın siyasi xəritəsini dəyişəcək plan – Kanada Avropaya birləşir
9 may 2026 11:29
- Bu gün faşizm üzərində qələbənin ildönümüdür
9 may 2026 00:20
- ÖLÜMÜNDƏN SONRA ....1 MİLYON MƏNİMSƏYİB ))))
7 may 2026 16:27
- Nikola Sarkozi şərti azadlığa buraxıldı
7 may 2026 00:04
- Sərçə sayəsində milyonçu oldu
4 may 2026 01:19
- Filippindən 6 qəpiyə, Azərbaycanda 67 manata ...
3 may 2026 18:20
Xəbər lenti
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
Video & Fotoqalereya
Video
Fotoqalereya
