Bakıda yumurta limitlə satılır
Maraqlı2 dekabr 2018 17:39
Sentyabr ayının sonlarından başlayaraq, ölkədə, xüsusilə paytaxt Bakıda yumurta qıtlığı yarandı. Ekspertlər buna əsas səbəb kimi quşların yaydığı xəstəliklərdən ölkədə mütəmadi olaraq, orta və iri quşçuluq təsərrüfatlarında bəslənən quşların tələf olması və bu təsərrüfatların zərərlə işləməsini göstərsələr də, rəsmilər belə halların olmasını təkzib edir. Yerlərdən aldığımız məlumatlara görə, Siyəzən və Hacıqabulun quşuçuluq təsərrüfatlarında quşların kütləvi tələf olması halları qeydə alınıb.
Hələ iki ay əvvəl Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev bu qıtlığı gah paytaxta tələbələrin axını ilə, gah da yeni fərələrin az yumurtlaması ilə əlaqələndirib. Sədr ötən günlərdə isə problemin tamamilə aradan qaldırıldığını söyləyib.
Qida Təhlükəsizliyi Agentliyinin modern.az-ın sorğusuna cavabı da təxminən Respublika Quşçular Cəmiyyətinin mövqeyilə üst-üstə düşür:
"Hazırda Azərbaycanın quş əti və yumurta istehsalı potensialı kifayət qədər yüksəkdir. Mövsümlə əlaqədar satış məntəqələrində bu məhsullara tələbat artıb. Buna baxmayaraq quş əti və yumurtaya olan tələbat ödənilir. Əhalinin quş əti və yumurta ilə təhlükəsiz təmin olunması məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi mütəmadi olaraq tədbirlər həyata keçirir. Belə ki, Agentlik tərəfindən cari ilin noyabr ayından 2019-cu ilin aprel ayına qədər hər ay epizoolotoji monitorinqlərin həyata keçirilməsi nəzərdə tutulur. İndiyədək aparılan monitorinqlər zamanı xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quşa rast gəlinməyib. Bununla yanaşı, hava şəraiti və köçəri quşların miqrasiyası nəzərə alınaraq epizootoloji monitorinqlər zamanı ev quşlarının açıq şəkildə daşınma qaydaları təkmilləşdirilir. Həmin quşlar satış məntəqələrinə çıxarılmazdan əvvəl Agentlik tərəfindən ciddi baytarlıq nəzarətindən keçirilir”.
Saytın əməkdaşının paytaxtın bir neçə iri marketdə apardığı müşahidələr bunun tam əksini deməyə əsas verir. Doğrudur, qiymətlərin süni artımı aradan qaldırılıb. Sentyabr-oktyabr aylarında ədədi 20-22 qəpiyədək bahalaşan yumurtanın qiyməti hazırda 17-19 qəpik civarındadır. Amma qıtlıq hələ də qalır. Qıtlıq olmasaydı, daxili istehsalı rəsmi rəqəmlərdə 100 faizi keçən yumurta, istehlakçıya limitlə satılmazdı.
Qaraçuxur qəsəbəsində yerləşən "Xəzər” supermarketində 30 ədəd yumurta almaq istəyən vətəndaşa, satıcı bunun mümkünsüz olduğunu bildirib:
"Rəhbərliyin xüsusi göstərişi var. Yumurta bir şəxsə yalnız 20 ədəd olmaqla satılır. Əvvəl hələ limit 10 idi. Ölkədə yumurta yoxdur. Biz də çalışırıq ki, müraciət edən hər bir vətəndaşın tələbatını qismən də olsa ödəyək. Narazılıqlar var, amma bunun həlli bizdən asılı deyil”.
Oxşar xəbərlər
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 2026 00:29
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 2026 21:22
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
3 mart 2026 14:25
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Alim Qasımov Bakıda zavod açdı
23 fevral 2026 22:04
Xəbər lenti
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
Video & Fotoqalereya
Video
Fotoqalereya
